Jurnalistdən müğənniyə SƏRT QINAQ: Heç olmasa Xankəndinin adını...
Tarix: 17-11-2025 | Saat: 18:00
Bölmə:Şou-biznes | çapa göndər

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı müğənni Xatirə İslamın son açıqlamalarına münasibət bildirib.
aia.az xəbər verir ki, tanınmış jurnalist müğənninin “Xankəndidə doğulan yeganə ifaçıyam, sənətim göz qabağındadır. Bəs niyə Xankəndidə və Şuşada keçirilən tədbirlərdə mən yoxam” sual ilə bağlı sosial şəbəkədə payıaşım edib.
Afət Telmanqızı bildirib ki, Xatirə İslamın bəzi iddiaları həqiqəti əks etdirmir:
“Onun Xankəndidə doğulması real faktdır. Amma "məni dəvət etmirlər" deməsi doğru deyil. Xankəndidə işlədiyim bir il ərzində keçirilən bütün bayram tədbirlərinə Xatirə İslam dəvət olunub. Lakin sənətçi hər dəfə müxtəlif səbəblər göstərərək iştirakdan imtina edib. Buna şəxsən şahidəm”.
A.Telmanqızı vurğulayıb ki, hansı tədbirdə iştirak etməyin hər bir ifaçının şəxsi qərarıdır, lakin sonradan bunun əksini iddia etmək doğru deyil:
“İnanın ki, heç kimdən xüsusi gözlənti yoxdur. Amma insan doğulduğu yeri sevirsə, o torpağın mədəniyyətinə dəstək olmağa çalışar. Xankəndi onun doğulduğu şəhərdir, amma o buraya gəlməyi özünə çox görüb”.
“Heç olmasa Xankəndinin adını yalan bəyanatlarla çirkləndirməyin”, - deyə Afət Telmanqızı əlavə edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər