Regionlarda təhsilin inkişafı üçün bütün imkanlar yaradılıb
Tarix: 30-01-2019 | Saat: 15:12
Bölmə:Manşet / Təhsil | çapa göndər
Mədinə Nurməmmədovanın rəhbərliyi altında Xaçmaz RTŞ-nin fəaliyyəti məktəblilərin dərin elmi biliklərə sahiblənmələrinə və onların müasir dünya görüşlü gənc vətənpərvərlər kimi formalaşmalarına yönəldilmişdir
Ölkənin təhsil sistemində davamlı şəkildə aparılan islahatlar öz müsbət nəticəsini verməkdədir. Demək lazımdır ki, bu gün paytaxt məktəbləri ilə yanaşı respublikanın digər regionlarında yerləşən təhsil müəssisələrinin də müşahidə olunan uğurlarda öz payları vardır. Əminliklə demək olar ki, hazırda bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələri istər yeni tədris metodikalarının tətbiqində, istərsə də məzunlarının ali məktəblərə qəbulu üzrə göstəricilərdə artıq Bakı məktəbləri ilə uğurla rəqabət apara bilirlər. O cümlədən, son illər yüksək nəticələri ilə diqqəti cəlb edən qurumlardan biri də Xaçmaz Rayon Təhsil Şöbəsidir.
Bir əsrlik tarix, bir əsrlik təcrübə
Xaçmaz rayonunda Xalq Maarif Şöbəsi XX əsrin əvvəllərindən fəaliyyətə başlamışdır. 30-cu illərdən başlayaraq Xalq Maarif Şöbəsinə müxtəlif illərdə 15 nəfər müdir rəhbərlik etmişdir. 1992-ci ildən Xaçmaz Rayon Xalq Maarif Şöbəsinin adı dəyişdirilərək Xaçmaz Rayon Təhsil Şöbəsi adlandırılmışdır. Hal-hazırda şöbənin tabeliyində 123 məktəb, o cümlədən 56 tam orta, 33 ümumi orta, 34 ibtidai məktəb, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Rayonun ümumtəhsil müəssisələrində hazırda 26809 nəfər şagird təhsil alır. Həmin məktəblərdə 2615 nəfər müəllim şagidlərin təlim-tərbiyəsi ilə məşğul olur. 70 ümumtəhsil məktəbdə tədris dili Azərbaycan dilində, 18 məktəbdə tədris dili həm Azərbaycan, həm də rus dilində , 1 ümumtəhsil məktəbdə isə tədris dili rus dilində aparılır. Son illərdə Xaçmaz rayonunda 37 yeni ümumtəhsil, 2 məktəbdənkənar məktəb binası inşa olunmuş, 2 məktəb əsaslı təmir olunmuşdur. Qazandığı nailiyyətlərə görə 2011-2012-ci tədris ilində Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 №-li məktəb-liseyi “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür. Rayonun ümumtəhsil məktəblərində müxtəlif tədris illərində bir müəllim iki dəfə və iki müəllim olmaqla cəmi 3 müəllim “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 2007-ci ildən Xaçmaz Rayon Təhsil Şöbəsinə Mədinə Nurməmmədova rəhbərlik edir.
Qısa arayış:
Nurməmmədova Mədinə Əlişah qızı 1951-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsinin qiyabi şöbəsini bitirmişdir. 1970-ci ildən 1973-cü ilədək Xaçmaz şəhər 2№-li tam orta məktəbində Pioner baş dəstə rəhbəri; 1973-cü ildən 1983-cü ilədək Rayon komsomol komitəsində məktəblər üzrə komsorq, katib, II katib, I katib vəzifələrində işləmişdir. 1983-cü ildən 1991-ci ilədək Rayon İcrayə Komitəsində katib, 1991-ci ildən 1998-ci ilədək Rayon Mədəniyyət Şöbəsində müdir, 1998-ci ilin avqust ayından 2001-ci ilin iyul ayınadək Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini vəzifəsində çalışmışdır. 04 avqust 2001-ci ildən, 07 mart 2007-ci ilədək İ.Qayıbov adına Xaçmaz şəhər 3№-li tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. 2007-ci ildən Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır. 2010-cu ildə Azərbaycan Respublikasının “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
İlk dəfə 700 bal
2017-2018-ci tədris ilinin yekunları Xaçmazın təhsil sahəsində bir ilklə əlamətdar oldu. Belə ki, şimal regionunda ilk dəfə olaraq Xaçmaz məktəblisi qəbul imtahanlarında 700 bal toplamışdır. Jalə Rəcəbova məhz bu nəticə ilə “ADA” Universitetinin iqtisadiyyat fakültəsinə qəbul olmuşdur. Lakin rayon üzrə ümumi göstəricilər də kifayət qədər yüksəkdir. Bu barədə 2018-ci il sentyabrın 7-də Xaçmaz şəhər Tarix Diyarşünaslıq Muzeyində keçirilmiş rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransında çıxış edən təhsil şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova ictimaiyyətə məlumat verib. Həmin məlumata görə, 2017-2018-ci tədris ilinin sonunda Xaçmaz rayonundan 414 nəfər məzun ali məktəblərə daxil olub. Onlardan 50 nəfəri 500-dən, 12 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Həmçinin rayonun orta məktəblərindən məzun olan şagirdlərdən bir nəfər qızıl və bir nəfər isə gümüş medala layiq görülüblər. Bundan başqa IX siniflər üzrə 17 nəfər, XI siniflər üzrə 18 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib. Maraqlıdır ki, konfrans həm də əlamətdar bir günə təsadüf edib. Konfrans iştirakçıları müəllimlərin yeni dərs ili ərəfəsində onlar üçün inşa edilən “Ana dili müəllimi” abidəsinin açılışında iştirak ediblər. Bu həm də bütövlükdə rayon müəllimlərinin əməyinə göstərilən diqqət və verilən böyük dəyərdir.
Yeni ildə yeni məktəb binaları inşa ediləcək
Bu gün milli təhsilimizə olan dövlət qayğısının daha bir göstəricisi kimi, son illərdə təhsil sektorunun maliyyələşdirilməsinə ayrılan büdcə vəsaitlərinin xeyli artması çıxış edir. İnkişaf proqramlarının reallaşdırılması nəticəsində, yeni məktəblər tikilir, mövcud məktəblər müasir avadanlıqlarla təchiz edilir, komputerləşdirilir. O cümlədən, hazırda Xaçmaz rayonunda da təhsil sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə irimiqyaslı dövlət tədbirləri həyata keçirilməkdə davam edir.
Belə ki, yeni ilin ilk günlərindən Xaçmaz şəhərində 432 şagird yerlik ikimərtəbəli məktəb binasının inşasına başlanılıb. Mətbuata təqdim olunan məlumatlara görə, Bəybala Rəsulov adına Xaçmaz şəhər 5 nömrəli tam orta məktəb üçün inşa olunan yeni bina növbəti tədris ilindən istifadəyə veriləcək. Otuz sinif otağından ibarət olacaq tədris ocağında bütün fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək.
Qeyd edək ki, dövlət başçısının müvafiq tapşırıq və sərəncamına əsasən ötən il Xaçmaz rayonunun Alıcqışlaq, Qaracəlli, Cığatay və Ərəb kəndlərində də yeni modul tipli məktəb binaları quraşdırılıb. Həmçinin yeni quraşdırılan modul tipli məktəblərdən biri də rayonun Ərəb kəndində yerləşir. Yeni quraşdırılan təhsil oçağı akt zalı, 4 sinif və müəllimlər otağından ibarətdir. Məktəb binası müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib.
Eləcə də, 2017-2018-ci tədris ilində rayonun Aşağı-Ləgər, Gəncəli, Bayoba və Çılğır, Əzizli kəndlərində modul tipli məktəblər quraşdırlıb, müəllim və şagirdlərin istifadəsinə verilib.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər