Mobil versiya
Gürcüstandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Tarix: 09-01-2019 | Saat: 12:47
Bölmə:Cəmiyyət | çapa göndər

Gürcüstandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal nəzarət xəttinə Gürcüstan istiqamətindən daxil olan bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes-Benz 250D" markalı avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən aia.az-a verilən məlumata görə, baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa sağ qapısında, külqabının içərisində 2 ədəd bükümdə ümumi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə