Mobil versiya
Cəbhədə nə baş verir?
Tarix: 06-07-2015 | Saat: 14:16
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər

Cəbhədə nə baş verir?
Cəbhəboyu ərazilər iri çaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkə məruz qalıb.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri çaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 77 dəfə pozub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Barekamavan, Şavarşavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Fərəhli və Kəmərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şıxlar, Şuraabad, Kəngərli, Sarıcalı, Yusifcanlı, Cəvahirli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Şənbə günü gecə saatlarında Qarabağda - işğal altında olan ərazilərdə güclü atışma olub. ANS PRESS-in məlumatına görə, gecə saat 01:30 radələrində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atışma zamanı bir erməni əsgəri güllə yarası alıb. Ötən gün Laçında qəza nəticəsində iki erməni hərbçisi ölüb. Bu gün səhər saatlarında isə daha bir erməni əsgərin ölüm xəbəri yayılıb.

Qarabağda gecə döyüşləri, ermənilərə zərbə vuruldu



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə