Mobil versiya
1 saylı Doğum Evi – Sumqayıt səhiyyəsinin lideri
Tarix: 14-09-2018 | Saat: 15:19
Bölmə:Manşet / Qərbi Azərbaycan / Seçilənlər-1 | çapa göndər

1 saylı Doğum Evi – Sumqayıt səhiyyəsinin lideri



Şəhər sakinləri baş həkim Təranə Rəcəblinin rəhbərlik etdiyi bu tibb müəssisəsinin fəaliyyətini həqiqətən də təqdirəlayiq hesab edirlər

Təəssüflər olsun ki, son vaxtlar ölkənin xüsusi əhəmiyyət kəsb edən bir çox sahələrində, o cümlədən təhsil, hüquq-mühafizə, səhiyyə və digər bu kimi sahələrdə çalışan insanlara qarşı bəzi mətbu orqanları tərəfindən daha çox sifarişli əsaslarla müxtəlif “qara-piar” kampaniyalarının aparıldığının tez-tez şahidi oluruq. Ən acınacaqlısı da budur ki, belə böhtan kampaniyasına rəvac verənlər özlərinə “hədəf” kimi seçdikləri qurum və müəssisələrə daima müraciət edən minlərlə, on minlərlə sadə vətəndaşların da heysiyyatları ilə oynadıqlarını bəzən heç dərk belə etmirlər.

Amma nə yaxşı ki, əsil həqiqətlər gec-tez hər dəfə üzə çıxır.

Həqiqətlər isə bundan ibarətdir ki, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə səhiyyə sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açıb. Ölkəmizdə səhiyyə sisteminin yenidən qurulması, əhalinin sağlamlığının daha yaxşı təşkili, bu sahədə qabaqcıl texnologiyaların tətbiqi və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Bu gün respublikamızın bütün bölgələrində tibb ocaqları müasir səviyyədə təmir olunur, onların maddi-texniki bazası ən son texnologiyalara əsaslanan avadanlıqlarla zənginləşdirilir. Son illərdə əsaslı təmir olunan xəstəxanalar arasında Sumqayıtın tibb müəssisləri də var.

Elə Sumqayıt şəhərində yerləşən 1 saylı Doğum Evi barədə bu gün sizlərə təqdim edəcəyimiz bəzi məlumatlar da bu qisimdən olan həqiqətlərə aiddir.

Bu gün baş həkim Təranə Rəcəblinin rəhbərlik etdiyi Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətini həqiqətən də təqdirəlayiq hesab etmək olar. Əldə etdiyimiz məlumatlarda da təsdiq olunur ki, Təranə xanım Rəcəbli bütün Sumqayıtda işini dəqiq bilən, savadlı, tələbkar, yüksək təşkilatçılıq qabiliyyətinə malik olan peşəkar tibb işçisi kimi tanınır. Qeyd edək ki, hazırda Sumqayıt şəhər 1 saylı Doğum Evində 75 çarpayılıq doğum şöbəsi, ginekologiya şöbəsi, reanimasiya şöbəsi və qadın məsləhətxanası öz pasiyentlərinə yüksək səviyyədə tibbi xidmətlər göstərməkdədirlər. Hamilə qadınların müayinə və müalicəsinə diqqətin artırılması, müasir laborator müayinələrin tətbiq olunması, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında müalicə planının işlənib hazırlanması və digər xüsusi tədbirlər isə, bu səhiyyə ocağında xidmət səviyyəsinin daim yüksəlməsini təmin edir.

Doğum Evində ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazının veriliş sistemi yaradılıb ki, bunların da köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür. Doğum evində cərrahiyyə, və reanimasiya şöbələri da fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə

təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi,intensiv terapiya palatası da yaradılıb. Az çəkili, kritik və yarımçıq doğulmuş uşaqlara səhiyyə ocağında qulluq göstərmək üçün burada hər bir şərait yaradılıb. Doğum evinin mama-ginekoloji şöbəsində doğuş zalı, cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə ən son texnoloji cihazlarla təchiz edilib. Doğum Evindəki laboratoriylar da ən son texnoloji avadanlıqlarla təhciz olunub.

Arzu edərdik ki, mətbuat səhifələrində hər hansı bir insan barəsində tənqidi material yerləşdirərkən, ilk növbədə bu materialın müəllifi öz “tənqid hədəfi”nin həyat və fəaliyyətini, onun əldə etdiyi uğur və nailiyyətləri bir qədər dərindən, bir qədər də qərəzsiz araşdırsın. Bəlkə bu zaman biz jurnalistlər də barəsində çox danışdığımız haqq-ədalət meyarlarını daha az pozmuş olarıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024