BABANIN NƏVƏSİNƏ MƏKTUBU
Tarix: 20-02-2019 | Saat: 14:10
Bölmə:Ölkə | çapa göndər
Hələ dünyaya gəlməmiş sənin haqqında arzularla, şirin söhbətlərlə gecələrimi keçirdiyim əziz nəvəm! Doğulandan sonra ilk dişlərin çıxanda, iməkləyəndə, ilk addımlarını atanda, ilk sözlərini deyəndə bütün ailənin, eləcə də mənim necə fərəhləndiyimi yalnız bu hissi keçirənlər daha yaxşı bilər. İllər keçdikcə səni pis hərəkətlərdən çəkindirmiş, pis sözləri qadağan etmiş, istəmişik ki, pislə yaxşını özün ayırd edib, özünə “olmaz” deyəsən. Bu olmazların bəziləri sənə xoş gəlməyib. Nəhayət, sən yeniyetməlik dövrünə gəlib çatmısan. Sənə qarşı artan tələbkarlıq heç xoşuna gəlmir. Biz səni sevir və qorumağa çalışırıq. Sən isə düşünürsən ki, biz səni daha əvvəlki kimi sevmirik. Danlamaq üçün bir bəhanə axtarırıq. Axı mənim səni nə qədər sevdiyimi necə müəyyən edirsən? Babalarımız deyib: “Dövlətdə dəvə, övladda nəvə.”Böyüklə-rin səni istəmələrini nə ilə ölçürsən? Alınan paltarın qiymətiləmi, yediyin xörəklərin ləzzətiləmi, səninçün alınan əşyalarlamı?
Əziz balam! Həyat yalnız bu gördüklərindən ibarət deyil. Sən həyatı əyləncə ilə keçirməkləmi qiymətləndirirsən? İnsanın qayəsi, məsləki, məqsədi yalnız yeməklə, yatmaqla məhdudlaşmamalıdır. Böyük Niazami demişdir:
Yatmagı, yeməyi bu aləmdə sən,
Eşşəkdə, öküzdə görə bilərsən.
İnsanın digər yaradılmışlardan, o cümlədən canlılardan üstünlüyü onun həyata şüurlu baxışı ilə fərqlənir. B. Vahabzadə heyvandan fərqlənməyən insanlar üçün deyir:
Adam var başından qarnı agırdır,
Qarnının gözüylə baxır həyata.
Mən də başa düşürəm. Bu gün məişətimiz, yaşayış tərzimiz altmış il bundan əvvəlki deyildir. Mən sənin boyda olanda ot çalımına gedirdim, su daşıyırdım, odun dograyırdım. Yorgunlugumu alanda dərs oxuyur- dum. Televizorumuz da yox idi. İndi su evdə, qaz evdə ,mal-qara da yoxdur. Bəs sən nə eləyirsən? Televi- zor, telefon, kompüter sənin gününü məşgul edən, qiymətli vaxtını mənasız edən əyləncə vasitəsinə çev- rilmişdir. Gördüyüm işlər məni zəhmətə alışdırdı,məni tərbiyələndirdi. Sənin gördüyün işlər səni tənbəl-ləşdirir və istər fiziki, istərsə də zehni əməkdən uzaqlaşdırır. Nəticədə sən ailə üçün, vətən üçün çalışan bir gənc kimi yox, yalnız özünü düşünən, hamını özünə borclu bilən, xudpəsənd kimi böyüyürsən. Öz ya-şayış tərzində səhvləri görmədən başqalarının səhv etdiklərini düşünürsən. Sən güman edirsən ki, atan, anan, hətta bacılarin da səni sevmirlər. Böyüklərin səninlə münasibətində nöqsanlar axtarırsan. Məgər insan bu qədər naşükürlük etməlidir?
Əziz balam, bunlar sənin düşüncələrindir. Fikirləş ki, baba da bu yolu keçib, ata da. Onlar keçdikləri həyat yolunda buraxdiqları səhvləri indi yaxşı görürlər və istəmirlər ki, sən də o səhvləri təkrar edəsən. Mən yaşlıyam, özümdən kiçiklərin, yeni ailə quranların necə düşündüklərini çox görmüşəm.Yeni ailə qu-ranlar gözəl və böyük,hətta əlçatmaz arzularla yaşayırlar. Güman edirlər ki, öz uşaqlarını atalarından fərqli olaraq daha yaxşı tərbiyə edəcəklər. Lakin uşaq böyüdükcə o valideynlərin əksərinin arzularının bir çoxu arzu olaraq qalır. Çünki uşaq daha çox öz nəslindəkilərin həyatının bənzərini yeni mühitə uyğunlaş-dıraraq yaşayır.Cavan ata-ana yaşlaşdıqca verdikləri tərbiyədə səhvləri axtarır, tərbiyə etməyin nə qədər çətin olduğunu başa düşür, “Atanın qədrini ata olanda bilərsən” məsəlini dərk edirlər.
Öz istəklərimin çiçəkləndiyini görmək istədiyim mənim pöhrəm, mən istəyirəm ki, ailəmizdə bizim xal-qımıza məxsus ədəb qaydaları saxlanılsın. Sən isə xarici seriallara baxıb guya yeni, müasir qaydalarla ya-şamaq istəyirsən. Məgər alt paltarında ata-ananın, bacının qarşısına çıxmaq, böyük evə gələndə ayağa durmamaq, süfrədə yerini bilməmək, danışanda heç kəsə aman verməmək, özünü hamıdan ağıllı bilmək müasirlikmidir? Sən və sənin həmyaşıdların belə düşünürsünüz ki, yaşlıların tələb etdikləri köhnəlik əla-mətidir. Xeyr, bizim tələb etdiklərimiz xalqımızın min illərlə yaşadılmış ədəbi, mərifəti, tərbiyəsidir. Biz başqa xalqlardan öz adətlərimiz, ənənələrimiz, geyim tərzimizlə fərqlənməliyik. Qəribədir, bar geyimləri nə vaxtdan ədəb, mərifət simvoluna çevrilib? Bayağı musiqilərə,bəzən dilini bilmədiyimiz mahnılara qulaq asıb özünü yenilikçi hesab edirsən. Milli musiqimizi duymayanları necə müasir adlandırmaq olar? Zəmanə dəyişir, amma bu dəyişkənlik elmi nailiyyətlərlə olmalıdır,şit geyimlərlə, mərifətsizliklə baş verməməlidir.
Yeni nəslin yaşlı nəsli bəyənməməsi isə təzə xəbər deyil. XVII əsrdə yaşamış aşıq Abbas Tufarqanlı demişdir:
Ay həzərat, bir zamana gəlibdir,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı
Gəlinlər də qaynananı bəyənməz.
Şübhəsiz, sənin də həyata baxışın belə qalmayacaq, yaş ötdükcə dəyişəcək. Bu fikri B. Vahabzadə belə ifadə etmişdir:
Özü müəmmadır, sözü tapmaca,
Oğul istəyirəm ondan baş aça.
Ahıla ahıldır, qocaya qoca,
Cavana görünür təptəzə dünya.
Övlad insana çox əzizdir,amma tərbiyəsi ondan da əzizdir. Bəli, sən böyüyürsən, böyüdükcə sənə qarşı tələblər artır. Körpə olanda uşağı çox sevir və əzizləyirlər, onun istəklərini həyata keçirirlər, qucaqda gəz-dirirlər. Amma böyüdükcə münasibət dəyişir.İndi səndən paltarını təmiz saxlamağı, kitab-dəftərə qarşı səliqəli olmağı,valideynlərinlə mərifətli davranmağı, oxuduğun məktəbin tələblərinə cavab verməyi, cib xərcliyini səliqəli xərcləməyi, vaxtında yatmağı, vaxtında durmağı tələb edirlər. Sən fikirləşirsən ki, böyük-lər səni danlamaq üçün bəhanə axtarırlar. Niyə fikirləşmirsən ki, mənim “nə istəyirəm, onu eləyim” prin-sipim bu söz-söhbət yaradır. Sən fikirləşmirsən ki, öz hərəkətlərinlə, istəklərinlə ata-ananın, baba-nənə-nin kefinə soğan doğrayırsan? Hamını günahkar bilib təkcə özünü haqlı saymaq nə dərəcədə düzgündür? Əziz balam, səndə yaranan bu xudpəsəndliyi, əşyapərəstliyi görüb fikirləşirəm: “Biz günahkarıq,yoxsa yeni qədəm qoyduğumuz bu kapitalizm? S.Vurğunun “Vaqif” pyesində Vaqifin Qacara dediyi “İşıq güclənəndə çaşar qırovlar” ifadəsi bizim bu gün-kü azadlığımızda da öz əksini tapır. Adi insandan məsul vəzifəli şəxslərədək bir çoxları əldə edilmiş azadlı-ğı ozbaşınalıq kimi qəbul edir. Əldə etdiyimiz azadlıq cəmiyyət daxilində özünü biruzə verməli, bəzilərinin qəbul etdiyi kimi meşə azadlığına çevrilməməlidir.
Kapital sahiblərinin yaşayış tərzi, villalar, bahalı maşinlar, otellər, istirahət yerləri mən qocanı yox, sən cavanı çaşdırır. Müəllimliklə çörək qazanan atan və baban sənin gözündə fərasətsiz görünür.Rüşvətxor-ları və korrupsionerləri gördükcə halallıqla fərasətsizlik sənin gözündə eyniləşib. Amma düşümürsən ki, sənin kimi yüzlərlə, minlərlə cavanın da könlündən yüksək həyat tərzi keçir. Hamı bu istəyə çata bilərmi? Özünü dünya malından ötrü həyatın burulğanına atmaq istəyirsən. Düşünməyirsən ki, bu burulğanda o minlərdən 900-dən çoxuna mənasız çapalamaq qalır. Bəli, mən istəyirəm ki, sən dünya malına həris ol-mayasan, maddiyyat ardınca qaçıb mənəviyyatını itirməyəsən. Halallıqla dolanan insana qarşı heç kəsdə paxıllıq, kin, qəzəb, nifrət, ikiüzlülük, yaltaqlıq olmur. İnsanın sərvəti artdıqca pisliklər də çoxalır. Sərvətin bir gün itirilmək qorxusu da var. Atalar deyib: “Halal incələr, amma üzülməz.” İnsanın xoşbəxtliyi onun gözütoxluğundadır. Daim sərvətini artırmaq üçün çapalayan acgöz adama xoşbəxt demək çox çətindir. Heç vaxt gözün varlı balalarında qalmasın. Hər istəyi təmin olunan o uşaqların gücü ömürlük deyil. Pul olmayanda onlar çox zəif və fərasətsiz olurlar. Dahi Nizami demişdir:
Qüvvət bilikdədir, başqa cür heç kəs
Heç kəsə üstünlük eyləyə bilməz.
Əziz balam, sən bədbinləşir, bəzən həyatdan küsürsən. “Orta məktəbi bitirib, uzaqlara gedəcəyəm” deyirsən. Elə bilirsən ki, uzaqlara gedən kimi hər şey düzələcək? “Çəkməzsən zəhmət,görməzsən nemət” deyiblər. Sən Azərbaycanın 10 dərəcə şaxtasına dözmək istəmirsən, bəs Rusiyanın 30 dərəcə şaxtasına necə dözəcəksən? Xoşqədəmin verilişinə bax, gör Rusiyaya gedənlərin hamısı xoşbəxt olurmu? Rusiyaya gedən kişilərimizin bəziləri rus qadını üçün övlad barədə donora çevrilir. Çünki rus qadını atasının kimli-yindən asılı olmayaraq övladını rus kimi böyüdür.Demək olar ki, rus qadınları rus xalqını yaşadır. Onların övladları anaları ilə tanındığı üçün yurdlarına da ana yurdum deyirlər. Lakin bizdə hər bir ananın qarşısın-da onu namus bilib qoruyan, ona sahiblik edən bir ər, bir ata var. Buna görədir ki, vətəni anaya bənzət-sək də doğulduğumuz yurda ata yurdu, ata mülkü deyirik. Bufikirlərimizi təsdiq edəcək Burla Xatun kimi analarımız, Salur Qazan kimi atalarımız var. Bunun hələ mənəvi tərəfi də var. Gedənlər yaşlandıqda nəyi qazanıb, nəyi itirdiklərini çox gözəl başa düşürlər.Mən telekanallarımızın birində övladlarından söz düşəndə müğənni Yaqub Zurufçunun gözlərindən yaş gəldiyini görmüşəm. Dünya şöhrətli alimimiz Lütfizadənin vətənində dəfn olunmaq istəyini, övladının isə soyuq münasibətini də gördük. Bilirsənmi ki, bunlar pulla düzəlmir. İnkişaf etmiş ölkələrdə yaşı 18-i ötən oğul və qızlar artıq valideyn məsləhəti ilə yox, öz istəkləri ilə yaşayırlar. Budurmu azadlıq?
İnkişaf etmiş ölkələrdə ailədaxili münasibətlərdə bizim meyarlarla boşluqların yarandığı məlumdur. Hələ XIX əsrin ortalarında M. F. Axundov Hatəmxan ağanın dili ilə fransızlarda ailə münasibətlərini təs-vir edir. Bu gün ata-ana, qayınata, qayınana münasibətlərini qəbul etmək istəməyənlərin 30-40 ildən sonra öz övladlarından bumeranqı qəbul etdikdə itirdiklərini başa düşmələri əhəmiyyətsiz olacaq. Yalnız özünü qiymətləndirmək, özü üçün yaşamaq ,başqalarinin onun istədiyi kimi olmasını istəyən qızların, oğulların yazılmamış ailədaxili qaydaları dağıtmaq istəkləri azadlığa deyil, özbaşinalığa,səllimiliyə yol açır. Xaricdə yaşayan azərbaycanlıların bir çoxu övladlarını Azəbaycana gətirib burada evləndirirlər. Kənarda olsalar da öz milli dəyərlərini saxlayan insanlar yaşadıqları ölkənin həyat tərzinə uyğunlaşa bilmirlər. Əziz nəvəm, bu yaşımda da mənə deyilən hər sözün məsuliyyətini daşıyıram . Amma bilmirəm, yediyiniz qida-dandır, ya zəmanədəndir, yaxud bizim verdiyimiz tərbiyədəndir ki, bu günkü nəsildə utanmamaq, sırtıq-lıq, mərifətsizlik adi hal kimi qarşılanır. Xüsusilə, qız uşaqları abır,həya təcəssümü olmaq əvəzinə, bəzən oğlan uşağından da betər olurlar. Elə analar görürəm ki, camaat arasında xəcalət çəkməsinlər deyə qızla-rına söz demirlər.
İnsan yaşa dolduqca gəncliyini - ömrünün böyük və əsas hissəsini sərf edir, itirir; istəsə də, istəməsə də. Mənasız keçən gəncliklə yanaşı qocalıq da itirilmiş olur; şübhəsiz , müxtəlif cür. Mənalı keçən gənclik illəri də itirilirsə də zəhmətinin əvəzi olaraq həm şərəfli qocalıq dövrü qazanırsan, həm də axirəti-cismən ölümdən sonrakı həyatı. Əziz övladım, son olaraq məktubumu Həzrəti-Əlinin sözləri ilə bitirmək istəyirəm. O demişdir: “Elm peyğəmbərlərdən, mal isə Harun və Fironlardan mirasdır.” Yenə demişdir: “Elm təvazökarlıq, mal isə lovğalıq yaradır.”
Həyata keçirə bilmədiyim arzularımın davamçısı bildiyim əziz nəvəm, bütün bunları xoşbəxt gələcəyi qazana bilməyin üçün sənə söyləməyi özümə borc bildim. Tariximizi diqqətlə öyrən! Xalqımızın,eləcə də ayrı-ayrı şəxsiyyətlərin başına gələnlərdən nəticə çıxar! Hansı mərtəbəyə çatsan, çalış ki, ləyaqətini, mərifətini, abır-həyanı ,sonda Vətənini-Ata Yurdunu qoruya biləsən!
TAHİR Həsənli,
Quba rayonu, Yerfi kəndi.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu