Mobil versiya
Azərbaycan deputatları İsveçrəyə səfər edəcəklər
Tarix: 04-09-2019 | Saat: 18:02
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan deputatları İsveçrəyə səfər edəcəklər

Milli Məclisin (MM) deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev və Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Tahir Mirkişili sentyabrın 5-də İsveçrəyə səfər edəcəklər.

MM-dən Trend-ə verilən məlumata görə, deputatlar ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun Andermat şəhərində keçiriləcək “Bir kəmər, bir yol təşəbbüsü: davamlı inkişaf məqsədlərinin aparıcı qüvvəsi kimi” adlı beynəlxalq konfransına qatılacaqlar.

Tədbirdə Azay Quliyev “Qrupumuz ATƏT dəyərlərinin aparıcı qüvvəsi olaraq” mövzusunda giriş sözü ilə çıxış edəcək. Deputat Tahir Mirkişilinin “Davamlı maliyyələşdirmə və risklərin azaldılması” adlı məruzəsi dinləniləcək.

Konfransda “Uğura aparan yol – dayanıqlı infrastruktur”, “Yaxşı idarəetmə, şəffaflıq və korrupsiyaya qarşı mübarizə”, “Gələcəyin qurulması” mövzularında müzakirələr aparılacaq.

Səfər sentyabrın 8-də başa çatacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024