Mobil versiya
Göygöldə baş verən yol qəzasında ölənlərin sayı 8-ə çatıb - VİDEO - YENİLƏNİB - RƏSMİ
Tarix: 29-04-2019 | Saat: 15:07
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Göygöldə baş verən yol qəzasında ölənlərin sayı 8-ə çatıb


Göygöldə baş verən yol qəzasında 8 nəfər ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın ONA-ya verdiyi məlumata görə, ölənlərdən 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır.

O qeyd edib ki, 1 nəfər qadın isə Gəncə şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti ağırdır.



***
Saat 13:57



Göygöldə baş verən yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

ONA-nın yerli bürosunun verdiyi xəbərə görə, qəza nəticəsində xəsarət alan daha bir azyaşlı xəstəxanada ölüb.



***

Saat 13:24



Göygöldə baş verən yol qəzasında biri azyaşlı olmaqla 4 nəfər ölüb.

ONA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayon sakini Eldəniz Gəray oğlu Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Aslan Əbülfət oğlu Camalovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub. Qəza nəticəsində "VAZ-2106"ın sürücüsü, bir qadın və bir azyaşlı uşaq hadisə yerində ölüblər. "VAZ-2107"nin sürücüsü və daha bir nəfər xəsarətlə xəstəxanaya yerləşdiriliblər. A.Camalov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.



***

Saat 12:28



Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən yolunda qeydə alınıb. “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

aia.az

[media=https://www.youtube.com/watch?v=wYJXtDt6pLc]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024