“Muğan Aqroservis” MMC – taxıl toxumçuluğunun inkişafı xüsusi diqqət mərkəzindədir
Tarix: 31-01-2019 | Saat: 16:53
Bölmə:Manşet / Ölkə / Seçilənlər-9 | çapa göndər
Rəcəb Orucov: “Dövlətimizin sahibkarlığın inkişafına yönələn genişmiqyaslı dəstək mexanizmlərindən yararlanaraq, gələcəkdə əkin sahələrimizin daha da genişləndirilməsi istiqamətində müvafiq işlər aparırıq.”
Bu sözləri “Muğan Aqroservis” MMC-nin direktoru “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda etdiyi çıxışında deyib. Həmçinin öz çıxışında rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, əldə olunmuş konkret nəticələr və gələcək planlar barədə ətraflı hesabat təqdim edən Rəcəb Orucov, ölkəmizdə toxumçuluğun davamlı inkişafını təmin etmək məqsədilə müasir tələblərə cavab verən, yeni texno-biliklərə sahiblənə biləcək milli kadrların hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin geniş tətbiqi və əsaslı elmi araşdırmaların mütəmadi aparılması işinin də vacibliyini vurğulayıb.
İnnovativ təsərrüfatlar aparıcı mövqelərə çıxırlar
Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, son illər Azərbaycanda qabaqcıl texnologiya və elmi əsaslara söykənən təcrübənin tətbiqinə əsaslanan, rəqabətqabiliyyətli məhsul istehsalında, emal sənayesinin davamlı olaraq yüksək keyfiyyətli və maya dəyəri aşağı xammalla təmin olunmasında, ərzaq bolluğu ilə yanaşı, regionlarda məşğulluğun artırılmasında əhəmiyyətli rola malik olan aqroparklar və iri fermer təsərrüfatlarının yaradılması geniş vüsət almışdır. O cümlədən, İmişli rayonu ərazisində yaradılmış “Muğan Aqroservis” MMC-nin də fəaliyyəti ölkəmizdə kənd təsərrüfatının toxumçuluq sahəsinin, bir qədər də konkret desək, taxıl toxumçuluğunun inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. MMC-yə məxsus toxumçuluq müəssisəsi rayonlaşdırılmış, xəstəliklərə və ziyanvericilərə qarşı daha dözümlü və yüksək məhsuldarlığa malik taxıl toxumçuluğu üzrə ixtisaslaşmış innovativ təsərrüfatdır.
Gəlin razılaşaq ki, hələ 15-20 il bundan əvvəl ölkəmizdə “kənd təsərrüfatı” və “innovasiyalar” kimi kəlmələrin hətta yanaşı işlədilməyi belə qəribə səslənə bilərdi. Lakin bu günün tələbləri artıq həqiqətən də tam fərqlidir. Və bu tələblərə cavab verə bilməyən təsərrüfatlar heç bir nəticə əldə edə bilməzlər. Qeyd etmək lazımdır ki, innovativ tədbirlər müxtəlif və eyni zamanda bir neçə istiqamətdə tətbiq oluna bilərlər. Məsələn, istehsalda məhsuldarlığı artıran texnologiyaların tətbiqi. Burada söhbət tarlalarda insan gücündən daha çox, müasir texnikalardan istifadədən gedir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübələrinə nəzər salanda texnoloji yeniliklərin kənd təsərrüfatına tətbiqi nəticəsində həqiqətən həm məhsuldarlığı 10 dəfələrlə artırmağın, həm də işçi qüvvəsini xeyli azaldaraq maya dəyəri aşağı salmağın mümkün olduğunu görə bilərik. Digər tərəfdən, taxıl toxumlarının seleksiyası və yeni gübrələrin istehsalı da bu sahədə fəaliyyət göstərən təsərrüfatların məhsuldarlığını qat-qat artırır.
Diqqətəlayiq haldır ki, hələ bir neçə il bundan öncə, fərdi toxumçu-fermer kimi fəaliyyət göstərdiyi vaxtlarda, Azərbaycanda toxumçuluğun inkişafına dair keçirilən respublika müşavirəsində iştirak edən Rəcəb Orucov həmin tədbirdə “Özəl toxumçuluq təsərrüfatının inkişafı, mövcud problemlər və toxum istehsalında innovativ texnologiyaların tətbiqi” mövzusunda çıxış edərək bu sahənin inkişafı ilə bağlı önəmli təkliflərini vermişdi.
“Qarabağ taxıl” – “Qarabağ toxum” – “Muğan Aqroservis”
Bu müəssisə adlarını belə ardıcıllıqla yazmağımız təsadüfi deyil. Məsələ bundadır ki, son bir neçə ildə Rəcəb Orucov da məhz bu ardıcıllıqla həmin müəssisələrə rəhbərlik etmiş və hər üç müəssisədə özünün tükənməz enerjisi, yüksək iş qabiliyyəti və yenilikçi ideyaları ilə ölkəmizdə taxılçılığın və taxıl toxumçuluğunun inkişafına dəyərli tövhələrini vermişdir.
