Mobil versiya
“Virtual oyunlara ayda 500 min dollar xərcləyən azərbaycanlılar var” - SENSASİON AÇIQLAMA
Tarix: 12-04-2019, 18:07 | Saat: 15:47:00
Bölmə:Manşet / Maraqlı | çapa göndər

“Virtual oyunlara ayda 500 min dollar xərcləyən azərbaycanlılar var”


Azərbaycandan 12 nəfər virtual oyunlara hər ay 500 min dollar xərcləyir.

aia.az-ın media.az-a istinadən xəbərinə görə, bu şok iddianı "TVX Game" oyun şirkətinin rəsmisi Viktor Makeev səsləndirib.

O deyib ki, azərbaycanlılar həqiqətən komputer oyunlarına azartı, hədsiz marağı ilə seçilir: "Onların arasında elələri var ki, aludə olduqları oyuna bir ayda sərvət xərcləyir”.


Lakin rusiyalı mütəxəssis oyunlara belə yüksək məbləğlər xərcləyən azərbaycanlıların adını açıqlamayıb. Bunun şirkətin siyasətinə uyğun olmadığını deyib:

"Amma bəzən bu oyunçular sosial şəbəkələrdə, oyun qruplarında, forumlarda özləri haqqında informasiya sızdırır. Şəxsən biz Azərbaycanda ən azı 12 nəfər tanıyırıq ki, onlar aya yarım milyon dollar xərcləyiblər.
Adətən bu adamlar böyük biznesmenlər, iş adamlarıdır. İş həyatlarında hər şeyin qaydasında olmasını xoşlayan insan oyunda da qayda-qanunu sevir və bunun üçün nə qədər pul lazımdırsa xərcləyir".

V.Makeev bildirib ki, oyunçular daha çox poker, slot-maşınlar, ruletka və s. oyunlara pul yatırırlar: "Bizim şirkətin daxili statistikasına görə, bu oyunlara qoşulan ümumi istifadəçilərin 12%-ni Azərbaycandan olan istifadəçilər təşkil edir”.


aia.az



5164 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

08-11-2019
07-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930