Mobil versiya
Ayın üçölçülü modeli yaradılıb
Tarix: 16-09-2019, 09:55 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

Ayın üçölçülü modeli yaradılıb


ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Ayın ətraflı və dəqiq modelinin yaradılması üçün bütün arzu edənlərə yükləyərək istifadəyə imkan verən iki xəritə hazırlayıb.

Trend-in məlumatına görə, qeyri-adi peyk modeli “Lunar Reconnaissance Orbiter” (LRO) planetlərarası avtomatik stansiyasının 10 il ərzində topladığı məlumatlar əsasında hazırlanıb. O, peykin şəkillərini çəkməklə saniyədə 1,5 km sürətlə hərəkət edir. Bu halda işıq mənbəyi 150 milyon km məsafədə yerləşir, bütün Ay səthinin isə xəritə üzərinə topoqrafik baxımdan dəqiq köçürülməsi tələb olunur.

Bildirilir ki, skaner kimi işləyən “LRO” stansiyası kosmik gəminin Ay səthi üzərində hərəkətindən istifadə edərək şəkilləri sətir-sətir sıralayır. Lazer impulsları Ayın ölçüsünün müəyyənləşdirilməsi üçün istifadə olunur. Onlar Ay səthinə çatır və kosmik gəmidə əks olunurlar. Daha sonra aparat şüanın qaytarılması üçün tələb olunan vaxtı ölçməklə Ay topoqrafiyasını hesablayır.

“LRO” stansiyasının məlumat və təsvirlərindən istifadə edən NASA mütəxəssisləri Ayı misli görünməmiş ətraflı şəkildə canlandırıblar. Layihənin məqsədi “NASA” məlumatlarından 3D dizaynerlər üçün istifadəyə şərait yaratmaqdan ibarətdir. Ayın dəqiq topoqrafiyası, həmçinin gələcək missiyaların daha təhlükəsiz enişinə hazırlıq üçün tələb olunur.


aia.az



5101 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
21-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031