Mobil versiya
Baş prokurorun müavini Beynəlxalq Prokurorlar Assosiasiyasının tədbirində iştirak edib
Tarix: 20-09-2019 | Saat: 10:03
Bölmə:Gündəm | çapa göndər

Baş prokurorun müavini Beynəlxalq Prokurorlar Assosiasiyasının tədbirində iştirak edib


Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin sentyabr ayının 14-dən 18-dək Argentina Respublikasının paytaxtı Buenos-Ayres şəhərində keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü illik konfransı və ümumi yığıncağında ölkəmizi təmsil edib.

Trend-in məlumatına görə, “Müxtəlif hüquq sistemləri üzrə beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransda 100 ölkəni təmsil edən 500-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.

17 sentyabr 2019-cu il tarixdə Kamran Əliyevin həmsədrliyi ilə BPA-nın Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) xüsusi maraq qrupunun növbəti sessiyası keçirilib. “Korrupsiya hüquqpozmalarına qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş tədbirdə beynəlxalq ekspertlər qismində ABŞ, Sinqapur, Honq-Konq, Argentina Respublikası və Keniya prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri və digər nümayəndələri iştirak edib.

Həmin tədbirdə çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə fəaliyyətinin dövlət başçısı cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə söykəndiyini qeyd edib, həyata keçirilmiş mütərəqqi hüquqi və institusional tədbirlər barədə ətraflı məlumat verilib. Çıxışda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının keyfiyyətcə yeni mərhələyə keçidini nəzərdə tutan 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmandan irəli gələn vəzifələr və həyata keçirilən tədbirlər qeyd edilib.

Bundan başqa, qeyd edilən tədbirlər çərçivəsində 17 sentyabr 2019-cu il tarixdə ölkələrimiz arasında müsbət təcrübə mübadiləsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq, Argentina Respublikasının Buenos-Ayres muxtar vilayətinin prokurorluğu ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu Baş idarə rəisi Kamran Əliyev və Buenos-Ayres muxtar şəhərinin Baş prokuroru Luis Çevasko tərəfindən imzalanıb.

Bununla yanaşı, 18 sentyabr 2019-cu il tarixdə Assosiasiyanın Ümumi Yığıncağında qurumun İcraiyyə komitəsinin təklifi ilə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə insan və hüquq azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin edilməsində, BPA-nın inkişafına verdiyi müstəsna xidmətlər, qurumla Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərin yaradılmasında göstərdiyi fəaliyyəti nəzərə alınmaqla Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükafatı ilə təltif edilmiş - qurumun fəxri üzvü seçilib. Həmin mükafatın rəsmi təqdimetmə mərasimdə çıxış edən Assosiyasiyanın vitse-prezidenti Kamran Əliyev ölkəmizin BPA ilə daim uğurlu əməkdaşlıq etdiyini bildirərək, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun qurulmuş çoxillik əməkdaşlıq münasibətlərinə xüsusi önəm verdiyini bir daha xatırladaraq, mükafata görə Azərbaycan Respublikasının hökuməti və Baş prokuroru adından minnətdarlığını ifadə edib.

Tədbir müddətində Kamran Əliyevlə Assosiasiyanın yeni seçilmiş prezidenti Vanq Çeol-kyu və qurumun digər rəsmiləri ilə, o cümlədən Estoniya, Yunanistan, Keniya və Qazaxıstanın Baş prokurorları, eləcə də Türkiyə, Kanada, Çin, Rusiya, Böyük Britaniya, ABŞ, Ukrayna, Koreya Respublikası və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri arasında ikitərəfli görüşlər keçirilərək cinayətkarlığa qarşı mübarizənin müxtəlif aspektləri üzrə qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024