Qəzza hökuməti: On minlərlə çadır su altında qalıb, 288 min ailə fəlakətlə üzləşib
Tarix: 17-11-2025 | Saat: 20:15
Bölmə:Özəl | çapa göndər

Son günlərdə yağan güclü yağışlar səbəbindən Qəzza zolağında on minlərlə çadırın su altında qaldığı və 288 min ailənin fəlakətli şəraitdə yaşadığı bildirilir.
Qəzza hökumətinin media ofisindən verilən yazılı açıqlamada, İsrailin atəşkəsə baxmayaraq yardımı məhdudlaşdırdığı güclü yağışlardan sonra Qəzzada baş verən dram vurğulanıb.
Bölgədə güclü yağışdan sonra on minlərlə çadırın su altında qaldığı, 288.000 ailənin ağır vəziyyətdə yaşadığı və 300.000 çadıra və ya prefabrik evə təcili ehtiyac duyulduğu vurğulanıb.
İsrail hücumlarının yaratdığı kütləvi dağıntı və insan itkisi ilə yanaşı, üç günlük yağış səbəbindən humanitar vəziyyətin daha da pisləşdiyi bildirilib.
Qeyd edilib ki, İsrail böyük bir humanitar fəlakətin yaşandığı Qəzzaya yardımların daxil olmasını əngəlləyib.
Bəyanatda vurğulanır ki, İsrail 10 oktyabrda atəşkəs sazişi qüvvəyə mindikdən sonra sığınacaq, istilik, alternativ enerji və işıqlandırma üçün lazım olan materialların Qəzzaya girişini dayandırmağa davam edib.
Bəyanatda vurğulanır ki, İsrail "fəlakəti dərinləşdirməyə yönəlmiş yeni növ soyqırım təcrübələrini tətbiq etməyə çalışır" və atəşkəs sazişi çərçivəsində humanitar protokollara riayət etməkdən yayınır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər