Professor Sayalı Sadıqovanın plagiat etdiyi yeni mənbə üzə çıxdı – Fotofakt
Tarix: 16-01-2019 | Saat: 11:41
Bölmə:Karusel / Təhsil | çapa göndər
Dilçilik institutunun lüğət yazan əməkdaşları alim adına layiq olmayan davranışa yol veriblər
AMEA Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın dövlət vəsaiti hesabına nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti”nin sırf plagiat çıxmasını hər yeni fakt bir daha təsbit edir. Plagiat kitabla bağlı apardığımız araşdırma zamanı daha maraqlı bir faktla üzıəşdik. Məlum oldu ki, S.Sadıqovanın plagiatlıq edən komandası təkcə Fəxrəddin Veysəllinin, eləcə də Musa Adilov, Zemfira Verdiyeva və Firəngiz Ağayevanın müəllifi olduqları lüğətlərdən köçürməyiblər. Aşkar etdik ki, onlar həm də üçüncü bir kitabdan – Musa Adilov və Aydın Paşayevin illər uzunu zəhmət çəkib ərsəyə gətirdikləri “Azərbaycan onomastikası” kitabından terminləri nöqtə vergülünə dəymədən köçürüblər.
Aşağıdakı bəzi nümunələr də göstərir ki, Dilçilik institutunun lüğət yazan əməkdaşları alim adına layiq olmayan davranışa yol veriblər. Kitabdakı çoxsaylı plagiat faktı barədə aydın təsəvvür yaratmaq üçün yalnız bir səhifədən seçmələri təqdim edirik.
Musa Adilovla Aydın Paşayevin yazdığı “Azərbaycan onomastikası” kitabı, səhifə 340:
ONİMİK FORMANT – Onimin tərkibində iştirak edib, onun bir onim kimi formalaşdığını, bu və ya digər sıraya, qrupa daxil olduğunu əks etdirən şəkilçi, köməkçi söz
S.Sadıqova və işçilərinin yazdığı “İzahlı dilçilik terminləri lüğəti”, səhifə 568:
ONİMİK FORMAT – Onimin tərkibində iştirak edib, onun bir onim kimi formalaşdığını, bu və ya digər sıraya, qrupa daxil olduğunu əks etdirən şəkilçi, köməkçi söz

ONİMİK LEKSEM – Konkret məzmundan asılı olmayaraq, dilin bir struktur ünsürü kimi onomastik model tərkibində iştirak edən onim funksiyalı söz. Ən çox yayılmış onomastik leksem növləri antroponimik leksemlər və toponimik leksemlərdir.

ONİMİK LEKSİKA – Onomastik sözlərin (onimlərin) məcmusu. Onimik leksika adətən apelyativ leksika ilə qarşılaşdırılır. Onimik leksikanın ən çox yayılmış növləri antroponimik leksika və toponimik leksika hesab olunur.

ONİMİK MİKROSİSTEM – Adətən çox məhdud ərazidə, bir kənddə, obada məlum olan hər hansı xüsusi adlar sistemi. Yerli dialeiktlərin, coğrafi şəraitin, əhalinin etnik tərkibinin, o ərazidə baş vermiş tarixi hadisələrin, əhalinin dünyagörüşünün onimik mikrosistemə təsiri özünü göstərir. Buraya daxil olan antroponimik mikrosistem və toponimik mikosistem də fərqləndirilir.

Köçürmənin miqyası barədə daha geniş təsəvvür yaratmaq üçün səhifələrin surətini mətnə əlavə edirik.
Mənbə: xeber.org
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər