Mobil versiya
Ailə qurarkən ən əsas amil - əqidə və dünyagörüşü ümumiliyidir
Tarix: 16-09-2019, 09:03 | Saat: 15:47:00
Bölmə:Manşet / Maraqlı | çapa göndər

Ailə qurarkən ən əsas amil -


Gələcək həyat yoldaşını seçən zaman diqqəlti olmaq - o qədər əhəmiyyətli bir mövzudur ki, ailənin gələcək taleyini həll edə bilər. Lakin çox təəssüf ki, bu gün cavanlar bu mövzuya çox da diqqət göstərmirlər. Onların nəzərinə görə qarşılıqlı anlaşma, ailə həyatını davam etdirən zaman sahmana düşə bilər.

Ona görə də seçim zamanı daha çox maddi və fiziki tərəflərə diqqət edərlər. Hamı istəyir ki, ən gözəl və ən yaxşı həyat yoldaşını seçsin. Lakin ideal həyat yoldaşı imkansız bir şeydir. İnsan gələcək həyat yoldaşını seçən zaman ailələrin maddi və mənəvi uyğunluğuna diqqət göstərməlidir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran-Kərim buyurur: "(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar xəbis kişilər üçün və xəbis kişilər xəbis qadınlar üçündürlər(onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar pak kişilər üçün və pak kişilər pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar)". ("Nur" 26).

Əgər hər iki tərəf fərqli əqidə ilə ailə həyatına başlayarsa, onların xoşbəxt yaşaması çətin olar. Bu insanlar hər gün bir-biri ilə ünsiyyət qurar və söhbətlər edərlər. Bu zaman çətinliklər meydana gələr və hər iki tərəf də nigaran və pərişan olar. Həyat - təcrübə edilmiş bir həqiqətdir və ona görə də bu riskləri gözə alaraq, ailə həyatı qurmaq xoşbəxtliyi sizdən ala bilər.

Ona görə də hər kəs özü ilə eyni əqidədə və eyni mənəvi durumda olan insanla ailə qurmalıdır. Əks halda gələcək ailə həyatı rahat olmayacaqdır.

İmam Sadiq (ə) buyurur: "Əgər kişi qadınla malına və sərvətinə görə evlənərsə, həmin qadının malından və gözəlliyindən məhrum olar. Əgər kişi qadınla dindarlığına görə evlənərsə, Allah Təala ona xeyir və kamal əta edər".

Bu gün o qədər belə ailələrin şahidi oluruq ki, həm maddi imkanı vardır və həm də zahiri cəhətdən gözəldirlər, ancaq ailədə münaqişə bitmir. Halbuki, onlar təsəvvür edirdilər ki, sərvət bütün bağlı qapıları aça bilər. Sərvət İlahi nemət olduğu üçün ola bilsin ki, bəzi qapıları açsın, ancaq çətinlikləri həll etməkdə kifayət etməz. İman, təqva və qarşılıqlı anlaşma ailənin xoşbəxt olmasından çox mühümdür.

Oğlan ailə quran zaman qarşı tərəfin əqidəsinə, əxlaqına, imanına mütləq diqqət göstərməlidir. Bəzən elə olur ki, hər iki ailə yaxşı ailədir. Ancaq əxlaqi dəyərləri fərqlidir. Bir müddət sonra cavan cütlər çox böyük çətinliklərlə üz-üzə gələr. Ona görə də ailə qurmaq istəyən hər bir gənc evlənməzdən əvvəl gələcək həyat yoldaşının iman, əqidə və əxlaq dəyərlərinə diqqət etməli və özü ilə uyğun olub-olmadığını müəyyən etməlidir. Bu məsələdə nə ifrat etməli və nə də təfrit etməlidir.


aia.az



589 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-10-2019
21-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031