Mobil versiya
Canlı ölüm təhlükəsi
Tarix: 01-11-2018 | Saat: 09:12
Bölmə:Manşet / Ölkə / Seçilənlər-4 | çapa göndər

Canlı ölüm təhlükəsi


Son zamanlar paytaxt sakinlərini , ümumiyyətlə ictimaiyyəti narahat edən bir məsələ gündəmdədir. Sahibsiz itlərin insanlara , xüsusən azyaşlılara hücumu , onlara vurduğu ziyan ən çox danışılan , müzakirə olunan məsələlərdəndir. Lakin danışmağın nə faydası , ortada əməli iş yoxsa?
Doğrudur , son zamanlar ölkə rəhbərliyi , o cümlədən vitse prezident Mehriban xanım Əliyeva , Leyla xanım Əliyevanın gördüyü işlər göz önündədir. Sahibsiz itlərə qarşı qəddarlığa , onların öldürülməsinə son qoyulması , onların sığınacaqlarda yerləşdirilməsi olduqca təqdirəlayiqdir. Bkı Şəhər İcra Hakimiyyətinin 1-ci müavini Eldar Əzizovun son vaxtlar bu istiqamətdə apardığı uğurlu işlər cox yaxşıdı Məsələni tamamilə həll etmək istəyir bizdə alqışlayırıq.


Bizdə günü -gündən ğözəlləşən Bakımızı gəlin qoruyaq , insanlar arasında xususən uşaqlqr ,yeniyetmələr gənclər arasında maarifləndirmə aparaq. Bakımıza dünyanın bütün yerlərindən turistlər gəlir ona görə həmdə,öz saglamlığımızın keşiyyində duraq əzəz oxucular! Günü- gündən sahibsiz itlərin sayı artmaqda , bu isə təhlükəni daha da artırmaqdadır. Xarici alimlər bildirillər ki, bir dişi it heyvanı 7 ildə 67 000 -in arta bilir.İnsanlar sahibsiz itlərin hücumuna paytaxtımızn bütün rayonlarında , Xəzər , Qaradağ , Səbayıl , Nərimanov , Sabunçu , Binəqədi rayonunun demək olar ki hər küşəsində , hər tinində məruz qalırlar . Statistik məlumatlar da problemin dəhşətli vəziyyətindən yetərincə xəbər verir. Belə ki , ötən il qədər 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it dişləməsi olub. Təkcə 2018 – ci iln 2 ayı ərzində 925 it dişləməsi faktı qeydə alınmışdır. Hələ onların hansı virusları , hansı xəstəlikləri daşıdıqlarını , hadisə zamanı insanların keçirdiyi stresləri hansı hesaba yazmaq olar!?


Bu sahədə bir sıra qeyri- hökümət təşkilatları , o cümlədən “ Heyvansevərlər cəmiyyəti “ fəaliyyət göstərir. Onların bu məsələni əsaslı sürətdə həll etməyə ya gücləri çatmır , ya da istəmirlər. Bəlkə bu fikrə qarşı iradlarını bildirərlər. Lakin fakt faktlığında , təhlükə təhlükəliyində qalır.Vəziyyətlə bağlı vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər olunmuş, bütün aidiyyatı qurumlara müraciət edilmişdir. Lakin bu sahə ilə bağlı birbaşa səlahiyyətli və cavabdeh qurum olmağı üçün məsələ həllini tapmır. Əksinə daha kəskin vəziyyət yaranır.


Biz də heyvan düşməni deyilik. Bütün yaradılmışların yaşamaq haqqı var.QURANİ ŞƏRİFDƏDƏ var deyilir ancaq xəstəlik mənbəyi olan heyvanları insanlar arasında xəstəlik yayacaqsa məv etmək günah deyil Mümkün çərçivədə və dairədə. Əgər “heyvansevərlər "bütün heyvanları küçələrdən yığışdıra bilmirlərsə , onları qida və sığınacaqla təmin etmək iqtidarında deyillərsə , o zaman adi vətəndaşlar , günahsız uşaqları əziyyət çəkməli , bu heyvanların qurbanına çevrilməlidirlər ?! Bəs insanlarımızn hüquqlarını kimlər müdafiə edəcək , onlara dəyən maddi-mənəvi , psixoloji zərərləri kimlər ödəyəcək ? Bu sahədə beynəlxalq təcrübədən , dünya dövlətlərinin təcrübəsindən istifadə etmək yerinə düşməzmi ? Nəzərə çatdıraq ki , Avropa ölkələrində dövlət qurumlarının göstərişlərinə əsasən burada sayı xeyli artan sahibsiz heyvanların , o cümlədən canavarların və digər vəhşi heyvanların vurulması həyata keçirilir.

Bütün bunlar haqqında təcili düşünmək və lazımi qərar vermək vaxtıdır

Paytaxtımızın mərkəzində sahibsiz itlər görmək adi hala çevrilib, xüsusilə də şəhər ətrafı qəsəbələrdə. Bundan ən çox narahat olan isə valideynlərdir. Baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır
Budur, Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən mətbuata verilən məlumata görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, onlardan da 13 mini it tutması olub.
Küçə heyvanları dişləyən zaman nə etməli - Ölümlə nəticələnən quduzluğun əlamətləri


Quduzluq - ağır infeksion xəstəlik olub, quduzluq xəstəliyinə tutulmuş pişik, it və vəhşi heyvanların dişlənməsindən sonra keçir. Quduzluq xəstəliyi çox ağır əlamətərlə xarakterizə olunur və əksər hallarda ölümlə nəticələnir.
medicina.az-a istinadən bildirir ki, xəstəlik insanlara 60 % hallarda it dişləməsindən sonra keçir. Və əksər hallarda dişlənmə vaxtında itlərdə xəstəliyin əlamətləri olmur.
Bu xəstəliyin profilaktikasında əsasə məsələ heyvan dişləməsindən dərhal yaranın yuyulması, təmizlənməsi, sonra isə zərərçəkənin həkim- infeksionistə gətirilməsi və təcili sürətdə quduzluq əleyhinə vaksinin vurulmasından ibarətdir. Xəstəliyin ilkin əlamətləri görünməyə başladığı andan artıq vaksin vurulmanın əhəmiyyəti itir və xəstə ölümə məhkum olur.
Xəstəliyin mənbəyi, əsas keçiriciləri: tülkülər (virusun təbiətdə əsas rezervuarı tülkülər hesab olunur), çaqqallar, canavarlar, itlər, pişiklər, porsuqlar, yenotlar və yarasalardır.

Quduzluq xəstəliyinin törədicisi Neuroiyctes rabid adlanan virusdur.

Quduzluğa yoluxmuş heyvanlarda xəstəliyin inkişafı 3 mərhələdən ibarət olur: xəstəliyin ilkin mərhələsində heyvanlar gizlənirlər, insanlardan qaçırlar, bəzən isə digər heyvanları və insanları yalamaq istəyirlər. İkinci mərhələdə heyvan qıcıqlanmış olur, gördüyü əşyalara, insanlara, heyvanlara hücum edirlər. Son mərhələdə isə heyvan hərəkət etmir, komaya düşür və ölür.
Virus insan orqanizminə 2 yolla düşə bilər: 1 - quduz heyvanın dişləməsi nəticəsində; 2 - xəstəliyə yoluxmuş heyvanın ağız suyunun insanda olan açıq yaraya dəyməsi nəticəsində!


İnsan orqanizminə düşmüş quduzluq virusları sinirlər vasitəsilə mərkəzi sinir sisteminə doğru hərəkət edir, artıb çoxalır və mərkəzi sinir sistemini məhv edir.
İnsanlarda xəstəlik xəstə heyvan dişləməsindən dərhal sonra başlamır. Xəstəliyin bir neçə gündən başlamış, bəzən 3-4 aya qədər davam edən inkubasion (simptomsuz, əlamətsiz) dövrü var. Xəstəliyin inkubasiya dövrünün uzunluğu heyvanın insanı dişlənmə nahiyəsindən asılıdır. Dişlənmə nahiyəsi nə qədər mərtkəzi sinir sistemini yaxındırsa, xəstəliyin inkubasion dövrü bir o qədər qısa olur.

Xəstəliyin insanda da inkişafının 3 mərhələsi var:

1- ci mərhələ - depressiya mərhələsidir
2- ci mərhələ - psixomotor oyanma, qıcıqlanma mərhələsidir.
3- cü mərhələ - paralic, koma mərhələsidir. 3- cü mərhələ ölümlə nəticələnir.
Xəstəlik inkişaf etməyə başlayanda ilk öncə yarada qızarma, narahatlıq yaranır. Daha sonra bədən hərarəti bir qədər yüksəlir, depressiv hal müşahidə olunur. Yuxu pozulur, xəstə qorxulu yuxular görür. Xəstəliyin ikinci mərhələsi xəstələrin sudan, işıqdan qorxması ilə başlayır. Xəstələr su içmək istəyəndə boğazlarında spazm olur, panika başlayır. Xəstələr işıqdan, səsdən dəhşətli qorxurlar, qıcolmalar olur. Xəstələr öz paltarlarını cırırlar, ətrafdakılara hücum etməyə çalışırlar, dişləməyə can atırlar, idarəedilməz olurlar. Son mərhələdə xəstə hərəkətsizləşir, bədən hərarəti 40 dərəcəyə qədər qalxır, ürək və tənəffüs dayanmasından xəstələr ölür.
Xəstəliyin aktiv əlamətlərinin başladığı 5-8 gün ərzində xəstələr ölür. Uşaqlarda isə xəstəlik daha sürətli inkişaf edir, bəzən bir gün ərzində ölürlər.

Heyvan dişləyən zaman nə etməli?

İlk olaraq, təcili yaranı çoxlu miqdarda su ilə, sabunla yumaq, yaranı sıxıb qan çıxartmaq lazımndır. Yaranı 70%- li spirtlə yumaq lazımdır. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edib, quduzluq əleyhinə vaksin vurulmalı, sxem üzrə vaksinin vurulması sonrakı günlərdə də davam etdirilməlidir.
Biz nəyi gözləyirik
Hələ indi yaxşıdır, o sahibsiz heyvanlar yeməyə bir şey tapırlar, ancaq sabah, sayları ifrata varanda və qida çatışmazlığı problemi ilə üzləşəndə məcburən daha da vəhşiləşəcəklər.
Onları dünyanın çox yerində incidirlər. Düzdür, müdafiəçiləri də var, amma hələlik uğurlu ola bilmirlər.
Bakı şəhərində deyilən staatistiq məlumata görə 400 000 -dən cox it var 2018 cildə 920 dişləmə hadisəsi olmuşdur. Bu nə deməkdir . Biz nəyi gözləyirik.


UŞAQLAR, QADINLAR ZİBİL QUTULARINA YAXINLAŞA BİLMİRLƏR. SAHİBSİZ İTLƏRİN ZİBİL QUTULARIN KƏNATINDA OLDUQLARINA GÖRƏ ZİBİLİ QUTUYA ATA BİLMİRLƏR!

Nazirlər Kabinetinin qərarına əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Sahibsiz heyvanlar insanlara problem yaratdıqları halda əziyyətlərə, ağrılara məruz qoymayan üsullarla onların sayının azaldılması üçün zəruri tədbirlər həyata keçirilir.Paytaxtımızın mərkəzində sahibsiz itlər görmək adi hala çevrilib, xüsusilə də şəhər ətrafı qəsəbələrdə. Bundan ən çox narahat olan isə valideynlərdir. Baş verən xoşagəlməz hadisələrdən belə məlum olur ki, sahibsiz itlər daha çox uşaqlara hücum edir. Ən təhlükəlisi də hücum edən itin quduz olmasıdır. Ekspertlər qeyd edir ki, it dişləməsindən sonra insanda quduzluq qeydə alınarsa, ciddi müalicə olunmazsa, ölümlə nəticələnir. Necə ki, 2016-cı ildə Salyanda 10 yaşlı uşaq it dişləməsindən quduzlaşıb, ölmüşdü.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə, ötən il 15 mindən artıq adamı sahibsiz heyvan dişləyib ki, Onlardan da 13 mini it dişləməsi olub.

Sahibsiz itlər niyə çoxalır…


İtlər 6 aydan bir 7-8 bala verir. Bundan başqa sahibsiz heyvanları Bakının mərkəz küçələrinədək gətirən səbəblər də var. Adətən onlar özlərinə natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır.
Problemlərdən biri də zibil qutularının yaşayış binalarının yaxınlığında yerləşdirilməsidir. Günün müxtəlif saatlarında bu qutuların yanında siçovul, it, pişik kimi heyvanlara rast gəlinir.

“Quduzlaşma aşkar edilsə, itlər məhv edilirlər”


Sahibsiz heyvanlarla mübarizə işini Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsi həyata keçirir. Sahibsiz heyvanlara qarşı mübarizənin güllələnmə olmadan, yəni humanist prinsiplərlə həyata keçirmək lazımdır.
Sonda görünən odur ki, sahibsiz itləri ictimai həyatdan birdəfəlik silmək mümkün deyil. Başqa sözlə heç kim küçədə sahibsiz itlərin hücumundan sığortalanmayıb. Xüsusilə sübh çağı və axşam saatlarında zibil qutuları olan yerlərdə, qaranlıq dalanlarda gedərkən ehtiyatlı olmaq, uşaqları isə ümumiyyətlə belə yerlərdə tək buraxmamaq lazımdır
AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024