Mobil versiya
Region – Nizami Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq
Tarix: 21-05-2019, 17:42 | Saat: 15:47:00
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Region – Nizami Sosial-iqtisadi inkişafa dair dördüncü Dövlət Proqramının icrasına hazırıq



Bu deviz altında aia.az (Azərbaycan İnformasiya Agentliyi) xəbər və informasiya saytı yeni layihəsini həyata keçirir. Layihənin gedişində regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramının yekunları və dördüncü Dövlət Proqramının icrasına hazırlıq işləri ilə bağlı rayon və bölgələrimizdə, eləcə də paytaxtımızın ayrı-ayrı rayonlarında mövcud vəziyyət ətrafında araşdırmalar aparılacaq, əldə olunan uğur və nailiyyətlərdən, həmçinin görüləcək işlərdən bəhs olunacaq. Layihənin bugünkü seçimi Bakının Nizami rayonudur.

2018-ci il Nzami rayonu üçün uğurlu illərdən biri olub

Bir mənalı olaraq demək lazımdır ki, 2018-ci ildə ölkə iqtisadiyyatının dinamik inkişaf tempinin saxlanılmasında Nizami rayonunun da xüsusi payı olmuşdur. Belə ki, ötən il rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 503,8 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Bu isə, 2017-ci ilə nisbətən 8,5 faiz daha artıq göstəricidir. Həmçinin 2018-ci ildə rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 530,1 milyon manat həcmində, yəni əvvəlki illə müqayisədə 4.8 dəfə çox investisiya yönəldilmiş, rabitə müəssisələri tərəfindən 383,8 milyon manat həcmində (əvvəlki ilə nisbətən 4,7 faiz çox), nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 108,7 milyon manat həcmində xidmət göstərilmiş, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 350,5 milyon manat təşkil etmiş, pərakəndə ticarət şəbəkəsindən əhaliyə 2176,5 milyon manatlıq əmtəə satılmış, rayon üzrə muzdlu işçilərin sayı əvvəlki ilə nisbətən 4,4 faiz nəfər artaraq 45 min nəfər, işçilərin orta aylıq nominal əmək haqqı 651,4 manat təşkil etmiş, 5235 yeni iş yeri açılmış, rayonda işaxtaran kimi 3392 nəfər qeydiyyata götürülmüş və 1100 nəfər münasib işlə təmin edilmişdir. Həmçinin özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 148 nəfər cəlb olunmuşdur ki, onlardan da 104 nəfəri öz biznes ideyalarını müdafiə etmişdir. Şəxsi biznes-plan təklifi irəli sürən vətəndaşlardan 15 nəfəri tam avadanlıqla təmin edilmişdir.



Qeyd edək ki, bu məlumatlar 12 fevral 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində keçirilmiş və 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında hesabat məruzəsi ilə çıxış edən Nizami RİH-nin başçısı Arif Qasımovun nitqində də öz əksini tapmışdır. Həmçinin öx çıxışında icra başçısı rayon ərazisində mövcud olan sosial-məişət problemlərinin yerinə yetirilməsi və vətəndaşları narahat edən sosial yönümlü məsələlərin, yaşayış və qeyri-yaşayış sahələrinin qorunub saxlanılması, istilik, qaz, su və elektrik enerjisi ilə fasiləsiz təmin olunması istiqamətində 2018-ci ildə rayonun xidmət və təsərrüfat sahələri tərəfindən görülən işlər, eyni zamanda, ictimai-siyasi və humanitar sahələr üzrə həyata keçirilən işlər, təhsil, səhiyyə və məktəbəqədər müəssisələrində aparılan cari təmir və rayonda aparılan abadlıq və quruculuq işləri barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə 2018-ci il fevralın 2-dən may ayının 15-dək rayon əhalisinin pulsuz tibbi müayinəsinin həyata keçirilib. Ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 124447 nəfərdən 93594 nəfəri tibbi müayinədən keçib, onlardan 3427 nəfəri ambulator, 214 nəfəri isə stasionar müalicəyə göndərilib.

Ölkə Prezidenti Nizami rayonunda

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nizami rayonuna səfərləri də rayonun ictimai həyatında baş verən əlamətdar hadisələr kimi qeyd edilmişdir.

Belə ki, dövlət başçısı ötən ilin 07 mart tarixində Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı mərasimində və 27 mart tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə B.Çobanzadə küçəsi ilə M.Abbasov küçələrinin kəsişdiyi ərazidə tikilmiş Bona Dea Beynəlxalq Hospitalının açılışında iştirak etmişdir.



Həmçinin Ölkə Prezidenti cənab İlham Əliyev 12 sentyabr tarixində Rayon İcra Hakimiyyəti tərəfindən əsaslı təmir edilmiş Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olmuş, 07 noyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə birgə “Bravo” marketlər şəbəkəsinin metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən yeni hipermarketinin açılışında, 21 dekabr tarixində isə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılış mərasimində iştirak etmişdir.

2019 – sosial-iqtisadi inkişafın tempi artmaqda davam edir




15 may 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Nizami RİH-nin başçısı A.Qasımov hesabat-məruzəsilə çıxış edərək bildirib ki, cari ilin yanvar-mart aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 108,1 milyon manat məbləğində, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 89,1 faiz çox vəsait yönəldilib, rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 131,3 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox sənaye məhsulu istehsal edilib, istehsal olunmuş məhsuldan 127,3 milyon manat dəyərində məhsul istehlakçılara göndərilib, bütün maliyyə mənbələri hesabına 5,9 milyon manat həcmində əsas fondlar istifadəyə verilib, 3,2 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, pərakəndə ticarət şəbəkələrindən əhaliyə 442,2 milyon manatlıq əmtəə satılıb, rabitə müəssisələri tərəfindən 102,9 milyon manat həcmində, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7 faiz çox, nəqliyyat sektorunda isə fəaliyyət göstərən müəssisələr tərəfindən 22,3 milyon manat həcmində xidmət göstərilib, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 73,3 faiz artaraq 156,2 milyon manat təşkil edib.

Rayonda yeni iş yerləri açılır

Hesabat dövründə Nizami rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 45496 nəfər olub, yanvar-fevral aylarında işçilərin orta aylıq nominal əmək haqqı 642,5 manat olub, rayonda 1020 yeni iş yeri açılıb.



Cari ilin birinci rübündə rayon ərazisində fəaliyyətdə olan müəssisələr tərəfindən Rayon Məşğulluq Mərkəzinə 1326 boş iş yeri təqdim edilib, mərkəzdə işaxtaran kimi qeydiyyatda olanlardan 770 nəfəri münasib işlə təmin olunub. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə işsiz vətəndaşların 745 nəfəri haqqı ödənilən ictimai işlərə, özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan 132 nəfəri fərdi biznes fəaliyyətinə cəlb edilib, “Ərazi Məşğulluq Proqramı”nın kvota normasına uyğun olaraq 18 müəssisədə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 25 nəfəri işlə təmin olunub. Qeyd edək ki, bu məlumatlar da A.Qasımovun hesabat-məruzəsində öz əksini tapıb. Daha sonra natiq hesabat dövründə 276 nəfərə yeni pensiya təyinatı aparıldığını, rayon üzrə orta pensiyanın məbləğinin 253,99 manat təşkil etdiyini, 80 ailəyə ünvanlı sosial yardım təyin edildiyini və hər bir ailə üzrə orta aylıq məbləğin 165,92 manat təşkil etdiyini qeyd edib.




Yaşıllıqların mühafizəsi xüsusi diqqət mərkəzindədir

Xatırlamaq heç də çətin deyil ki, cəmi bir neçə il bundan öncə yaşıllıqların mühafizəsi məsələsilə bağlı Nizami rayonunda kifayət qədər böyük problemlər yaşanmaqda idi. Amma bu gün artıq durum tam fərqlidir. Rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində mütəmadi olaraq silsilə tədbirlər həyata keçirilir. Küçələrdə, yolboyu ərazilərdə tez-tez rayonun idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, xidmət sahələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, eyni zamanda sadəcə vətəndaşların iştirakı ilə ağacəkmə aksiyaları keçirilir. Hər belə aksiya zamanı yüzlərlə ədəd Eldar şamı, badam və digər ağaclar əkilir. Yeni əkilən ağaclar suvarılaraq onlara aqrotexniki qulluq göstərilir.



Həmçinin qeyd olunmalıdır ki, 2019-cu ilin əvvəlindən Nizami rayonunda aparılan abadlıq və yenidənqurma işləri xüsusilə geniş vüsət alıb. İlin ilk üç ayı ərzində ümumilikdə rayonda 1280 p/m səki daşı və 7550 m2 asfalt örtüyü yenilənib, “Bizim həyət” layihəsi çərçivəsində B.Nuriyev küçəsi 55/57, 51, 53, 55, 39, 41 saylı binalar təmir edilib və həyətlər abadlaşdırılıb, hazırda qeyd olunan layihə çərçivəsində M.X.Şərifli küçəsi 84, 86, 88, 90, 92, R.Rüstəmov küçəsi 35, 37, 39, və Q.Qarayev prospekti 63, C.Naxçıvanski 61, 63, 65A, 65, 67, 69, B.Nuriyev küçəsi 37, 49 və Q.Qarayev prospekti 57, 59 saylı binalarda təmir-bərpa və həyətlərin abadlaşdırılması işləri aparılır.

Heç şübhə etmirik ki, növbəti aylarda da paytaxtın Nizami rayonu sosial-iqtisadi inkişaf sahəsində yeni-yeni layihələrin reallaşacağı, quruculuq-abadlıq işlərinin daha geniş vüsət alacağı qabaqcıl rayonlarımızdan biri kimi daim diqqət mərkəzində olacaqdır.

aia.az

Abbas Abbasov
Elbrus Bağırov



5105 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-08-2019
20-08-2019
«    Август 2019    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031