Mobil versiya
Niderlandda dərsə görə sekslə ödəniş qanuniləşdirildi
Tarix: 22-12-2015 | Saat: 12:44
Bölmə:Media / Aia TV / Karusel | çapa göndər


Hollandlar təlimatçıya natura ilə ödəniş edərək avtomobil sürməyi öyrənə bilərlər.

Niderland hökuməti sürücülük dərslərinin müqabilində sekslə ödəməni qanuniləşdirdi.

Aia.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Ard van der Şteyr və nəqliyyat naziri Melani Şults van Hegen məlumat verib.

Onların sözlərinə görə, bu ödəmə üsulunu fahişəlik hesab etmək olmaz. Nazirlər bu ödəməni “arzuolunmaz” adlandırsalar da, qanunsuz olmadığını hesab edirlər.

Məmurların sözlərinə görə, belə mübadilənin kompüter texnologiyasının təmirinə və yaxud da internet şəbəkəsində digər xidmətlərin təklif edildiyi elanlardan fərqi yoxdur.

Siyasətçilərin bəyanatına görə, razılaşmalar üçün intim-xidmətlərin nə dərəcədə tez-tez predmeti olması məlum deyil. Yeganə tələb hər iki tərəfdaş üçün 18 yaşın tamam olmasıdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024