Göygöl və Hacıkənd meşələri zibillikdən təmizləndi: 35 iş adamına xəbərdarlıq - FOTO
Tarix: 06-08-2019 | Saat: 18:00
Bölmə:Karusel / Ölkə | çapa göndər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Gəncənin Hacıkənd və Göygöl meşələrinin zibillənməsi ilə bağlı xəbərə reaksiya verib.
Oxu.Az-ın məsələ ilə bağlı dərc etdiyi materialdan sonra, nazirliyin 10 saylı Regional Təbii Sərvətlər İdarəsi, Gəncə şəhər Hacıkənd Bələdiyyəsi və Regional Meşə Mühafizəsi İdarəsi tərəfindən Hacıkənd və Göygöl meşələrində iməcilik təşkil edilib.
İməcilikdə sözügedən qurumlardan 100-ə yaxın nümayəndə iştirak edib. Təxminən dörd saatdan artıq müddətdə meşə massivinə atılan məişət tullantıları təmizlənib və texnikalar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb.
Meşə ərazisində fəaliyyət göstərən 35-ə yaxın restoran sahibinə xəbərdarlıq olunub.
Nazirlik əraziyə istirahət üçün gələnlərə bildirir ki, məişət tullantılarını meşə massivlərinə yox, nəzərdə tutulan yerlərə atsınlar. Əks təqdirdə qanunu pozan şəxslərə qarşı inzibati qaydada tədbirlər görüləcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024