Təhsilimiz akvariundakı balıq kimidir
Tarix: 05-02-2016 | Saat: 18:49
Bölmə:Təhsil / Manşet / Karusel | çapa göndər
Türk portallarının birində maraq çəkən bir şəkil yerləşdirilmişdi. Şəkildə pillələrlə yuxarı qalxmaq istəyən iki uşaq təsvir olunurdu. Uşaqlardan biri ayağının altında olan paçka-paşka pulların köməyi ilə sona qədər qalxır. Pillələri qalxmaq istəyən digər uşağın isə istəyi yarımçıq qalır. Həyatı reallığı əks etdirən bu mənzərə elə bu günümüzün mənzərəsidir. Pullu təhsil alan gənclərimizin aqibəti şəkildəki təsvirə çox oxşayır.
“Pul hər şeyi həll etməsə də, çox şeyi həll edir“. deyimi ilə Odlar yurdu Universitetinin tələbəsi Mehti Nağıyev də eyni qənaətdədir. 1-ci kursu birtəhər başa vuran Mehti 2- ci kursdan başlayaraq təhsilini davam etdirmək də problemlərlə üzləşir. Atasını erkən itirən Mehti təhsilini yarımçıq qoyub ailəsini dolandırmaq məcburiyyətində qalır. Təhsil haqqını ödəməkdə və təhsilini davam etdirməkdə problemlərlə üzləşən Mehti artıq 3cü kursda təhsilini dondurur. Onun qrup yoldaşı əslən Xocavənddən olan məcburi köçkün Allahşükür də eyni aqibəti yaşayır. Oxuduğu fakultədə təhsil haqqı 2900 manat olan Allahşükür də ödəniş edə bilmir və oxumağı yarımçıq qoyur. Tələbə gənclər arasında belə hallara tez-tez rast gəlinir. Maddi imkansızlıq onların təhsilini və arzularını yarımçıq qoyur. Ramiz də təhsili yarımçıq qoymağa məcbur olan gənclərdəndir. O, 2-ci kursa qədər təhsil haqqı ödənişini edir.Sonra valideyinlərinin hər ikisi 2-ci qrup əlil olan Ramiz də təhsil haqqı ödəməkdə çətinlik çəkir. 4 il təhsil alan Ramiz Dövlət imtahanlarına buraxılmır və diplomsuz qalır. Pullu təhsillə bağlı gənclər arasında rast gəlinən belə faktlar istənilən qədərdir. Təhsili yarımçıq qalmış belə gənclərə Universitet güzəşt etmir, Təhsil Nazirliyi kömək etmək imkanımız xaricindədir. Maliyyə Nazirliyi isə vəziyyətiniz güzəşt üçün nəzərdə tutulmuş bəndlərə uyğun gəlmir cavabını verir. Təəssüf ki, bu yarımçıqlıq insanı həyatı boyu qarabaqara izləyir. Belə yerdə vaxtilə həmsöhbət olduğum Türk və Amerika təhsili görmüş Zaman qəzetinin müxbiri Nicat Xıdırlının bir fikrini xatırlamaq istəyirəm. “Bizim təhsilimiz akvariumdakı balıq kimidir. Nə dənizə nə də okeana çıxışı var.” Nicatın bu fikri təhsilimizin keyfiyyətinə vurulan eyhamdır. Amma etiraf edək ki , təhsilimizin bu günə düşməsinin səbəblərindən biri də onun bu və ya digər anlamda pula söykənməsidir.
Gələcəyimiz saydığımız gəncliyimizin bir hissəsi həyatlarını belə yarımçıq davam etdirirlərsə bu yarımçıq gələcəkdən xəbər vermirmi?
Rövşən Şirxanlı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024