Mobil versiya
Kəlbəcər girovları ailələri ilə görüşə bilərmi? - BQXK-dan açıqlama
Tarix: 29-08-2019 | Saat: 14:56
Bölmə:Karusel / Manşet | çapa göndər

Kəlbəcər girovları ailələri ilə görüşə bilərmi? -



Kəlbəcər rayonunda erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərovun ailə üzvləri onunla görüşmək istəyir. Bununla bağlı girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib.

Azvision.az məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsindən münasibət öyrənib. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, komitə Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamaları üçün şərait yaradır.

Dilqəm Əsgərov və Şahbaz Quliyevə ailə üzvlərinin baş çəkməsinə gəlincə, İ.Hüseynova qeyd edib ki, bu ikitərəfli danışıqlardan asılıdır.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024