Mobil versiya
Ağsuda kəndirlə boğulan gəlin sevgilisi ilə tutulubmuş - TƏFƏRRÜAT + YENİLƏNİB
Tarix: 06-09-2019 | Saat: 16:27
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Ağsuda kəndirlə boğulan gəlin sevgilisi ilə tutulubmuş -


Ağsuda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 19 yaşlı Xumar Zahidova kənd sakini olan sevgilisi ilə bir yerdə tutulub.

İddia olunur ki, Nəriman Zahidov dəfələrlə gəlinləri X.Zahidovanın başqası ilə olan münasibətindən şübhələnib. Xəbərdarlıqlara baxmayaraq, X.Zahidova sevgilisi ilə görüşməyə davam edib. Bu gün isə sevgilisi ilə tutularaq qətlə yetirilib.

Faktla bağlı araşdırma aparılır.

12:32

Ağsu rayonunda qətl hadisəsi törədilib.

APA xəbər verir ki, hadisə bu gün səhər saat 10 radələrində rayonun Qiyaslı kəndində qeydə alınıb.

Kənd sakini Nəriman Zahidov ailə münaqişəsi zamanı qardaşının həyat yoldaşı, 19 yaşlı Zahidova Xumar Rizvan qızını kəndirlə boğaraq öldürüb.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Qadın bir il öncə ailəyə gəlin gəlib və hazırda iki aylıq körpə övladı var.

Qadının həyat yoldaşı hərbçidir. O, hadisə zamanı evdə olmayıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024