Mobil versiya
Deputat: “Avtomobildə pərdə qadağasını birdəfəlik ləğv etmək lazımdır” - VİDEO
Tarix: 07-05-2019 | Saat: 13:04
Bölmə:Karusel / Ölkə / Seçilənlər-1 | çapa göndər

Deputat:


Son günlər Azərbaycanda minik avtomobillərinə pərdə və plyonka qadağasının ləğv edilməsi barədə fikirlər səslənir.



Hətta yayılan xəbərlərdə bildirilir ki, guya ölkəmizdə pərdə və plyonkadan istifadəyə tam icazə verilib, artıq yol polisinin bort-komputerlərindən həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi silinib. Bununla da avtomobilin nəinki arxa yan şüşələrinə, eləcə də qabaq yan şüşələrə də plyonka və ya jalüz pərdə vurulmasına icazə verilib.


Ümumiyyətlə bu qadağa lazımdırmı?



Milli Məclisin deputatı Çingiz Qənizadə Avtosfer.az-a verdiyi geniş müsahibədə bildirib ki, arxa yan şüşələrə örtük qadağasının heç bir mənası yoxdur. “Düşünürəm ki, bu qadağanın aradan qaldırılmasının vaxtı çatıb. Çünki bu o zaman tətbiq edilmişdi ki, həmin vaxtlar ölkədə təhlükəsizlik baxımından vacib idi. Artıq günün reallığında bu qadağanın qalmasına ehtiyac yoxdur.”



Deputat hesab edir ki, bu qadağa ölkədə turizmin inkişafına da çətinlik yaradır. “Təsəvvür edin ki, turist ölkəyə gəlir və kifayət qədər isti olan aprel ayında ona deyirlər ki, pərdədən istifadə etmək olmaz. Axı bu nə dərəcədə doğrudur ki, aprelin 30-da qadağa var, bir gün sonra bu aradan qalxır. Yaxud əgər bu təhlükəsizliklə bağlıdırsa o zaman qışda avtomobilin arxa yan şüşələri tərləyir və tamamilə görüntü məhdudiyyəti yaradır. Onda sürücünü buna görə də cərimələyək?”



Daha ətraflı videomüsahibədə.

[media=https://www.youtube.com/watch?v=4qGSeSDo4qM]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024