Mobil versiya
Bakıya vizasız gələn ilk Türkiyə vətəndaşından böyük jest - VİDEO
Tarix: 03-09-2019 | Saat: 11:21
Bölmə:Manşet / Media | çapa göndər

Bakıya vizasız gələn ilk Türkiyə vətəndaşından böyük jest


Sentyabrın birindən etibarən Türkiyə vətəndaşları üçün Azərbaycana viza rejimi ləğv edilib.

XəzərXəbər-in məlumatına görə, bir neçə gündür ki, ölkəmizə gələn Türkiyə vətəndaşları yalnız xarici pasportları ilə sərhədi keçirlər. Vizasız rejimdən yararlanan ilk Türkiyə vətəndaşının jesti isə maraqla qarşılanıb. O, öz avtomobilinə Milli Qəhrəman Mübariz İbrahimovun şəklini yapışdırıb.

Türkiyənin Qaziantep şəhərindən olan Yılmaz Dilsiz bir neçə ay öncə ailəsi ilə birlikdə Azərbaycana gəlməyi planlaşdırıb. Viza rejiminin ləğvini eşidən Dilsiz sərhədi keçmək üçün avqustun 31-də gecə saat 12-ni gözləyib.

Y.Dilsiz Azərbaycana gəlməzdən öncə avtomobilinə Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəklini vurdurmaq istəyib. Bunun üçün Türkiyədəki mətbəələrin birinə gedərək Milli Qəhrəmanımızın böyüdülmüş şəklini çap etdirib.

aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024