Mobil versiya
Dövlət Gömrük Komitəsi dövlətçiliyimizin ən etibarlı sütunlarından biridir
Tarix: 9-09-2019, 14:22 | Saat: 15:47:00
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər

Dövlət Gömrük Komitəsi dövlətçiliyimizin ən etibarlı sütunlarından biridir



Sumqayıt Gömrük Baş İdarəsinin rəhbərliyinə qarşı yönəldilən şər və böhtan kampaniyalarına son qoyulmalıdır

Son vaxtlar bəzi kütləvi informasiya vasitələrinin səhifələrində müəyyən dövlət qurumlarına qarşı şər və böhtan kampaniyalarının düzənlənməsi hallarına kifayət qədər tez-tez rast gəlinir. Adətən belə materiallarda hədəf kimi seçilmiş qurumun və ya onun tabeliyində fəaliyyət göstərən hər hansı digər təşkilatın rəhbərliyinə qarşı yalan və iftira üzərində qurulmuş ittihamlar irəli sürülür. Məqsəd isə həmin dövlət orqanını nüfuzdan salmaq, ilk növbədə bu quruma, son nəticədə isə ümumilikdə dövlətə qarşı inamsızlıq əhval-ruhiyyəsinin formalaşması üçün zəmin yaratmaqdır. Razılaşmaq olar ki, əksər hallarda bu kimi yazıların bilavasitə müəllifləri qarşılarına belə məqsəd qoymurlar. Lakin bu da danılmaz həqiqətdir ki, belə “qara piar” kampaniyalarını məhz sifariş edən qüvvələr əslində ayrı-ayrışəxsləri deyil, dövlətçiliyimizin əsaslarını hədəfə almağa çalışırlar.

Bu gün mətbat səhifələrində, xüsusən də elektron saytlarda barəsində tez-tez neqativ emosianal xarakterli, əsassız iddiaların bolluğu ilə diqqəti çəkən qurumlardan biri də Dövlət Gömrük Komitəsidir (DGK). Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Gömrük Xidmətinin missiyasına digər vacib funksiyalarla yanaşı həm də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, respublikamızın suverenliyinin, iqtisadi və milli təhlükəsizliyinin, habelə ölkə əhalisinin sağlamlığının qoruması da daxildir, bu zaman Xidmətin həqiqətən də dövlətin sütunlarından biri olduğunu tam aydınlığı ilə dərk etmək olar. Bəzi mətbu orqanları isə, təəssüflər olsun ki, bu hala etinasızlıq nümayiş etdirərək öz səhifələrində mütəmadi olaraq, həm də intensiv şəkildə dərc etdikləri materiallarda DGK-nin, eləcə də onun tabeliyində olan digər qurumların fəaliyyət prinsiplərini təhrif edir, bu təşkilatların rəhbərliyinə qarşı ən ağlasığmaz ittihamlar irəli sürürlər. O cümlədən Sumqayıt Gömrük Baş İdarəsi də bu gün fəaliyyəti haqsız tənqidlərə və böhtan xarakterli hücumlara məruz qoyulan qurumlardan biridir. Halbuki, gömrük xidməti general-mayoru Vəzir Həsənovun rəhbərlik etdiyi Sumqayıt Gömrük Baş İdarəsinin kollektivi ölkəmizin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparılmasıişinə öz layiqli tövhələrini verməkdədir.

Birmənalı olaraq demək lazımdır ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, onun qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrükxidməti hazırda Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı sahələrdən biri kimi, ölkəmizin inkişafı, xalqın rifah yüksəlişi və dövlətimizin daha da güclənməsi naminə böyük uğurla fəaliyyət göstərməkdədir. Eyni zamanda da belə bir həqiqəti danmaq olmaz ki, istənilən təşkilatın ümumi fəaliyyəti digər amillərlə yanaşı, həm də onun ayrı-ayrılıqda götürülmüş struktur bölmələrinin, tabeliyində olan altqurumların fəaliyyət göstəriciləri əsasında qiymətləndirilir.
Bu baxımdan əminliklə qeyd edə bilərik ki, bu gün Dövlət Gömrük Komitəsinin fəaliyyəti təqdir olunan struktur vahidlərindən biri də məhz Sumqayıt Gömrük Baş İdarəsidir.Şəxsən gömrük xidməti general-mayoru Vəzir Həsənovun dövlətə və dövlətçiliyimizə olan sədaqəti isə illərin sınağından çıxmış bir həqiqətdir.Birmənalı olaraq demək lazımdır ki, bu idarənin xidmət göstərdiyi ərazilərin, o cümlədən Sumqayıt şəhəri, Qobustan, Xızı və Abşeron rayonlarının ictimaiyyət nümayəndələri bu qurumun fəaliyyətindən razılıq edirlər. Xüsusilə müxtəlif sahələrdə sahibkarlıq fəaliyyətilə məşğul olan iş adamlarından əldə etdiyimiz məlumatlarda bildirilir ki, onların apardıqları idxal-ixrac əməliyyatlarının gömrük rəsmiləşdirilməsilə əlaqədar Sumqayıt Gömrük Baş İdarəsində yaradılan şəraitdən xeyli razıdırlar. Açıqlamalarda qeyd olunur ki, yüklərin rəsmiləşdirilməsi vaxtında və qanunauyğun şəkildə aparılır. İdxal-ixrac əməliyyatlarının həyata keçirilməsində gömrük rəsmiləşdirilməsi üzrə mütərəqqi metodların tətbiqi, o cümlədən bütün əməliyyatların elektron qaydada aparılması isə vaxt itkisinin aradan qaldırılmasına əhəmiyyətli təsir göstərir.Sumqayıt Gömrük Baş İdarəsinin fəaliyyətinə dair təqdim olunan ən maraqlı açıqlamalardan bir də budur ki, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədiləidarədə sahibkarların təklifləri dinlənilir və onların məqsədə uyğunluğu təsdiq olunarsa, həmin təkliflərin həyata keçirilməsi üçün müvafiq tədbirlər görülür.

Bütün bu mütərəqqi proseslərin fonunda əlbəttə ki, xarici ölkələrdə məskunlaşaraq oradakı himayəçilərinin təhriki ilə dövlətimizə qarşı anti-təbliğat düzənləməklə məşğul olanların cəhdləri heç bir effekt verə bilməz. Bununla belə, həmin qüvvələr tərəfindən təqdim olunan materialları öz səhifələrində yerləşdirməklə onların böhtan kampaniyalarına dəstək verən bəzi həmkarlarımız da bu əməlləri ilə kimlərin dəyirmanına su tökmüş olduqları barədə fikirləşsələr, daha yaxşı olar.


aia.az
Orxan Əsədov
Murad Musayev



5140 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-09-2019
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30