Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan... - İTTİHAM
Tarix: 23-10-2018 | Saat: 16:35
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər
Deputat Rafael Cəbrayılovun qardaşının idarə etdiyi "Dərhal” MMC tikinti firmasının qurbanları etiraz aksiyasına hazırlaşır.
Şirkət tərəfindən aldadılan və pulu mənimsənilən vətəndaşlar Prezident Administrasiyası və Baş Prokurorluğa toplaşmağa qərarlıdır.
Editor.az xəbər verir ki, iddiaya görə, deputatın qardaşı Elşən Cəbrayılov Məlahət Qurbanova, Sülhiyyə Məmmədova, Fərid Əliyev, Osman Hacıyev kimi onlarla mənzil sahibinə fırıldaq gələrək pulunu yeyib. Deputatın qardaşına bu işdə dostu Mirəhməd Abbasov köməklik edir. Onlar əlbir olaraq, şirkətin tikdiyi 5 mərtəbəli binalarda ev satır, sonra mənzilləri təhvil vermirlər.
Artıq bu məsələ aidiyyəti qurumların diqqət mərkəzindədir, "Dərhal” MMC barədə istintaq hərəkətləri aparıla bilər. Millət vəkili öz statusundan istifadə edərək qardaşının kələk gəldiyi adamlara pulu qaytarmır. Odur ki, qurbanlar toplaşaraq etiraz aksiyası keçirməyi planlaşdırırlar.
İddia olunur ki, Mirəhməd Abbasov millət vəkili Rəfael Cəbrayılovla tələbə yoldaşlığından istifadə edərək sonuncunun qardaşı Elşən Cəbrayılovla əlbir olaraq digər tələbə yoldaşları, hazırda "Lombard” müdiri olan Məlahət Qurbanova və Osman Hacıyevi eyni qaydada aldadaraq 165 min manat pullarını mənimsəyib və bu günə qədər onları müxtəlif adlarla təhdid etməklə öhdəliklərini yerinə yetirməkdən yayınır.
Bakı sakini, həkim-stomotoloq Sülhiyyə Məmmədova və oğlu Fərid Əliyev R.Cəbrayılovun qardaşı Elşən Cəbrayılov tərəfindən aldadılıblar.
Şikayətçinin vəkili Kamandar Nəsibov mətbuata açıqlamasında bildirib ki, məsələ ilə bağlı dəfələrlə Milli Məclisinin deputatı Rafael Cəbrayılovla danışsa da, müvəkillərin pulu qaytarılmayıb.
Məlumata görə, deputatın qardaşının işi məhkəmədə olsa da, müxtəlif üsullara əl ataraq təzyiq göstərir, vətəndaşların pullarını qaytarmır. Onun adı ilk dəfə belə qaranlıq işlərdə hallanmır. R.Cəbrayılovun MTN şefi Eldar Mahmudovla əlaqələrinizin olmasından və hətta şəxsi avtomobilinə məxsus 009 nömrəsinin də onun tərəfindən hədiyyə verilməsi bildirilirdi.
O isə müsahibəsində həm MTN-lə əlaqəsini, həm qardaşının dələduzluq etməsini mümkünsüz saymışdı: "Qardaşım uzun illərdir ki, tikinti işi ilə məşğuldur. İndiyə qədər heç vaxt belə bir iddiada olan şəxs olmamışdı. Əgər mənzil alqı-satqısı ilə bağlı həmin şəxsin qardaşıma qarşı iddiası varsa, bunu onunla görüşüb aydınlaşdırmaq və ya məhkəməyə müraciət etmək olardı.
Axı Məlahət xanım dediyi kimi hüquqşünasdır. Bunları daha yaxşı bilməlidir ki, Azərbaycan Respublikası hüquqi dövlətdir və mübahisələrin həll olunması yeri də məhkəmədir”.
Bəli, deputat özü məhkəməyə üz tutmağı məsləhət görür və buyurun, iş artıq məhkəmədədir. Sülhiyyə Məmmədova, Fərid Əliyevin vəkili K.Nəsibov deyir ki, iddia Binəqədi rayon məhkəməsində təmin olunub. Ancaq R.Cəbrayılov pulu qaytarmır.
Şirvan camaatı isə deyir ki, onun seçilməsinin şəhər əhlinə heç bir faydası olmadı. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.
Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir:
"Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu…” Mənbə onu da deyib ki, Gülər Əhmədova ilə Rəfael Cəbrayılovu birləşdirən onların qohumluq əlaqələridir.
Dəyərlər.org saytı 8 may 2013-cü il tarixli sayında "Nikoil Bank” deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və bacılarının yoldaşı Nurəddin Bünyatovu məhkəməyə verdiyindən yazıb.
Burada göstərilirdi ki, bank Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, kredit müqaviləsindən irəli gələn ödənilməmiş 790.390 manat əsas borc, 58.094 manat faiz borcu, gecikdirməyə görə hesablanmış 7.722 manat dəbbə pulu və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, cəmi 856.256 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasına, tutulacaq məbləğin kredit təminatı kimi Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Nərimanov rayonunda yerləşən 5 otaqlı mənzilə və "Dərhal” MMC ilə bağlanmış 10.01.2009-cu il tarixli müqaviləyə əsasən, Rauf Cəbrayılovun xüsusi mülkiyyətində olan Binəqədi rayonunda yerləşən 580 kvadrat metr sahədən ibarət olan ofisə məxsus bütün hüquqlara yönəldilməsinə, həmin mənzil və ofis sahəsinə məxsus bütün hüquqların açıq hərracda satış yolu ilə realizə edilməsinə və satışdan əldə ediləcək məbləğin iddia tələbi həcmində olan hissəsinin iddiaçıya ödənilməsinə , ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin mənzil açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş edib.
İddia onunla əsaslanıb ki, bank N.Bünyatova 795 min manat məbləğində kredit verib. Eyni zamanda kreditin müqaviləsinin öhdəliyinin vaxtında və lazımi qaydada icra olunması məqsədi ilə digər cavabdehlər Rauf, Elşən və Rəfael Cəbrayılovla zaminlik müqaviləsi bağlanılıb. Lakin "ödəniş qrafiki”nin şərtlərinə əməl edilməyib, kredit və faizin vaxtında qaytarılmasına dair öhdəlik yerinə yetirilməyib.
Nəticədə onların iddiaçı qarşısında öhdəliyi yaranıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər