Üç zirvənin fatehi: Mir Cəlal – 118
Tarix: 01-05-2026 | Saat: 10:20
Bölmə:Karusel / Özəl / Qərbi Azərbaycan | çapa göndər

Azərbaycan ədəbiyyatı və elminin üfüqlərində sönməz bir günəş tək parlayan, ömrünü sözün müqəddəsliyinə və millətin mənəvi ucalığına həsr edən Mir Cəlal Paşayev – XX əsr intibahımızın ən möhtəşəm memarlarından biridir. O, nasir kimi insan ruhunun dərinliklərinə nüfuz etmiş, alim kimi ədəbi fikrimizin sirlərini açmış, pedaqoq kimi isə nəsillərin yoluna nur çiləmişdir. Bu gün biz onun fəth etdiyi "Üç zirvə”nin işığında Mir Cəlal dünyasına boylanırıq. “Dirilən adam”ın fəlsəfəsi, “Bir gəncin manifesti”nin mübariz ruhu və “Açıq kitab”ın real boyaları bədii ustalığın zirvəsi olmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərimizin sarsılmaz qalasıdır. Ədibin hər bir kəlamı, hər bir aforizmi zamanın sınağından keçərək bu günümüzün də əxlaq və mənəviyyat meyarına çevrilmiş, Azərbaycan ədəbiyyatının qızıl fondunu əbədi bir xəzinəyə döndərmişdir.

Ədibin həyat fəlsəfəsindən süzülüb gələn, müdriklik və tərbiyəvi qaynaq olan aforizmləri isə bu gün də xalqımızın mənəvi intibahında öz aktuallığını saxlayan bir məktəbdir. Bu zəngin irs, Azərbaycan ədəbiyyatının qızıl fonduna silinməz hərflərlə həkk olunmuşdur.
Böyük ədibin ədəbi irsinin tədqiqi və dünya miqyasında təbliği istiqamətində professor Həcər Hüseynovanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Qərbi Azərbaycanın Amasiya rayonunun yetirməsi olan professor H. Hüseynova, müasir Azərbaycan dilçilik elminin tanınmış simalarından biri kimi uzun illərdir Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) səmərəli elmi-pedaqoji fəaliyyət göstərir. O, dilçilik, nitq mədəniyyəti və dialektologiya sahəsində mühüm araşdırmaların müəllifidir.

Professor H. Hüseynova Mir Cəlal yaradıcılığının ən sadiq və fundamental tədqiqatçılarından biri kimi ədibin dil və üslub dünyasına işıq salmışdır. Onun “Mir Cəlalın bədii əsərlərinin linqvopoetik xüsusiyyətləri” (2018) adlı iki cildlik monoqrafiyası, eləcə də “Mir Cəlalın obrazlı dili” (2007), “Mir Cəlalın bədii əsərlərinin dili və üslubu” (2008), “Mir Cəlal: Aforizmlər. Antroponimlər” (2009) və üç dildə nəşr olunan “Mir Cəlalın aforizmləri” (2014) kitabları bu tükənməz irsin gələcək nəsillərə elmi əsaslarla çatdırılmasında mühüm rol oynayır.
Bu elmi ardıcıllığın davamı kimi, 29 aprel 2026-cı il tarixində Mir Cəlal Paşayevin ev muzeyində (“Ədibin evi”) yazıçının anadan olmasının 118-ci ildönümünə həsr edilmiş möhtəşəm bir tədbir keçirildi. Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin professoru, filologiya elmləri doktoru İlhamə Hacıyeva və Şərqşünaslıq fakültəsinin müəllimi Eldost İbrahimov tərəfindən təşkil olunmuş tədbirdə əlamətdar bir hadisə yaşandı: Professor H. Hüseynovanın müəllifi olduğu aforizmlər toplusunun urdu dilinə tərcümə olunmuş yeni nüsxəsi — “Mir Cəlalın Hikmətli Kəlamları” (Bakı, 2026) kitabı geniş ictimaiyyətə təqdim edildi.

Kitabı urdu dilinə Eldost İbrahimov yüksək peşəkarlıqla tərcümə etmişdir. Nəşrin redaktoru professor İlhamə Hacıyeva, korrektoru Cəvahirləl Nehru Universitetinin professoru Axlaq Ahmad Ahan, məsləhətçisi isə Pakistanın “Daily Orient Express” qəzetinin baş redaktoru Qasim Mahmud Haşimidir.
Nəfis tərtibatla çap olunmuş kitabın təqdimatında çıxış edən professorlar İlhamə Hacıyeva, Həcər Hüseynova, tərcüməçi Eldost İbrahimov, həmçinin Fidan Məmmədova və Həsən Əliyev Mir Cəlal hikmətinin sərhəd tanımadığını, bu kəlamların gənc nəslin mənəvi tərbiyəsindəki əvəzsiz rolunu vurğuladılar. Tədbirdə iştirak edən BDU-nun birinci kurs tələbələri yazıçının əsərlərindən parçalar oxudular, onun ölməz aforizmlərindən nümunələr söyləyərək məclisə xüsusi rəng qatdılar.

Sonda yeni nəşr olunmuş kitablar “Ədibin evi”nə və qonaqlara hədiyyə edildi. Tədbir iştirakçıları bu tarixi məmanda, Mir Cəlal ruhunun duyulduğu "Ədibin evi"ndə xatirə şəkli çəkdirərək bu günü tarixin yaddaşına köçürdülər.
Şəmsi Qoca
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

MİR CƏLALIN hikmətli kəlamları urdu dilində

Xəbəri paylaş
Digər xəbərlər