Mobil versiya
“Keçmişi ləkəli dostunu yüksək vəzifəyə gətirir…” – “Nazirin bütün bunlardan xəbəri olsaydı…”
Tarix: 16-08-2019 | Saat: 12:29
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər

“Keçmişi ləkəli dostunu yüksək vəzifəyə gətirir…” – “Nazirin bütün bunlardan xəbəri olsaydı…”


“Rabitəçilər dəfələrlə qeyd edirlər ki, “Azərpoçt”dakı hazırkı komanda ölkə rəhbərliyinin etimadını doğrultmaq iqtidarında deyil. “Azərpoçt” MMC-nin Baş direktoru və onun gətirdiyi kadrların son 1 ildə poçt-rabitə sektorundakı fəaliyyəti bunu tam şəkildə sübut edir…”

AIA.Az: Bu fikirlər rabitə sektorundakı bir qrup narazı şəxsin redaksiyamıza göndərdikləri növbəti məktubda qeyd olunub. Məktub müəlliflərinin fikrincə, Emin Əfəndiyev “Azərpoçt” MMC-dəki fəaliyyəti ilə həm Prezidentin verdiyi göstərişləri, tapşırıqları pozur, həm də islahtlara qarşı inamsılıq yaradır

“Emin Əfəndiyev “Azərpoçt”un rəhbəri kimi ölkə rəhbərliyinin apardığı siyasətə zərbə vurmaqla məşğuldur! Ölkədə büdcə vəsaitin mənimsənilməsinin qarşısını almaq üçün hər kəs səy göstərməli olduğu halda, “Azərpoçt”da bu müşahidə olunmur. “Azərpoçt”u ələ keçirən bir qrup bankir fürsətdən yararlanıb daha da varlanmağa çalışırlar… Bununla da “Azərpoçt”da uzun illər çalışan rabitəçiləri hökumətdən narazı salırlar. Bu da təbii ki, ölkə rəhbərliyinə, onun apardığı siyasətə qarşı təxribat hesab olunmalıdır!” – deyə məktubda bidirlir.

“Azərpoçt” MMC-nin Baş direktoru Emin Əfəndiyevin komandasının bəzi üzvlərinin keçmişi onların “təmiz” kadrlar olmadıqlarını, rabitə sektoruna “xortumlama” əməliyyatlarını həyata keçirmək üçün gətirildiklərini söyləməyə əsas verir. Məktubda həmin kadrlardan biri kimi 3 saylı poçt filialının rəisi, yeni yaradılan Bakı Poçt Filialına rəisi vəzifəsinə əsas namizəd olan Emin Kərimlinin üzərində xüsusi dayanılır: “Fikirlərimizi əsaslandırmaq üçün onun keçmiş fəaliyyətləri ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırıram. “Azərpoçt” MMC-də Emin Əfəndiyevə ən yaxın kadrlardan hesab olunan, hazırda “Azərpoçt” MMC-nin 3 saylı poçt filialının rəisi, yeni yaradılan Bakı Poçt Filialına rəis gətiriləcək Kərimli Emin Şövkət oğlunun keçmişi qaranlıqdır. … İxtisaca iqtisadçı olan Emin Kərimli də Emin Əfəndiyev kimi uzun illər bank sektorunda fəaliyyət göstərib. Dəfələrlə adı müxtəlif qanunsuz işlərdə hallanıb”.

Azərbaycan Dövlət İqtisad Universitetinin “malyyə-kredit” fakültəsinin bitirən, 1993-cü ildən 2012-ci ilə qədər müxtəlif banklarda müxtəlif vəzifələrdə çalışan, 4 il işsiz qalan Emin Kərimlinin poçt xidmətindən tamamilə xəbərsiz olduğu halda Bakı Poçt Filialına rəis kimi yüksək vəzifəyə gətirilməsi cəhdi isə onun “əməliyyatları” yaxşı bacarması ilə izah olunur: “Belə ki, Emin Kərimli Azərbaycan Sənaye İnvestiya Səhmdar Kommersiya Bankının Binəqədi, Pirallahı, Suraxanı filiallarına, “Xalq Bank” ASC-nin Sumqayıt filialına rəhbərlik etdiyi zaman kreditlərinin verilməsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsinə, mütəxəssis və digər şəxslərlə əlaqəyə girərək, vətəndaşlara pul vəsaitlərinin verilməsi barədə saxta kredit müqavilələri, məxaric orderləri və sair sənədlər tərtib etməsinə, onları bankın kompüter sisteminə daxil edib, külli miqdarda pul mənimsəməkdə ittiham olunub…Həmin pul vəsaitlərini ələ keçirmək və başqaları ilə aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə dələduzluq etdiyinə dair məlumatlar yayılıb.

“Atabank”da 2010-2012 ci illərdə baş vermiş müdhiş cinayət işində də Emn Kərimlinin adı hallanıb. Xatırladaq ki, həmin vaxt “Atabank” ASC-nin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 35 ünvanında yerləşən filialında bankın kredit üzrə mütəxəssisi Abbasov Məmməd Vaqif oğlunun cinayətkar “banda” ilə əlbir olaraq, bankı taladığı məlum olmışdı.





Məlumatlarda o dövrdə Bankın Yasamal filialının müdiri işləyən Emin Kərimlinin də Məmməd Abbasov və digərlərilə əlbir olduğu bildirilirdi. Onlar xüsusilə “Atabank”ın Yasamal filialında avtomobillərin girovdan çıxarılmasına dair saxta sənədlər tərtib etdikləri, bunun əsasında da bir neçə avtomobili Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) girovdan çıxararaq, vətəndaşlara satıblar. Belə əməliyyatlardan biri isə 19 aprel 2010-cu ildə baş verib.

Bankın filial müdiri Kərimli Emin və digərləri Müslimov Rövşən Tofiq oğlunun adına olan VAZ-21074 markalı avtomobili saxta sənədlərlə BDYPİ-də girovdan çıxarıb. Avtomobili isə digər dəstə üzvi Qafarov Aslan Dilsuz oğlu maşın bazarında vətəndaşlardan birinə satıb. Lakin sonradan aydın olub ki, həmin avtomobil axtarışdadır.

Vətəndaşın Baş Prokurorluğa şikayəti əsasında bu dəstə ilə bağlı cinayət işinin qaldırılıb, ancaq “avtomobil mafiyası”nın təzyiqi ilə iş 2010-cu ildən 2012-ci ilə qədər uzadılıb, sonda da qanunsuzluq etmiş bank işçilərinin xeyrinə həll olunub”.

Məktub müəlliflərinin yazdığına görə, Emin Kərimli və digərləri həmin “əməliyyatlar” zamanı qazandıqları pulların bir qismini iri bizneslərin yaradılmasına sərf etsələr də, böyük bir qismini xaricdəki hesablara yönəldiblər. “Həmçinin bu pulların «çirkli» olması səbəbindən problemlər yaşadıqları da istisna deyil. Ona görə də, həmin vəsaitləri əvvəlcə “Azərpoçt” da «yumaq», sonra isə Bakı Poçt Filialında reallaşdırmaq lazım gəlir” – deyə məktubda iddia edilir.

Qeyd edilir ki, Emin Kərimlinin banklardakı “fəaliyyəti” və sərgüzəştlərindən nazirin məlumatı yoxdur: “Bilmiş olsaydı, inandırım sizləri ki, “Azərpoçt”a ayağı belə dəyməzdi”.

Mənbə 3 saylı poçt filialının rəisi Emin Kərimlinin baş direktor Emin Əfəndiyevin xidmətçisi olduğundan, onun tərəfindən himayə edildiyini bildirir. Emin Əfəndiyev gələn ayın fəaliyyətə başşlayacaq Bakı Poçt Filialının rəisliyini də Emin Kərimliyə ad günü hədiyyəsi kimi təqdi etmək istədiyi vurğulanır. Belə ki, Emin Kərimli 1969-cu ilin sentyabrın 2-də Ermənistan Respublikasi Krasnaselsk rayonu Gölkən kəndində anadan olub.

“Emin Əfəndiyev istəyir ki, ləkəli dostini yüksk vəzifəyə əgtirsin. Ancaq bu, nəticə verməyəcəK, Emin Kərimli yenidən “ifşa olunacaq”” – deyə məktubda bildirilir.

Məktub müəlifləri Emin Kərimli barəsinə yenidən cinayət işi açılacaına dair məlumat etibarlı mənbədən məlumat aldıqlarını da vurğulayırlar: “Mənbənin verdiyi məlumata görə, “Atabank”ın sabiq filial müdiri kimi Emin Kərimli barəsində yenidən cinayət işi açılır. Dələduzluq əməli ilə bağlı o zaman cinayət işi başlanılısa da, istitaq zamanı Emin Kərimli bu işdən məlum vasitələrlə “canını qutara” bilb.

Ancaq yaxın günlərdə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun E.Kərimli barəsində yenidən vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq, saxta sənədlərin hazırlanması və satılması, mənimsəmə və ya israf etmə ( mütəşəkkil dəstə tərəfindən törədildikdə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırması ittihamları ilə cinayət işi açacağı gözlənilir.”

Müəllif “Azərpoçt” MMC-də Emin Əfəndiyevin rəhbərliyinin də çox çəkməyəcəyini düşünür: “Belə davam edəcəyi inandırıcı deyil. Artıq E.Əfəndiyevin və onun “maliyyə bosları”ndan ibarət qrupunun başı üzərindən əsən qorxulu külək daha da şiddətlənir”.

Məlumata görə, “Azərpoçt” MMC-nin yeni rəhbər şəxslərini “dalana dirəyən” ciddi faktlar da var: “Ehtimal edilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) büdcə təşkilatlarına ayrılan vəsaitlərinə nəzarət “şapka” siyasəti əsasında aparılır. Emin Əfəndiyevə bağlı olan “Azərpoçt”un müvafiq xidmət rəhbərləri, Maliyyə Xidməti Departamenti NRYTN-nin büdcədən maliyyələşən təşkilatlarının hesablarına ciddi nəzarət edirlər. Pul daxil olması və çıxarılması prosesini illərdir davam edən “sistem”lə yönləndirirlər. Ona görə bunlar bir neçə ay işlədikdən sonra planlarını həyata keçirmək məqsədi ilə sistemin yeni versiyasına keçid adı altında işlək sistemi dəyişərək, özlərinin illərdir işlədikləri “pul yeyən sistemlə” əvəz ediblər”.

Emin Əfəndiyevin etimadı itirməsinin digər bir səbəbi kimi onun “Azərpoçt” MMC-nin qocaman rabitəçilərinə savaş açması göstərilir. Qeyd olunur ki, Emin Əfəndiyev “Azərpoçt” MMC-yə rəhbər gətirildikdən sonra heç bir əsaslı səbəb olmadan peşəkar rabitəçiləri kütləvi şəkildə işdən çıxararaq yerinə bu sahəylə heç bir bağlılığı olmayan insanları yerləşdirib: “Belə ki o, ötən ilin mayından bu ilin mayına qədər olan 1 il ərzində “Azərpoçt” MMC-nin 926 nəfər peşəkar mütəxəssisini ixtisar, müqavilənin bitməsi və sair adlar altında işdən çıxarıb və bunu struktur islahatı kimi qələmə verib. Ancaq ötən ilin iyulundan bu ilin iyun ayına qədər olan 11 ay ərzində 787 nəfəri işə qəbul edib, əksəriyyəti də rabitəçi deyil.

İndi sual olunur, əgər Emin Əfəndiyev “Azərpoçt” MMC-də islahat aparırdısa, niyə bu qədər işçini işə qəbul edirdi? Deməli, məqsəd islahat deyil, “Azərpoçt” MMC-ni peşəkar rabitəçilərdən “təmizləmək”, qurumu öz kadrlarilə doldurmaqdır.

Qeyd edim ki, hazırda “Azərpoçt” MMC-də 6003 nəfər işçi var ki, onlardan da 240 nəfəri müqavilə üzrə işləyənlərdir. Emin Əfəndiyev fəaliyyətini davam etdirərsə, yaxın 1-2 ildə “Azərpoçt”-da peşəkar rabitəçi qoymayacaq. Bu səbəbdən də, “Azərpoçt” MMC-nin qocaman rabitəçiləri ilə E.Əfəndiyev arasında gedən amansız savaş sonuncu fazaya daxil olub”.

Məktubda poçtlardakı vəziyyəti və yeni gətirilən kadrların “səviyyəsini” göstərən konkret fakt kimi bir vətəndaşın şikayəti də göstərilib: “Xaricdən mənə göndərilən bağlamanı götürmək üçün 142 saylı poçt şöbəsinə getdim. Şöbədəki vəziyyət 30-40 il əvvəlki kimi qalıb. Heç bir avtomatlaşdırmadan, rəqəmsallaşmadan, müasir standartlardan söhbət gedə bilməz. Nəinki rəqəmsallaşma, ümumiyyətlə, bağlama şöbəsində mən heç bir dənə də olsun kompüter görə bilmədim. Yalnız meşoklar, əllə doldurulan formalar, şəraitsizlik və s.

Ötən il Azərbaycanda poçt rabitəsinin yaradılmasının 200 ili tamam olub. Baxdim ki, bu keçən zaman ərzində bu şöbədə elə də ciddi dəyişiklik olmayıb.

Mənim bağlamam isə tapılmadı. Hansı ki, “Aliexpress”-in kodu ilə izləyəndə göstərirdi ki, çoxdan ölkədədir. Özüm birtəhər “Azərpoçt”a zəng edib dəqiqləşdirdim ki, sən demə mənə verilən kodla olan bağlama səhvən Masazır poşt şöbəsinə gedib… Poçtun işçisi onlardan xahiş etdi ki 142-yə yönəltsinlər.

Maraqlandım ki, bu necə baş verə bilər axı? Məlum oldu ki Poçt Daşıma Mərkəzinə daxil olan bağlamalar Gömrükdən təhvil alınandan sonra necə gəldi “meşoklara” doldurulur və üstünə də hansısa poçt şöbəsinin ünvanı yazılır. Sonra da həmin şöbələrə yola salınır. Hər hansı rəqəmsallaşmadan, avtomatlaşmadan söhbət gedə bilməz”.

Məktub müllifi bütün bunlara görə Əfəndiyevin tutduğu postu tezliklə itirəcəyini düşünür: “Bütün bunlar isə “Azərpoçt” MMC-də aparılan “islahatların” nəticəsində yaranmış olan problemlərin cüzi bir hissəsidir. 1 il 4 aydır ki, Əfəndiyev və komandasının ölkənin milli poçt operatorunu və Bakı şəhərindəki poçt filiallarını hansı hala gətirdiyi göz önündədir. Yəqin ki, rabitəçilərin və vətəndaşların çoxsaylı şikayətləri ölkə başçısı tərəfindən qiymətləndirilərkən bu nüanslar da diqqətdən kənarda qalmayacaq”.

“Azərpoçt” rəhbərliyinin və yazıda adları keçən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq. (AzPolitka.info)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024