Elmi Cərrahiyyə Mərkəzi – elm və təcrübənin vəhdəti
Tarix: 19-11-2018 | Saat: 12:04
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Artıq ürəklərində qüsur olan uşaqların müalicə almaq və ya cərrahi əməliyyat olunmaq üçünxarici ölkələrə getmələrinə ehtiyac yoxdur
Dövlət qayğısı bütün uğurların təməlidir
Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Xüsusilə son illər səhiyyənin idarəolunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmışdır. Aydındır ki, səhiyyəmizin dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri də tibbi təhsil və kadr islahatlarıdır. Demək lazımdır ki, son illər Səhiyyə Nazirliyi tərəfindən bu sahədə müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Tibb işçilərimizin bilik və peşə bacarıqlarının artırılmasına Səhiyyə Nazirliyi tərəfindən xüsusi diqqət yetirilir. Bütün bu tədbirlər də öz müsbət nəticəsini artıq verməkdədir. Əminliklə demək olar ki, bu gün Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı səhiyyə müəssisələri vətəndaşlara artıq ən yüksək beynəlxalq standartlar səviyyəsində tibbi xidmətlər göstərmək iqtidarındadırlar.
Elmi Cərrahiyyə Mərkəzi – səhiyyəmizin avanqardı
Azərbaycanda qabaqcıl cərrahiyyə məktəbinin yaranması akademik Mustafa bəy Topçubaşovun adı ilə bağlıdır. XX əsrin 30-cu illərindən başlayaraq onun qarın və köks boşluqlarında apardığı və yüzlərlə xəstələrin sağalması ilə nəticələnən əməliyyatları bu alimin keçmiş Sovetlər İttifaqında yüksək ixtisaslı klinisist cərrah kimi tanınmasına və xalqın rəğbətini qazanmasına səbəb olmuşdur.Ötən əsrin 60-cı illərinin ikinci yarısı, 70-ci illərdə yeni nəsil elmi-pedaqoji kadrların yetişməsi və cərrahiyyənin təkmilləşdirilmiş sahələrinin yaradılması ilə xarakterizə olunur. 1961-ci ildə Elmi-Tədqiqat Kliniki və Eksperimental Cərrahiyyə İnstitutu yaradıldı ki, sonradanbu tibb elmi müəssisəsi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi adlandırıldı.Cərrahiyyə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında müstəsna xidmətləri olan Elmi Cərrahiyyə Mərkəzinin keçdiyi yol səhiyyəmizin mühüm inkişaf mərhələlərindən biridir.
Mərkəzdə yüksək standartlar tətbiq olunur
Mərkəzin 1971-ci ildə inşa edilən binası uzun müddət təmir edilmədiyindən yararsız vəziyyətə düşmüşdü. Müəssisənin Bakı şəhəri və bütünlükdə respublika üçün əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına uyğun olaraq bu səhiyyə ocağı 2009-2010-cu illər ərzində əsaslı təmir edilərək yenidən qurulmuşdur. Hazırda Elmi Cərrahiyyə Mərkəzi ölkəmizin ən müasir standartlara cavab verən tibb ocaqları sırasında öz layiqli yerini tutur. 240 çarpayılıq Mərkəzin hər mərtəbəsində manipulyasiya, həkim otaqları, palatalar, laboratoriya və aptek vardır. Burada 3 lift quraşdırılmışdır. Hazırda Mərkəzin zəruri avadanlıq və ən müasir texnika ilə təchiz edilən poliklinikası, reanimasiya zalı, ümumi cərrahiyyə, qaraciyər-öd yolları cərrahiyyəsi bölməsi, damar cərrahiyyəsi şöbəsi, mədə-bağırsaq cərrahiyyə bölməsi, endokrin cərrahiyyə şöbəsi, ürək cərrahiyyəsi, uşaq ürək cərrahiyyəsi, kardiocərrahiyyə əməliyyat blokunda və digər əməliyyat otaqlarında hər bir zəruri cərrahi müdaxiləni həyata keçirmək mümkündür.
Xarici təcrübə Azərbaycana gətirilir
Aydındır ki, Elmi Cərrahiyyə Mərkəzi tibbi müalicə müəssisəsi olduğu kimi, həm də elmi tədqiqatlarla məşğul olan bir qurumdur. Bu isə, Mərkəzin fəaliyyətinin təkcə yerləşdiyi məkanla məhdudlaşa bilməyəcəyi anlamına gəlir. Əgər biz bu gün Azərbaycan səhiyyəsinin yüksək beynəlxalq standartlar səviyyəsinə çıxmasına kökləniriksə, deməli bu istiqamətdə məqsədyönlü iş aparılmalıdır. Məhz bu məqsədlə də Elmi Cərrahiyyə Mərkəzinin həkimləri mütəmadi olaraq Səhiyyə Nazirliyinin xəttilə xarici ölkələrə yollanırlar. Əvvəlcədən əldə olunmuş razılaşmalara əsasən həkimlərimiz həmin ölkələrin aparıcı klinkia və elmi araşdırma mərkəzlərində xüsysi treninqlərdə, ixtisasartırma kurslarında, elmi konfrans və mühazirələrdə iştirak edirlər. Təbii ki, bütün bunlar həkimlərimizin təcrübi və elmi potensiallarının artmasına xidmət edir.
Digər tərəfdən isə, yenə də Səhiyyə Nazirliyinin xəttiləElmi Cərrahiyyə Mərkəzinin həkimləri tez-tez ölkənin rayon və bölgələrində yerləşən klinikalara və xəstəxanalara ezam olunurlar. Bu zaman da artıq Mərkəzin həkimləri əldə etdikləri təcrübə və bilikləri öz həmkarları ilə bölüşürlər. Beləliklə, Elmi Cərrahiyyə Mərkəzi Azərbaycanda tibb elminin inkişafına bu yolla da öz tövhələrini vermiş olur.
Balaca ürəklərə böyük qayğı
Elmi Cərrahiyyə Mərkəzinin özəlliklərindən biri də budur ki,respublikada ilk dəfə uşaq ürək cərrahiyyə mərkəzi də məhz burada yaradılmışdır. Palatalar uşaqların zövqünə uyğun tərtib olunmuşdur. Balacaların müayinə və müalicəsi zamanı onların əyləncəsi və rahat qidalanmaları da nəzərə alınmışdır. Artıq bundan sonra ürəklərində qüsur olan uşaqların xarici ölkələrdə müalicəsinə və cərrahiyyə əməliyyatına ehtiyac olmayacaqdır. Eyni mərtəbədə, həmçinin ürək cərrahiyyə şöbəsi və 13 çarpayılıq reanimasiya zalı da yaradılmışdır.
Həmçinin Mərkəzin angioqrafiya otağında tez və dəqiq diaqnoz qoymağa imkan verəcək müasir aparatlar quraşdırılmışdır. Almaniya və İsveçrədən gətirilən avadanlıqla təchiz olunmuş daha üç başqa əməliyyat otağında isə, həm böyüklər, həm də uşaqlar üzərində ürək cərrahiyyə əməliyyatı aparmaq mümkündür. Bundan başqa 7 çarpayılıq kardioreanimasiya palatasında da uşaqlara və böyüklərə ən müasir tibbi xidmət göstəriləcəkdir.
Yeni rəhbərlik Elmi Cərrahiyyə Mərkəzin ənənələrini qorumaq, yenilikləri artırmaq niyyətindədir
Artıq xəbər verildiyi kimi, 2018-ci il may ayının 14-dən etibarən M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifəsinə Ağayev Rauf Maqsud oğlu təyin edilib.Qeyd edək ki, əməkdar həkim R.Ağayev əvvəllər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsində çalışıb. Bu təyinatla bağlı hələ o zaman əldə etdiyimiz məlumatlarda belə fikir ifadə olunurdu ki, Mərkəzin çoxsaylı kollektivi Rauf Ağayevin bu vəzifəyə təyinatını rəğbətlə qarşılayıb. Belə ki, Mərkəzin yeni direktorunun zəngin iş təcrübəsi və elmi potensialı onun bu vəzifədə də uğurla fəaliyyət göstərəcəyinə əminlik yaradırdı. Həqiqətən də aradan keçən müddət ərzində bütün gözləntilər özünü tam olaraq doğrultmaqdadır. Bu gün Elmi Cərrahiyyə Mərkəzinin bütün istiqamətlərdə fəaliyyəti yeni-yeni uğur və nailiyyətlərlə müşayiət olunmaqdadır. Əminliklə demək olar ki, bu nailiyyətlər getdikcə daha da yüksələcək və Azərbaycan səhiyyəsinin ən yüksək dünya standartları səviyyəsinə yüksəlməsi işinə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ən dəyərli tövhələrini verəcək.
P.S Bu qabaqcıl tibb elmi müəssisəsinin işi ilə yaxından tanış olmaq imkanı olmuş insanlar çox gözəl bilirlər ki, Elmi Cərrahiyyə Mərkəzi həm də sözün həqiqi mənasında, hər il minlərlə insanın böyük ümidlə müraciət etdiyi şəfa ocağıdır. Burada işləyən həkimlər və bütün tibbi personal isə, onlara müraciət edən insanların ümidlərini doğrultmaq üçün bütün mümkün olanları, bəzən isə hətta mümkün olmayanları belə etməyə hər an hazırdırlar. Bu fədakarlıq yalnız təqdirə layiq olduğu halda bəzi həmkarlarımızın qeyri-obyektiv mövqeylərdən çıxış etmələri isə, bizdə yalnız təəssüf hissi doğura bilər.
aia.az
Aydan Həsənova
Murad Musayev
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024