Qardaşlıqdan strateji müttəfiqliyə: Azərbaycan–Qazaxıstan münasibətlərinin yeni mərhələsi
Tarix: 20-10-2025 | Saat: 16:56
Bölmə:Manşet / Siyasət | çapa göndər

Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə müsahibə verib. Ölkə başçısının verdiyi müsahibə Azərbaycan–Qazaxıstan münasibətlərinin mahiyyətini bir daha aydın şəkildə ortaya qoydu. Bu münasibətlər sadəcə diplomatik əlaqə deyil — ortaq tarix, mədəniyyət, dil və dəyərlər üzərində qurulmuş, zamanın sınağından çıxmış qardaşlıq və strateji müttəfiqlik modelidir. Dövlət başçısının müsahibəsində səslənən fikirlər bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan arasındakı əməkdaşlıq təkcə regional miqyasda deyil, həm də türk dünyasının gələcəyinə yönəlmiş qlobal strateji xəttin tərkib hissəsidir.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, bu əməkdaşlığın mühüm dayaqlarından biri nəqliyyat-logistika sahəsindəki tərəfdaşlıqdır. Azərbaycan ilə Qazaxıstan arasında bu istiqamət iqtisadi artım, regional bazarların inteqrasiyası və Avrasiya məkanında yeni ticarət əlaqələrinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi, daşımaların həcminin artması iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsi üçün əlverişli zəmin yaradır. Hazırda bu sahədə əhəmiyyətli tərəqqi müşahidə olunur: 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki illə müqayisədə 20 faiz artaraq 3,5 milyon ton həddini keçib.
Bu prosesin əsas hərəkətverici qüvvəsi kimi Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) çıxış edir. Bu layihə təkcə iki ölkə arasında deyil, həm də bütün türk dünyasında iqtisadi inteqrasiyanın, dayanıqlı ticarət əlaqələrinin və rəqabətqabiliyyətli logistik sistemin təməlidir. Xüsusilə, 2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan arasında imzalanan “2022–2027-ci illər üçün Orta Dəhlizin inkişafı və istismarı üzrə Yol Xəritəsi” bu əməkdaşlığın strateji əsasını təşkil edir. Sənəd nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, vahid tarif siyasətinin tətbiqini, logistika mərkəzləri şəbəkəsinin genişləndirilməsini və əlavə yük axınının cəlb edilməsini nəzərdə tutur.
Bu, üç ölkənin iqtisadi gələcəyini bir-birinə daha sıx şəkildə bağlayan və Avrasiya məkanında vahid nəqliyyat ekosisteminin formalaşmasına xidmət edən mühüm addımdır.
Millət vəkili onu da qeyd edib ki, infrastruktur sahəsində həyata keçirilən digər mühüm layihə — Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. 2025-ci ilin martında Bakıda imzalanmış bu müqavilə 2026-cı ilin sonuna qədər tamamlanacaq və Azərbaycanla Qazaxıstan arasında rəqəmsal inteqrasiyanı, informasiya təhlükəsizliyini və texnoloji mübadiləni yeni mərhələyə qaldıracaq. Bu layihə həm iqtisadi, həm də informasiya təhlükəsizliyi baxımından iki ölkə münasibətlərinə strateji dəyər qazandırır.
Məhz bu kimi konkret nəticələr cənab Prezident İlham Əliyevin müsahibəsində ifadə etdiyi “xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanan” strateji tərəfdaşlıq fəlsəfəsinin real təcəssümüdür. İkitərəfli əməkdaşlıq artıq yalnız diplomatik bəyanatlar səviyyəsində deyil, konkret göstəricilərlə ölçülən iqtisadi və texnoloji tərəfdaşlığa çevrilib.
Bu dinamik proseslərin hərəkətverici platforması isə, şübhəsiz ki, Türk Dövlətləri Təşkilatıdır (TDT). 2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda əsası qoyulan bu təşkilat türk xalqları arasında siyasi, iqtisadi və mədəni birliyin möhkəmlənməsinə xidmət edir. Keçən il Şuşada keçirilən ilk qeyri-rəsmi Zirvə Görüşü və bu yaxınlarda Qəbələdə baş tutan 12-ci Zirvə Görüşü türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu görüşlərdə qəbul edilən sənədlər Türk dünyasının siyasi və iqtisadi gücünü artırmaqla yanaşı, onun qlobal arenada vahid güc mərkəzinə çevrilməsi istiqamətində mühüm töhfə verdi.
Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan “fəal və konstruktiv dialoq” fikri, əslində, həm Azərbaycan–Qazaxıstan münasibətlərinin, həm də bütövlükdə Türk dünyasının yeni geosiyasi fəlsəfəsini müəyyənləşdirir. Bu fəlsəfə səmimiyyət, qarşılıqlı hörmət, ortaq maraqlar və gələcəyə yönəlmiş vizyon üzərində qurulub. Azərbaycan–Qazaxıstan birliyi bu gün təkcə regionun deyil, bütövlükdə türk coğrafiyasının sabitliyinə, iqtisadi rifahına və strateji sabahına xidmət edən müttəfiqlik modelidir. Bu modelin müəllifi isə xalqların birliyinə, ortaq köklərə və müasir inteqrasiyaya əsaslanan İlham Əliyev siyasətidir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər