ATƏT PA-nın qəbul etdiyi qətnamə layihəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni diplomatik nailiyyətdir - Deputat
Tarix: 08-07-2019 | Saat: 15:51
Bölmə:Siyasət | çapa göndər
ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyası “Təlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunmuşdu. Müzakirələrdə müxtəlif məsələlərə toxunulsa da əsas müzakirələrin “Siyasi İşlər və Təhlükəsizlik” komitəsində gedəcəyini hər kəs əvvəlcədən bilirdi. Çünki məhz bu komitənin hazırladığı qətnamə layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar öz əksini tapmışdı.
ATƏT Parlament Assambleyasının bütün sənədlərində mövcud münaqişələrdən dayanıqlı inkişaf və insan hüquqlarının təmini üçün əsas maneə olması xüsusilə vurğulanırdı. Belə münaqişələrdən biri kimi Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi göstərilirdi. Ermənistanın diplomatik xidmətinin əvvəlcədən müxtəlif ölkələrlə apardığı aktiv danışıqlara və Ermənistan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında etdiyi çoxsaylı çıxış və görüşlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin, xüsusilə ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin aktiv səyi nəticəsində siyasi komitənin qətnamə layihəsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini tapdı.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, ATƏT PA-nın nümayəndə heyətinin sədr müavini Tahir Mirkişili deyib.
Deputat bu yeni yanaşmanın nədən ibrarət olduğunu şərh edib:
"Birincisi, ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fəqrli olaraq ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan konfliktlərə eyni yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə öz əksini tapdı. İndiyə qədər müxtəlif ölkə və təşkilatlar xüsusilə Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq və xüsusi yanaşma tətbiq etmək çağırışları edir və bu mövqedən çıxış edirdilər. Həttə Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik edilərək, Azərbaycanın adının bu siyahıdan çıxarılmasını, amma Ukrayna, Gürcüstan və Moldovanın adının saxlanılmasını təklif etmişdi. Bütün bu səylərə baxmayaraq, konfliktlərə bu cür vahid yanaşmasının sənəddə öz əksini tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adını siyahıdan çıxarılmasını təklif edən dəyişiklik 41 əleyhinə, 6 leyihə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.
İkincisi, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazilərində olan münaqişələrin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında nəticəyönümlü danışıqların aparılmasına çağırış öz əksini tapdı. Bu isə Ermənistanın öz müqəddəratını təyin etmə prinsipindən sui-istifadə etməsinin qarşısını alır.
Üçüncüsü, sənəddə razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğu birmənalı qeyd olunur. Bu da Ermənistanın son bir ildə qondarma və separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar masasına gətrilməsi cəhdinin bir daha iflasa uğraması deməkdir.
Dördüncü əsas müddəa odur ki, sənəddə münaqişə ərazisi kimi yalnız Azərbaycanın göstərilməsi Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edir.
Həmçinin, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən sonra ATƏT PA-nın Azərbaycanda olan münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasının vacibliyini rəsmən qeyd etməsi və bu müddəaların bir daha təzələnməsinin siyasi təsiri, gücü xüsusilə qeyd olunmalıdır.
Digər yanaşmaya görə, bu qətnamə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə uyğun güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddaratını təyin etmə hüququ əsasında həll olunma prisiplərinə bir daha aydınlıq gətirdi, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinə rəsmi dəstək verdi.
Başqa bir yanamaya əsasən isə bu maddənin qəbulu Azərbaycan diplomatiyasına beynəlxalq müstəvidə münaqişə ilə bağlı müzakirə aparılan və müvafiq sənəd qəbul olunan zaman haqlı mövqeyimizi qorumaq və müdafiə etmək üçün daha bir sanballı, ciddi hüquqi və siyasi əsas yaratmış oldu".
T.Mirkişili vurğulayıb ki, sözügedən qətnamə ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin hazırladığı və qəbul etdiyi sənəd olduğundan onun çox böyük siyasi əhəmiyyəti var:
"Xatırladım ki, ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 7-ci hissəsinin 42-ci qaydasına görə, qəbul olunmuş bu mühüm sənəd ATƏT-in Nazirlər Şurasına təqdim edilir və eyni yanaşmadan danışıqlarda istifadə üçün tövsiyyə edilir. Bu baxımdan, qəbul edilmiş qətnamə layihəsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həlli üçün yeni diplomatik nailiyyətdir.
Dağlıq Qarabağ və işğal olunmuş rayonların ATƏT Parlament Assambleyası iclaslarında intensiv müzakirəsi həm də üzv ölkələrin nümayəndə heyətlərinin Azərbaycan həqiqətlərinin daha çox qəbul etmələrinə səbəb oldu".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-11-2024
11:36 Ağ Evdən Açıqlama...