Mobil versiya
2070 kiloqram fil dişi müsadirə edildi
Tarix: 2-02-2019, 12:27 | Saat: 15:47:00
Bölmə:Maraqlı | çapa göndər

2070 kiloqram fil dişi müsadirə edildi



Çinin gömrük xidmətinin əməkdaşları qaçaqmalçılıq yolu ilə Afrikadan gətirilən 8268 kiloqram panqolin pulcuğunu və 2070 kiloqram fil dişini müsadirə edib. Modern.az xəbər verir ki, gömrük orqanlarına bir müddət əvvəl daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində Honkonq şəhərindəki limanda Nigeriyadan gələn yük konteynerlərində ərzaq məhsullarının arasında qutularda gizlədilmiş fil dişi və panqolin pulcuqları aşkar edilərək götürülüb. Nəsli kəsilməkdə olan heyvanların qiymətli orqanlarının qanunsuz ticarəti ilə məşğul olan şirkətin məsul əməkdaşları da həbs olunub.

Çin qanunlarına əsasən, qiymətli heyvanların orqan və hissələrinin ümumi dəyəri 1 milyon yuandan (148 min ABŞ dolları) çox olan qaçaqmalçılığına görə ən azı 10 il, bəzən isə ömürlük azadlıqdan məhrumetmə cəzası verilir.

Dünyanın ən çox satılan məməliləri olan panqolinlərin nəslinin tükənməsi təhlükəsi var. Afrika və Asiya qitələrində 8 növü yaşayan bu heyvanlar dünyada yeganə pulcuqlu məməlilərdir.

Dünya Vəhşi Təbiət Fondunun hesabatına əsasən, planetimizdə ildə 20 min Afrika fili qazanc məqsədilə öldürülür ki, bu da nəticədə həmin heyvan növünün tamamilə yox olmasına gətirib çıxara bilər.



aia.az



5214 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930