Mobil versiya
Dövlət qayğısı təhsil sisteminin inkişafının əsasını təşkil edir
Tarix: 14-11-2018 | Saat: 14:18
Bölmə:Manşet / Seçilənlər-1 | çapa göndər

Dövlət qayğısı təhsil sisteminin inkişafının əsasını təşkil edir

Cəlilabad Rayon Təhsil Şöbəsinin fəaliyyəti dövlətin Təhsil strategiyasının effektiv şəkildə həyata keçirilməsi yönümündə kifayət qədər səmərəli formada təşkil olunub

Bu gün Azərbaycanda təhsil sisteminin inkişaf etdirilərək ən qabaqcıl dünya standartlarına cavab verə biləcək bir səviyyəyə çıxarılması işi, sözün əsil mənasında dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi istiqamətlərdən biridir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında xüsusi olaraq vurğulamışdır ki, hər bir inkişaf etmiş dövlətin qurulması üçün tələb olunan zəruri amillərdən biri də həmin ölkədə təhsil səviyyəsinin yüksək olmasıdır. Məhz bu məqsədlərə nail olmaq üçün də dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı inkişaf etmiş və digər sahələrlə yanaşı təhsil sahəsinin də inkişafı üçün möhkəm təməl yaradılmışdır.

Təbii ki, ölkədə təhsil sisteminin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Bu gün təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi rayonlarımızdan biri də Cəlilabad rayonudur.

Dövlət qayğısı uğur və nailiyyətlərin təməlidir




İlk növbədə belə bir faktı qeyd etmək lazımdır ki, son illər ərzində Cəlilabad rayonu ərazisində birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəblər tikilib, bir çoxları isə əsaslı təmir olunub və bütün lazımı avadanlıqlarla təhciz edilərək şagirdlərin istifadəsinə verilib. Bəzi məktəblərin bünövrəsi yenicə qurulur, bəzi məktəblərdə isə son tamamlama işləri görülür. Cəlilabad rayonunun Türkelli, Qarağac, Ağusəm, Oğrubulaq, Hacıməmmədli, Lallar, Hacıcavad, Ətcələr, Ləzran və Suluçeşmə kəndlərində modul tipli məktəblərin tikintisi davam edir. Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində Cəlilabad rayonunun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində rayonun təhsil sistemində nəzərə carpacaq inkişafa nail olunmuşdur.

Ötən ilin nəticələri ürəkaçandır



Sentyabr ayının 12-də Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində Cəlilabad müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda rayon İcra Hakimiyyətinin rəhbərliyi, təhsil şöbəsi aparatının işçiləri, məktəb direktorları, müəllimlər, ictimaiyyətin nümayəndələri və məzunlar iştirak edib. Konfransı giriş sözü ilə Cəlilabad Rayon Təhsil Şöbəsinin müdir əvəzi Hafiz Cavadov açib və geniş məruzə ilə çıxış edib. O, öz çıxışında son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində milli təhsilimizin məzmun və formaca yeni inkişaf səviyyəsinə yüksəlməsi, dövlətimizin başçısının qeyd etdiyi kimi “Bütün işlər məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır” -möhtərəm prezidentin bu aydın mövqeyi Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri bu gün təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərti kimi vurğulayıb. H.Cavadov 2017-2018-ci tədris ilində əldə olunan naliyyətlər və yol verilən nöqsanlardan danışıb. O, 2018-2019-cu tədris ilində qarşıda duran vəzifələr, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri “barədə əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi və onların reallaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini hədəf olaraq qeyd edib. Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov konfransı yekunlaşdıraraq öz tövsiyələrini verib və ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış 23 nəfər məzuna və fizika fənnindən dünya olimpiadasında ölkəmizi təmsil edən, Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyin X sinif şagirdi Məmmədov Merac Emin oğlunu qiymətli hədiyyələr və fəxri fərmanla mükafatlandırıb.



Təhsil şöbəsi Təhsil strategiyasına uyğun fəaliyyət göstərir

Heç şübhəsiz bu gün Ağdam təhsilinin uğurlarından danışarkən bu rayonun təhsil şöbəsinin səmərəli fəaliyyəti də xüsusilə qeyd olunmalıdır. Qeyd edək ki, Cəlilabad Rayon Xalq Maarif Şöbəsi 1958-ci ildən fəaliyyətə başlamışdır. 1989-cu ilin yanvar ayından adı dəyişdirilərək Rayon Xalq Təhsil Şöbəsi, 1993-cü ilin oktyabırından isə Rayon Təsil Şöbəsi adlandırılmışdır. Hazırda Cəlilabad Rayon Təhsil Şöbəsinin tabeliyində 125 ümumtəhsil məktəbi, o cümlədən 74 tam orta, 37 ümumi orta, 14 ibtidai məktəb və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Rayon ictimaiyyətinin böyük əksəriyyətinin ümumi rəyinə görə, təhsil şöbəsinin müdir əvəzi Hafiz Cavadov dövlətimizin Təhsil strategiyasının effektiv şəkildə həyata keçirilməsi yönümündə şöbənin fəaliyyətini kifayət qədər səmərəli formada təşkil edə bilmişdir.



Qısa arayış:

Hafiz Məşi oğlu Cavadov 1958-ci ildə Cəlilabad şəhərində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1980-1981-ci illərdə Cəlilabad şəhər fəhlə-gənclər orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1981-1986-cı illərdə Cəlilabad Rayon Xalq Maarif Şöbəsində metodist, 1986-1989-cu illərdə metodkabinetin müdiri, 1989-1991-ci illərdə RTŞ müdirinin müavini, 1991-1992-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətində humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 2018-ci ilin iyul ayından RİHB 82 nömrəli sərəncamı ilə Cəlilabad RTŞ-nin müdiri vəzifəsini icra edir.



Göründüyü kimi Hafiz müəllimin təhsil sahəsində kifayət qədər zəngin iş təcrübəsi vardır. Bu təcrübənin məqsədyönlü tətbiqi isə, birmənalı olaraq Cəlilabadın təhsil sisteminin daha sürətli inkişafına xidmət edir.

aia.az
Aytən Məmmədov
Nurlan Heydərov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024