Deputat polisə və FHN-ə siqaretlə bağlı müraciət etdi
Tarix: 13-05-2019 | Saat: 16:07
Bölmə:Ölkə | çapa göndər
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədar ictimai yerlərdə siqaret çəkilməsi inzibati məsuliyyət yaradır.
İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.
Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
Lakin hələ də bəzi restoranlarda, kafelərdə bu qadağaya əməl edilmədiyi bildirilir.
Bu haqda saytımıza daxil olan şikayətdə qeyd olunub.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a deyib ki, tütünlə bağlı qadağalara əməl olunur.
Bildirib ki, qanunları pozanlar öz məsuliyyətlərini dərk etməlidirlər.
“Bura həm fiziki şəxslər, həm də müəssənin sahibləri daxildir. Düşünürəm ki yavaş- yavaş bu iş olmalıdır . Həm maariflənmə işi, həm də mədəniyyət işi. Tək cəzalarla, cərimələrlə, qadağalar qoymaqla məqsədə çatmaq olmur. Müvafiq qurumlar xüsusilə də, polis və Fövqaladə Hallar nazirliyi də bu sahədə öz nəzarət funksiyalarını daha da artırmalıdırlar.
Bir çox müəssisələri gəzib görmüşəm. İctimai yerlərdə, qapalı məkanlarda bu qeydlər var ki, siqaret çəkmək olmaz”.
M.Quliyev bildirib ki, bəzi yerlərdə buna riayət etmirlər, xüsusilə də sulu qəlyanın qapalı məkanlarda çəkilməsi məsələsi hələ də tənzimlənməyib.
“Yəqin ki, yavaş-yavaş maariflənmə işləri getdikcə bunlar da qaydaya düşəcək. İstənilən halda polis və Fövqəladə Hallar Nazirliyi onlara verilən səlahiyyətdən istifadə edərək cərimələnmə funksiyalarını həyata keçirməlidirlər.Yaxşı olardı ki, vaxtaşırı ictimaiyyətə məlumat verilsin ki, hansı müəssisələr nə qədər cərimələnib.
Qanunu pozan müəssələrin adları dərc edilsə, yaxşı olar. Burada qeyri-hökümət təşkilatları kütləvi informasiya vasitələri də fəal rol oynaya bilərlər. Bir vətəndaş mövqeyi ictimai sosial məsuliyyəti ortaya qoyaraq nəzarət funksiyalarını onlar da ictimai əsaslarla öz üzərlərinə götürə bilərlər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024