Mobil versiya
Melioratorlar 2018-ci ildə də qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasını təmin ediblər
Tarix: 24-01-2019 | Saat: 15:17
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər

Melioratorlar 2018-ci ildə də qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasını təmin ediblər


Əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün Ölkə Prezidentinin verdiyi sərəncamlardan irəli gələn vəzifələr yerinə yetirilib

Azərbaycanda su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Son 14 ildə ASC-nin göstərdiyi əhatəli və səmərəli fəaliyyəti ölkənin kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu illər ərzində Azərbaycanda 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. O cümlədən, 2018-ci ildə də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC bir sıra uğurlu layihələr həyata keçirib.

Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bir sıra rayonlarda mühüm obyektlərin açılış mərasimi keçirilib



2018-ci il iyunun 5-də dövlət başçısının iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə qurğsunun və ondan sonrakı 4,95 km-lik hisəsinin açılış mərasimi keçirilib. Tikinti işlərinin tamamlanması ilə Goranboy rayonunun 8000 ha torpaq sahəsinə suvarma suyu çatdırılıb.

Lerik rayonunda 1100 m uzunluğunda çirkab su kollektor xətti çəkilib və çirkab su təmizləmə qurğusunda mexaniki avadanlıqların quraşdırılması işləri yekunlaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 15 oktyabr 2018-ci il tarixində Lerik şəhərinin içməli su sisteminin və kanalizasiya şəbəkəsinin əhalinin istifadəsinə verilməsi mərasimində iştirak edib.

Arazın yeni qolundan torpaq sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların tikintisi üzrə 1-ci mərhələdə İmişli və Biləsuvar rayonlarının 16863 ha yeni suvarılan torpaq sahələrinə suvarma suyunun çatdırılması üçün 37 km paylayıcı kanalların tikintisi üzrə işlər yerinə yetirilib. Kanalda betonlama işlərinin başa çatdırılması ilə əlavə olaraq 13145 ha yeni suvarılacaq torpaq sahələrinə suvarma suyunun çatdırılması təmin olunub. 2018-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının iştirakı ilə Araz çayının yeni qol kanalının istifadəyə verilməsinin açılış mərasimi keçirilib.

Aqroparkların su ilə təminatı məsələsinin həlli məqsədyönlü şəkildə həyata keçirilir




Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə Goranboy, Şabran və Xaçmaz rayonlarının ərazisində yaradılan Aqroparklarda torpaq sahəsilərinə suvarma suyun verilməsi üçün nəqledici boru kəməri çəkilib, torpaq sahəsinin meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün kollektor-drenaj şəbəkəsinin tikintisi üzrə işlər görülüb. Şəki və Oğuz rayonları ərazisində yaradılacaq Aqroparkın suvarma suyu ilə təmin edilməsi üçün Türyançay və Ağçay çayları üzərində suqəbuledici və digər qurğuların tikintisi üzrə hazırlıq işlərinə başlanılıb. Qax rayonunda yaradılan Aqroparka məxsus 888 hektar yeni suvarılacaq torpaq sahəsinə suvarma suyunun çatdırılması üçün müvafiq işlər görülüb. 2018-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə «Ulu Aqro» MMC-nin Qax Aqroparkının açılış mərasimi keçirilib.

Sel və daşqın sularına qarşı mübarizə tədbirləri uğurla davam etdirilib



Ötən il Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 km-lik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib. Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln.kbm həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib. Çay məcralarında 17,2 mln.kbm həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri yerinə yetirilib. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb. 2018-ci il ərzində bütün mənbələrdən, o cümlədən dövlət büdcəsindən, Dövlət Neft Fondundan və Dünya Bankından ayrılmış vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.

Dövlət başçısının verdiyi tapşırıqlarda qarşıya qoyulan vəzifələr operativ icra olunur

Ölkə Prezidentinin 12 mart 2018-ci il tarixli 3781 nömrəli Sərəncamı ilə respublikanın 38 şəhər və rayonunun 248 yaşayış məntəqəsində 8740 hektar əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılması nəzərdə tutulan 300 ədəd quyusunda qazma işləri tamamlanıb. Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Füzuli rayonunun ona bitişik Mirzənağılı kəndlərinin ümumən 680 hektar əkin sahəsinə Araz çayından suyun verilməsi üçün müvafiq işlər yerinə yetirilib.



Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 5 noyabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə Ağdam rayonunun əhalisi 26265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb. Sərəncamın icrası olaraq ASC tərəfindən 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2019-cu ildə də suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində müvafiq tədbirlər işlənib həyata keçiriləcək.

Xarici dövlətlər ölkəmizin meliorasiya və su təsərrüfatı sahəsindəki qabaqcıl təcrübəsini öyrənirlər



Demək lazımdır ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin səmərəli fəaliyyəti bir çox xarici ölkələrdə yerləşən analoji qurumlar tərəfindən zəngin təcrübə mənbəyi olaraq öyrənilir. Belə ki, indiyədək bir çox xarici dövlətlərin meliorasiya və su təsərrüfatının məsul şəxsləri Azərbaycana qonaq gəlib və ölkəmizin bu sahədəki təcrübəsindən yararlanıblar. O cümlədən ötən ilin sonlarında Tacikistan Hökuməti yanında Meliorasiya və İrriqasiya Agentliyinin rəhbər vəzifəli şəxsləri də ölkəmizdə səfərdə olublar. Tacikistan nümayəndə heyətinin səfərində məqsəd də Azərbaycanın bu sahədəki təcrübəsini öyrənmək olub. Səfər çərçivəsində qonaqlar Samur-Abşeron kanalının baş suqəbuledici qurğusu, Qudyalçay, Qaraçay və Vəlvələçayda yerləşən hidroqovşaq və su durulducu qurğular, Taxtakörpü su anbarı, Siyəzən Suvarma Sistemləri İdarəsi və Samur-Abşeron kanalının yeni inzibati binası, Ceyranbatan nasos stansiyası, Bəhramtəpə hidroqovşağı, Arazın yeni qolunun baş qurğusu və meliorasiya sisteminə aid digər obyektlərlə tanış olublar. Qeyd edək ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC 1997-ci ildən Dünya Su Şurasının, 2002-ci ildən Qlobal Su Əməkdaşlıq Şurasının, 2006-cı ildən isə İrriqasiya və Drenaj üzrə Beynəlxalq Komissiyanın üzvüdür. Səhmdar Cəmiyyətin əməkdaşları hər il bu təşkilatların beynəlxalq tədbirlərində iştirak edir və qarşılıqlı təcrübə mübadilələri aparırlar.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024