Səttar Möhbalıyev: Azərbaycan idmançılarının Avropa arenalarında növbəti möhtəşəm zəfəri, qüdrət və qürurun parlaq təntənəsi
Tarix: 01-05-2026 | Saat: 09:59
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatında möhtəşəm uğur qazanan milli güləş komandamızın üzvlərini və onların məşqçilərini qəbul edib. Görüş zamanı dövlət başçısı idmançılarımızın həm yunan-Roma, həm sərbəst, həm də qadın güləşi üzrə qazandıqları nailiyyətləri yüksək qiymətləndirərək bu qələbəni Azərbaycan idman tarixində mühüm hadisə kimi səciyyələndirib.
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident İlham Əliyev çıxışında xüsusi vurğuladı ki, “Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər.” Bu fikir əslində son illərdə Azərbaycanın idman sahəsində qazandığı sistemli uğurların məntiqi nəticəsidir. Komanda hesabında Avropa çempionu olmaq təkcə ayrı-ayrı idmançıların deyil, bütövlükdə ölkədə qurulan güclü idman infrastrukturunun, düzgün seleksiya və məşq sisteminin göstəricisidir. Dövlət başçısı çıxışında Azərbaycan güləşinin zəngin ənənələrə malik olduğunu xüsusi vurğulayıb:
“Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq.” Bu ənənələrin davamlılığı isə nəsillərarası əlaqənin düzgün qurulması ilə təmin edilir. Vaxtilə arenalarda Azərbaycan bayrağını ucaldan məşhur idmançıların bu gün məşqçi və federasiya rəhbəri kimi fəaliyyət göstərməsi, onların təcrübəsinin yeni nəsilə ötürülməsi uğurların davamlılığını şərtləndirir. Cənab Prezidentin Prezidentin qeyd etdiyi kimi: “Nəsillər dəyişir, amma bir şey dəyişmir, o da Azərbaycan idmanının uğurları.” Azərbaycan idmanının uğurları yalnız statistik göstərici deyil, eyni zamanda cəmiyyət üçün mühüm mənəvi dəyərdir. Dövlət başçısı bu məqama toxunaraq bildirib:
“Hər dəfə beynəlxalq yarışlarda bizim bayrağımız qaldırılanda bütün Azərbaycan xalqı qürur hissi keçirir.” Bu qürur hissi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. İdman arenalarında qazanılan qələbələr ölkənin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, milli birliyi və həmrəyliyi də gücləndirir.
Millət vəkili onu da bildirib ki, son illər Azərbaycanda idmanın inkişafı məqsədilə həyata keçirilən genişmiqyaslı layihələr artıq öz bəhrəsini verir. Bölgələrdə tikilən Olimpiya İdman kompleksləri, müasir güləş zalları və yaradılan şərait gənclərin idmana cəlb olunmasını sürətləndirir. Cənab Prezident İlham Əliyev vurğulayıb ki, bu proses gələcək uğurların əsasını təşkil edir və seleksiya işinin daha da təkmilləşdirilməsi vacibdir. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq yarışlar da ölkənin idman potensialını nümayiş etdirir. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və MDB Oyunları kimi mötəbər tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarının yüksək səviyyədə olduğunu sübut edib. Cənab Prezident çıxışında Azərbaycanın ümumi inkişafı ilə idman uğurları arasında birbaşa əlaqə olduğunu qeyd edib: “Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz idman uğurları ilə fəxr edir.” Bu yanaşma idmanın yalnız fiziki fəaliyyət deyil, həm də milli gücün, iradənin və dövlət siyasətinin tərkib hissəsi olduğunu bir daha göstərir.
Tiranada əldə olunan bu möhtəşəm qələbə bir daha sübut edir ki, Azərbaycan artıq yalnız regional deyil, Avropa və dünya miqyasında güclü idman ölkəsinə çevrilib. Sistemli dövlət siyasəti, güclü infrastruktur, peşəkar məşqçilər və istedadlı idmançılar bu uğurların əsasını təşkil edir. Azərbaycan idmanı yeni zirvələrə doğru inamla irəliləyir və bu yolun əsas hərəkətverici qüvvəsi qalib ruhlu xalq və onun güclü dövlətidir-deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər