Mobil versiya
Qazma işləri uğurla həyata keçirilir
Tarix: 09-10-2018 | Saat: 11:22
Bölmə:Manşet / Ölkə / Seçilənlər-3 | çapa göndər

Qazma işləri uğurla həyata keçirilir



Kompleks Qazma İşləri Tresti ARDNŞ-ə məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır

Bu gün Azərbaycanın iqtisadiyyatında müşahidə olunan dinamik inkişafdan danışarkən, sözsüz ki, bu inkişafın ilk növbədə ölkənin neft sənayəsində əldə olunan müstəsna uğurlarla təmin olunduğu qeyd edilməlidir. Bütün bu uğurlar isə, həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin effektiv fəaliyyətinin bir nəticəsi olaraq təzahür etməkdədir.




Öz növbəsində ARDNŞ-in bu effektiv fəaliyyəti də Şirkətin çoxsaylı struktur bölmələrində çalışan minlərlə insanın gərgin və yaradıcı əməyi sayəsində təmin edilir. Belə bölmələrdən biri də Kompleks Qazma İşləri Trestidir (KQİT). Bu qurum Azərbaycan Respublikası Prezidentinin 7 mart 2007-ci il tarixli 539 saylı Fərmanı və ARDNŞ-nin 12 mart 2007-ci il tarixli 51 saylı əmri ilə yaradılmışdır. Hal-hazırda Trestin tərkibində “Bayıl Limanı” Dəniz Kəşfiyyat Qazma İdarəsi, “Sahil” Qazma İşləri İdarəsi, “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi, “Abşeron” Qazma İşləri İdarəsi, “Qobustan” Kəşfiyyat Qazma İşləri İdarəsi, “Qazmaservis və Logistika” İdarəsi, Tamponaj İdarəsi, Maddi-Texniki Təchizat İdarəsi və İxtisaslaşdırılmış Xüsusi Texnika İdarəsi fəaliyyət göstərir.




Kompleks Qazma İşləri Tresti ölkənin quru və dəniz əraziləri üzrə ARDNŞ-ə məxsus 25-ə yaxın yataqda beynəlxalq standartların tələblərinə uyğun olaraq yeni texniki vasitələr və texnologiyadan istifadə etməklə, ətraf mühitə ziyan vurmadan, işçilərin sağlamlığını qoruyan tam təhlükəsiz əmək şəraitində, yüksək səviyyədə istehsalat və inzibati nizam-intizam qaydalarına riayət edilməklə, maliyyə pozuntularına yol vermədən sifarişçinin tapşırıqlarını vaxtında və keyfiyyətlə həyata keçirməklə, axtarış-kəşfiyyat və istismar qazma işlərini aparır. Qazma işləri Quba-Xəzəryanı, Yevlax-Ağcabədi, Aşağı Küryanı, Abşeron neftli-qazlı rayonlarında, dəniz akvatoriyası üzrə Bakı və Abşeron arxipelaqında həyata keçirilir...




Təssüflər olsun ki, son vaxtlar ölkənin bəzi mətbu orqanlarının səhifələrində məzmununda Kompleks Qazma İşləri Trestinin rəhbərliyinə qarşı əsassız iddialar irəli sürülən materiallar dərc olunur. Bu kimi düşünülməmiş fikir ifadələri isə, son nəticədə çox sayda insanların dəyərli vaxtlarının hədər yerə alınmasına yol açır, məsul vəzifəli şəxslərin işgüzar nüfuzuna xələl gətirir. Halbuki, ARDNŞ-in fəaliyyətində yer ala biləcək istənilən bir neqativ halın dərhal aşkar edilməsi və qətiyyətlə aradan qaldırılması məqsədilə istər ümumilikdə şirkətdə, istərsə də onun altqurumlarında korporativ standartlardan kənarlaşma ehtimalı olan struktur çərçivələri və davranışlarla bağlı daimi araşdırmalar aparılır, alınmış bütün siqnallar ciddi şəkildə yoxlanılır. Ümumiyyətlə, ARDNŞ-in antikorrupsiya siyasəti şirkətin korporativ mənafeyini qorumaq üçün nəzərdə tutulan mexanizmlərdən biridir. Bununla belə bu məqsəd üçün yaradılmış şikayət mexanizmləri insanlar tərəfindən bir çox hallarda öz aralarında olan şəxsi hesablaşmalar üçün sui-istifadə olunur. Bəzən şəxsi zəmində həmkarlarından razı olmayan şəxslər öz mənafeləri üçün şirkətin korporativ mənafeyini bəhanə gətirir, qaynar xəttə əsassız ittihamlar göndərirlər. Təbii ki, mətbuat səhifələrində təşkil olunan belə qara-piar kampaniyalarında güdülən əsas məqsədlərdən biri də hədəf seçilmiş qurumun bilavasitə rəhbərliyini nüfuzdan salmaq, konkret şəxslərin işinə müxtəlif əngəllər törətməkdən ibarət olur. Elə baxdığımız halda da Kompleks Qazma İşləri Trestinin müdiri İsgəndər Şirəliyə qarşı müxtəlif əsassız və cəfəng iddialar irəli sürülür. Halbuki, İsgəndər müəllimi az-çox tanıyan, onun öz sahəsində peşəkar fəaliyyətinə bələd olan hər kəs bu ziyalı insanın öz işinə qəlbən bağlı olduğunu və ən əsası da öz fəaliyyətində hər zaman dövlət mənafeylərini hər şeydən üstün tutduğunu çox gözəl bilirlər. Əbəs yerə deyildir ki, 2017-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə Şirəli İskəndər Yaqub oğlu 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdir.



...Bu gün Kompleks Qazma İşləri Tresti sifarişçilər tərəfindən təqdim olunmuş məlumatlara əsasən, respublikada neft-qaz hasilatının sabit saxlanılması məqsədilə istismar qazması işlərinin və yeni yataqların aşkar edilməsi üçün axtarış-kəşfiyyat qazma işlərinin yerinə yetirilməsi məqsədi ilə ARDNŞ-nin strukturuna daxil olan və böyük elmi potensiala malik olan bir çox qurumlarla sıx əməkdaşlıq edir. Kompleks Qazma İşləri Trestinin tərkibində yeni yaradılmış “Qazmaservis və Logistika” İdarəsi geniş profilli xidmət, təmir, qüllə tikintisi, maili quyuların qazılması işlərini yerinə yetirməklə ölkədaxili başqa qazma təşkilatları ilə yanaşı, gələcəkdə xarici ölkələrdə qazma işlərinin xidmət sahəsinə inteqrasiya etməyə hazırlaşır.



Öz Vətənini sevən, öz ölkəsinin uğurlarından fərəh duyan hər bir vətəndaş kimi, bizim də boynumuza düşən sadəcə Kompleks Qazma İşləri Trestinin deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün çoxminlik kollektivinin fəaliyyətini yalnız obyektiv işıqlandırmaq, bütün xalqımızı gələcəkdə bizi gözləyən daha parlaq qələbələrə ruhlandırmaqdır.

aia.az
Sənan Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024