Mobil versiya
Bu gün Milli Məclisin yaz sessiyası başa çatır - Gündəlikdə bir məsələ var
Tarix: 31-05-2019 | Saat: 09:40
Bölmə:Siyasət | çapa göndər

Bu gün Milli Məclisin yaz sessiyası başa çatır



Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Modern.az xəbər verir ki, iclasda bir məsələ - "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq.


Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-də yekunlaşır.


Bu il Milli Məclisin növbədənkənar iclaslarının çağırılacağı da gözlənilir.


Parlamentdən verilən məlumatda iyun ayında Milli Məclisin iki növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulur.


Daha sonra deputatlar yay tətilinə çıxacaqlar. Parlamentarilər iyulun 15-dən avqust ayının 30-dək tətildə olacaqlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024