Mobil versiya
Bakıda iş adamı güllələnərək öldürüldü
Tarix: 21-12-2018 | Saat: 10:57
Bölmə:Karusel / Cəmiyyət / Seçilənlər-1 | çapa göndər

Bakıda iş adamı güllələnərək öldürüldü


Bakıda iş adamı qətlə yetirilib.



aia.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Vahabov Fariz Mirvahid oğlu Xətai rayonu, Sadıqcan küçəsində özünə məxsus "Hyundai" markalı 99 HV 222 dövlət nömrə nişanlı avtomobilində güllələnib.



Naməlum şəxslər F.Vahabovu əvvəlcə odlu silahla güllələyib, daha sonra isə bıçaqla qətlə yetiriblər.

Hüquq-mühafizə orqanları əməkdaşları F.Vahabovun meyitini avtomobildə aşkarlayıblar.



Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.



Hazırda qətli törədən şəxs və şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024