Mobil versiya
Hərbi zəfərlərin təməlində səfərbərliyin düzgün təşkili durur
Tarix: 01-11-2018 | Saat: 14:09
Bölmə:Manşet / Gündəm / Seçilənlər-1 | çapa göndər






Ötən ay “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq ölkəmizdə gənc çağırışçıların orduya hərbi xidmətə göndərilməsi növbəti dəfə uğurla həyata keçirildi. Ölkə ərazisində yerləşən bütün çağırış məntəqələrində aparılan müşahidələr bunu deməyə əsas verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, eləcə də Xidmətin müvafiq rayon şöbələri tərəfindən bu son dərəcə məsuliyyətli iş ən yüksək səviyyədə təşkil olunmuşdur.Qeyd etmək lazımdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti effektiv fəaliyyətilə xüsusi diqqət çəkən, həmçinin güclü ordu quruculuğu prosesində yaxından iştirakı olan və bu işə dəyərli tövhələr verən dövlət qurumlarından biridir.

Qısa arayış:

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 Fevral 2012-ci il tarixli Fərmanına əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) yaradılmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Hərbi zəfərlərin təməlində səfərbərliyin düzgün təşkili durur


Vətənpərvərlik ideyalarının təbliği xüsusi diqqət mərkəzindədir

Birmənalı olaraq demək lazımdır ki, yarandığı gündən keçən altı il ərzində Səfərbərlik Xidməti hərbi xidmətə çağırış və səfərbərlik işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərib və bu sahədə ciddi uğurlar əldə olunub. Xüsusilə gənclərimizin milli-vətənpərvər ruhda tərbiyələnmələri baxımından Səfərbərlik Xidməti tərəfindən bir sıra önəmli layihələr həyata keçirilib.

O cümlədən artıq 3 ildir ki, gənc və yeniyetmələrin hərbi-vətənpərvərlik tərbiyəsi, onlarda vətəndaşlıq hisslərinin yüksəldilməsi, xüsusilə gənc çağırışçılara Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunun aşılanması məqsədi ilə ölkənin rayon və şəhərlərində “Vətənin müdafiəsinə hazıram” adlı silsilə tədbirlər təşkil edilir. Eyni zamanda, orta məktəb şagirdləri tez-tez hərbi hissə və akademiyalara aparılıb praktiki olaraq hərbi xidmətin xüsusiyyətlərilə tanış edilir, zabitlik peşəsinə istiqamətləndirilirlər. Aparılan məqsədyönlü təbliğat və görülən effektli işlər sayəsində ölkədə əsgərlərin hərbi xidmətə yolasalma və qarşılama mərasimləri təntənə ilə, yüksək əhval-ruhiyyədə keçirilir.

Ordu yüksək hazırlıqlı heyətlə təmin edilir




Bu gün ordumuzun irimiqyaslı hərbi təlimlərində minlərlə hərbi qulluqçunun iştirakı təmin edilir. Bundan belə bir nəticəyə gəlmək olur ki, Səfərbərlik Xidməti bu sahədə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirir. Belə ki, ehtiyatda olan hərbi qulluqçuların operativ şəkildə təyin edilən hərbi hissələrə gətirilməsi hərbi təlimlərin yüksək səviyyədə həyata keçirilməsi üçün tələb olunan vacib şərtlərdən biridir. Həmçinin demək lazımdır ki, bu gün Azərbaycan ordusunda yüksək hazırlıqlı, sağlam, vətənpərvərlik ruhu yüksək olan əsgər və zabitlər xidmət edirlərsə, Səfərbərlik Xidmətinin bu istiqamətdəki uğurların əldə edilməsində də xüsusi rolu var. Xidmət heyətinin yeni tələblər səviyyəsində formalaşdırılması, mövcud qanunvericiliyə uyğun səmərəli fəaliyyətin təşkili ölkə rəhbərliyi tərəfindən bu qurumun qarşısında qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edir. Xidmətin fəaliyyətinin ən önəmli nəticəsi kimi bunu göstərmək olar ki, bu gün artıq orduda xidmət keçməkdən yayınma halları kəskin azalaraq minim həddə enib. Bu müsbət göstərici də ilk növbədə SHXÇDX daxilində qurumun rəhbərliyi tərəfindən kadr siyasətinin düzgün aparılmasının, peşəkarlardan ibarət kollektivin formalaşdırılmasının nəticəsidir.

Səfərbərlik Xidmətinin fəaliyyəti rəğbətlə qarşılanır




Bu gün əksər hərbi ekspertlərin, eləcə də bir çox digər ictimaiyyət nümayəndələrinin ümumi rəyi belədir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması Azərbaycanda güclü ordu quruculuğu istiqamətində atılan ən uğurlu addımlardandır. Xidmət yaranandan sonra respublikamızda hərbi sistemin daha da təkmilləşməsi, müasir beynəlxalq standartlara uyğun yenidən qurulması, hərbi çağırışçıların hazırlıq və məlumatlılıq səviyyəsinin artırılması istiqamətində olduqca mühüm işlər görülüb. Həmçinin müasir həbri çağırış sisteminin formalaşdırılması, gənc nəslin vətənpərvərlik ruhunda təlim-tərbiyə işlərinin həyata keçirilməsi kimi işlərin təşkilində Səfərbərlik Xidmətinin ictimaiyyət, media və QHT-lərlə konstruktiv əlaqələr qurması da vətəndaşlar tərəfindən qeyd edilir və rəğbətlə qarşılanır.

Heç şübhəsiz SHXÇDX-nin fəaliyyətindən danışarkən, belə bir vacib məqamı da vurğulamaq lazımdır ki, bu fəaliyyətin nəticəsi olaraq əldə edilən nailiyyətlər həm də qurumun rəhbərliyin yüksək iş qabiliyyəti və peşəkarlığı ilə təmin olunur. Məlum olduğu kimi, yarandığı gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə Arzu Rəhimov təyin edilmişdir. Qeyd edək ki, cənab Arzu Rəhimov xidmət etdiyi illər ərzində 20-dən artıq dövlət mükafatı və medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2012-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilməklə həqiqi hərbi xidmətə qəbul edilmişdir.

Əminliklə demək olar ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti bundan sonra da müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsinə xidmət edəcək, güclü ordumuzun daim döyüşkənliyinin təmin olunması işinə misilsiz tövhələr verəcək.

P.S.

Təəssüflər olsun ki, son vaxtlar bəzi kütləvi informasiya vasitələrinin, o cümlədən müəyyən saytların səhifələrində SHXÇDX-nin fəaliyyətinə, eləcə də qurumun rəhbərliyinə qarşı yönəlmiş qərəzli, bir çox hallarda isə hətta aşkar böhtan xarakterli yazılar dərc olunur. Anlamaq lazımdır ki, bu gün faktiki olaraq müharibə şəraitində yaşayan ölkəmizin Səfərbərlik Xidməti kimi strateji bir qurumu qondarma ittihamlara, “qara-piar” kampaniyasına məruz qoyulursa, bu zaman dolayısı ilə bütün ordumuz, bütün hərbi sahəmiz təhdid edilir. Bu isə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək uğrunda amansız mücadilə apardığı bir dövrdə qətiyyən yolverilməz haldır.


aia.az
Həsən Əsədov
Aynur Qurbanova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024