Qeyd edək ki, Ölkədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC 2012-ci ildə Prezident İlham Əliyevin iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması barədə verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə Ağcabədi və Beyləqan rayonlarının ərazilərində dövlət torpaq fondu hesabına 4800 hektar sahədə yaradılıb. Həmin dövrdə Rəcəb Orucovun rəhbərliyi altında MMC öz məhsuldar fəaliyyətilə iri taxılçılıq təsərrüfatları yaratmağın mümkün olduğunu nümayiş etdirdi. Əlbəttə, bunu etmək asan olmadı. Təsərrüfatda dünyanın ən son texnologiyası tətbiq edildi. 64 ədəd müasir suvarma sistemi – pivot quraşdırıldı, 5 nasosxana, 5,5 milyon manat dəyərində 20 min ton tutumlu müasir taxıl anbarı, 6 min tonluq soyuducu anbar kompleksləri, saatda 100 ton qurutma gücünə malik quruducu qurğu inşa olundu. Təsərrüfata 4,2 milyon dollar dəyərindən artıq 20-dək müxtəlif adda kənd təsərrüfatı texnikası alındı. Bu müddətdə təsərrüfat istər kənd təsərrüfatı texnikaları seçimində, istər toxum alınmasında, istərsə də, gübrə və pestisidlərin əldə edilməsində dünyanın ən qabaqcıl şirkətləri ilə əməkdaşlıq edirdi. Amma görülən işlər də hədərə getmədi. Bu işlərin sayəsində taxıl istehsalında yüksək məhsuldarlığa nail olundu. Belə ki, 2012-ci ilin payızında əkilən taxıldan 2013-cü ildə ölkə üzrə rekord məhsuldarlıq – hektara 55,6 sentner məhsul əldə edilmişdi.
Lakin dediyimiz kimi, Rəcəb Orucov qarşıya qoyulan məqsədlərə nail olmaq üçün təkcə təsərrüfat fəaliyyəti ilə deyil, eyni zamanda elmi tədqiqatlarla məşğul olmağın və yeni texnologiyaların tətbiqinin vacibliyini gözəl bilir və öz fəaliyyətini də bu istiqamətə yönləndirirdi. Artıq “Qarabağ – toxum” MMC-yə rəhbərlik etdiyi vaxt Rəcəb Orucov Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində (AEİMM) Koordinasiya Şurasının ilk iclasında iştirak etmişdi. Müzakirələrin gedişində Rəcəb Orucov çıxış edərək aqrar sahəyə innovasiyaların tətbiqi, kənd təsərrüfatının intensiv inkişafı yolları və aqrar tədqiqatların əhəmiyyətini, özəl təsərrüfatların elmi müəssisələrlə əlaqələrinin genişləndirilməsi və elmi potensiallı yerli mütəxəssislərin bilik və təcrübələrindən geniş istifadənin vacibliyini, bu sahədə beynəlxalq təcrübədən yararlanmağın vacibliyini vurğulamışdı. Yeri gəlmişkən, Koordinasiya Şurasının məhz elə ilk iclasında da Rəcəb Orucov açıq səsvermə yolu ilə Şuranın sədr müavini seçilmişdi.
Torpaq mülkiyyətçilərinə 1200 tondan artıq yüksək keyfiyyətli toxum materialları satılıb
Bu gün də Rəcəb Orucov özünün yaradıcı fəaliyyətini “Muğan Aqroservis” MMC-nin direktoru vəzifəsində uğurla davam etdirir. İmişli rayonu ərazisində 572 hektar sahədə yaradılan “Muğan Aqroservis” MMC-yə məxsus taxıl toxumçuluğu təsərrüfatında ötən təsərrüfat ilində 1200 tondan artıq birinci və ikinci reproduksiyalı, yüksək kondisiyalı,torpaq və iqlim şəraitinə tam uyğunlaşdırılmış yerli sortlarla bərabər, Fransa və İtaliya mənşəli buğda və arpa sortlarından da toxum materialları istehsal edilib. İstehsal olunan toxum materialları ölkəmizin müxtəlif regionlarında fəaliyyət göstərən torpaq mülkiyyətçilərinə satılıb və onlar tərəfindən hər hektardan orta hesabla 50 sentnerdən artıq yüksək keyfiyyətli məhsul əldə edilib. Təsərrüfatın ərazisinin 200 hektarında ABŞ istehsalı olan 4 müasir pivot suvarma sistemi quraşdırılıb və 352 hektar ərazidə 5 müasir pivot suvarma sisteminin quraşdırılması üzrə layihələndirmə işləri yekunlaşdırılıb. Təsərrüfat ümumi sahəsi 2 min kvadratmetr olan anbar binası, 3 kombayn, 8 traktor, 22 müxtəlif çeşidli aqreqat, 2 toxumtəmizləyən və çeşidləyən avadanlıqlarla təchiz edilib ki, bu da texnika parkımızın mövcud imkanlarından istifadə etməklə öz təsərrüfatımızla yanaşı, digər fermerlərə də aqroservis xidməti göstərməyə imkan yaradır.
Taxıl toxumçuluğu üzrə ixtisaslaşmış təsərrüfatda günün tələblərinə uyğun milli kadrların hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin geniş tətbiqi və elmi araşdırmaların aparılması üçün mövcud bazamızda “Fermerlərə xidmət və aqroinformasiya məsləhət mərkəzi”nin yaradılması nəzərdə tutulur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda etdiyi çıxışında Rəcəb Orucov belə bir məqamı da xüsusi vurğulayıb ki, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə ölkəyə gətirilən texnika və avadanlıqlara gömrük vergi və rüsumları üzrə güzəştlərin tətbiqi üçün təşviq sənədinin verilməsi, dövlətin güzəştli kreditləri, texnika və avadanlıqların uzun müddətə və güzəştli şərtlərlə torpaq mülkiyyətçilərinə lizinq yolu ilə verilməsi, yanacaq-sürtkü materiallarına, mineral gübrələrə tətbiq olunan güzəştlər aqrotexniki tədbirlərin optimal müddətlərdə və yüksək keyfiyyətlə həyata keçirilməsinə, istehsalçıların maddi maraqlarının qorunmasına çox böyük stimul yaradır.
Əminliklə demək olar ki, “Muğan Aqroservis” MMC-nin kollektivi bundan sonra da əzmlə çalışaraq, üzərilərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına öz töhfələrini verəcəklər.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024
31-10-2024