Ana Sayfa > Siyasət > Bu gün Milli Məclisin yaz sessiyası başa çatır
Bu gün Milli Məclisin yaz sessiyası başa çatır31-05-2019, 09:40. Yazar: sevinc1 |
Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək. Modern.az xəbər verir ki, iclasda bir məsələ - "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsi I oxunuşda müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-də yekunlaşır. Bu il Milli Məclisin növbədənkənar iclaslarının çağırılacağı da gözlənilir. Parlamentdən verilən məlumatda iyun ayında Milli Məclisin iki növbədənkənar iclasının keçirilməsi nəzərdə tutulur. Daha sonra deputatlar yay tətilinə çıxacaqlar. Parlamentarilər iyulun 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. aia.az Geri dön |