Ana südü ilə qidalanma və onun əhəmiyyəti
Tarix: 18-12-2018 | Saat: 13:12
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Yenidoğulmuş uşaqların inkişafı və sağlamlığı üçün ən əsas qida ana südüdür. Ana südü “canlı substansiya”dır. Tərkibində hormonlar, orqanizmdə spesifik funksiyaları yerinə yetirən fermentlər, bir çox komponentlər, az miqdarda, lakin 50% yaxşı mənimsənilən dəmir vardır, yağlar orta hesabla 4%-dir, essensial yağ turşularının miqdarı və vitaminlər kifayət qədərdir, infeksiya və iltihaba qarşı antitellər, sekretor A immunoqlobulin və laktoferrin vardır. Mineral duzların miqdarı inək südü ilə müqayisədə azdır, kalsium-fosfor (Ca-P) nisbəti 2:1-dir, misin və sinkin miqdarı çoxdur, bakteriyalarla çirklənmə yoxdur. (ÜST-2002).
Əlbəttə ki, ana südü ilə qidalanma – bu təbii qidalanmadır. Yenidoğulan sağlam uşaq anadan doğulandan sonra 30 dəqiqə ərzində erkən döşə qoyulmalıdır. Bunun həm körpə uşaq, həm də ana üçün aşağıdakı üstünlükləri vardır: (ÜST-2002).
- Ana və uşağın erkən kontaktı həm ana, həm də uşağa psixoemosional təsir göstərir;
- Erkən döşə qoyulma anada laktasiyanı stimulə edir;
- Yenidoğulmuşda əmmə və sorma reflekslərinin erkən koordinasiyasına kömək edir;
- Erkən zahılıq dövründə uşaqlığın tez yığılmasına səbəb olur;
- Uşaq yüksək kalorili, (yetişmiş ana südündəkindən 2 dəfə artıq) immunoqlobulinlərlə zəngin ağız südü – maloziva qəbul etmiş olur;
- Erkən döşə qoyulma bağırsaq mənfəzində bifidofloranın daha tez məskunlaşması üçün şərait yaradır;
- Erkən döşə qoyulma sonradan da müntəzəm döşlə əmizdirmə üçün stimul olub, mübadilə proseslərinin adaptasiyasının normallaşmasına, tranzitor katabolik fazanın tezliklə anabolizm ilə əvəz olunmasına şərait yaradır.
Hal-hazırda yenidoğulmuş uşağın döşlə əmizdirilməsi azad, sərbəst və fərdi xüsusiyyətləri nəzərə almaqla aparılır. Cərrahi keysəriyyə əməliyyatı bitdikdən 1-2 saat sonra körpə ilk dəfə döşə qoyula bilər. Həm də çəkisi 2200 qramdan aşağı olmayan yarımçıq doğulmuş körpələrə erkən döşə qoyulma tətbiq oluna bilər.
Döşlə əmizdirmənin sabitləşməsi üçün elə ilk günlərdən yerinə yetirilməsi vacib sayılan şərtlər aşağıdakılardır: - Doğuşdan sonra bacardıqca ən tez vaxtda döşə qoymaq lazımdır; - Ilk gündə ən azı 10-12 dəfə uşaq döşlə əmizdirilməlidir; - Yenidoğulan körpə ana ilə daha çox təmasda olmalıdır; - Ana südü ilə qidalanmanın sayı uşağın tələbinə görə təşkil edilməlidir; - Körpə uşaq gecə də əmizdirilməlidir; - Döşlə əmizdirilmələrin müddətinə məhdudiyyət qoyulmamalıdır; - Ana tərəfindən gigiyenik qaydalara riayət edilməlidir; - Əmizdirmə zamanı döşə düzgün qoyulmanın qaydalarına ciddi riayət edilməlidir; - Əmzik və butulkadan istifadə edilməməlidir; -Ana südündən başqa 6 aya qədər uşağa əlavə qida və ya maye verilməməlidir, çünki ana südünün tərkibində su kifayət qədərdir.
ÜST və YUNESKO tərəfindən döşlə müvəfəqiyyətlə qidalandırmanın 10 prinsipi işlənib hazırlanmışdır.
1. Döşlə qidalandırmanın bütün qaydalarına ciddi riayət edilməli və bu qaydalar müntəzəm olaraq hamilə qadınların və tibbi personalın nəzərinə çatdırılmalı.
2. Döşlə qidalandırmanın vacib qaydalarını və həyata keçirilməsini tibbi personala öyrətmək.
3. Döşlə qidalandırmanın üstünlükləri və üsulları barəsində bütün hamilə qadınları məlumatlandırmalı.
4. Doğuşdan sonra birinci yarım saat ərzində anaya döşlə qidalandırmanı həyata keçirməyə yardım etmək lazımdır.
5. Ana öz körpəsindən müvəqqəti ayrılmış olsa belə, ona döşlə qidalandırmanın və laktasiyanı saxlamağın əhəmiyyətini başa salmaq lazımdır.
6. Ciddi tibbi göstəriş olmadıqda yenidoğulmuşa döş südündən başqa heç bir qida və maye verilməməlidir.
7. Bütün sutka ərzində ana və yenidoğulmuşun bir yerdə qalmalarını təmin etmək lazımdır.
8. Döşlə qidalandırma rejimlə deyil, uşağın tələbatına uyğun aparılmalıdır.
9. Döşlə qidalandırmada olan yenidoğulmuşa sakitləşdirici və ya ananın döşünü imitasiyaedici (əmzik və s.) heç bir süni vasitələr verilməməlidir.
10. Döşlə qidalandırmağa kömək edən qrupun yaradılmasını təşkil etmək, xəstəxana və klinikalardan yazıldıqdan sonra anaları bu qruplara göndərmək.
Beləliklə YUNİSEF-in başlıca tövsiyəsi yenidoğulan körpələrin ilk altı ayda mütləq ana südü ilə qidalandırılmasıdır.
Dövlət Statistika Komitəsindən (2017-ci il) alınan məlumata görə, ötən ilin yekunları göstərir ki, 6 aya qədər ana südü ilə qidalanan körpələrin sayı 73,9 min olub. Onlardan 41,5 mininin qidasını yalnız ana südü təşkil edib. 2017-ci ildə ölkəmizdə dünyaya gələn körpələrdən 58,2 mini 1 yaşına qədər, 20 mini 1,5, 10 mini 2 yaşa qədər ana südü ilə qidalanıb. Bu göstəricilər hər bir əvvəlki illərlə müqayisədə xeyli yüksəlmişdir. Görünür bu müvəffəqqiyyətlər ana südünün təbliği ilə əlaqədar təşviqat çarxlarının nümayişi, analar arasında sanitar-maariflənmə işinin aparılmasının müsbət nəticəsidir.
Qeyd etmək lazımdır ki, 2017-ci ilin sonunda YUNİSEF tərəfindən Azərbaycanda uşaqların ana südü ilə qidalandirilmasına dair yeni Strategiya işlənib hazırlanmışdır. Strategiyada bütün reallıqlar və milli xüsusiyyətlər əhatə olunmuşdur. Əhalinin maarifləndirməsi və biliklərinin artırılması üçün plakatlar, bukletlər və digər maarifləndirici materiallar hazırlanmışdır.
Beləliklə, valideynlər ana südü ilə qidalanmanı əhəmiyyətli dərk etməli və uşaqların gələcəyinə daha məsuliyyətlə yanaşmalıdırlar. Hər bir ana bilməlidir ki, 6 aya qədər körpə uşağın yalnız ana südü ilə qidalanması vacib və birmənalıdır. Əlbəttə ki, bu müddəti bir-iki ilədək uzatmaq yaxşı olardı, lakin bu artıq anaların öz seçimidir.
Ana südü təbiətin ən qiymətli şah əsəri olan körpələrin sağlam və düzgün inkişafı üçün təminatdır. Hər bir ana özünün döşlə əmizdirməyə hazır olmasına və bu işin öhdəsindən müvəffəqiyyətlə gələ biləcəyinə əmin olmalıdır. Bu əminlik ona analıq hissinin xoşbəxtliyini və hədsiz sevincinin dolğunluğunu əks etdirəcəkdir.
Hacıyeva Nərgiz, t.ü.f.doktoru
ATU II. Uşaq xəstəlikləri kafedrası.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024