Mobil versiya
Əflatun Amaşov APA-nın bağlanmasından danışdı
Tarix: 30-08-2018 | Saat: 17:27
Bölmə:Gündəm | çapa göndər

Əflatun Amaşov APA-nın bağlanmasından danışdı


"APA peşəsinə sadiq jurnalistlərin toplaşdığı yaradıcılıq məkanı idi. Onun fəaliyyətini dayandırması üzücüdur, təəssüf doğurur. Bu media qurumunda çalışmış həmkarlarımızı, dostlarımızı ruhdan düşməməyə çağırıram”.

Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "Azəri-Press Agentliyi”nin (APA) fəalyyətini rəsmən dayandırdırmasına münasibət bildirərkən qeyd edib.

"Əminəm ki, jurnalistikamızın inkişafı naminə onlar özlərinin peşəkar fəaliyyətlərini davam etdirəcəklər. Hər birinə uğurlar arzulayıram. Bir daha təəssüf edirəm”, - deyə Ə.Amaşov bildirib.

"APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı bu gün bəyan edib ki, şirkətə daxil olan saytlar, o cümlədən APA İnformasiya Agentliyi fəalyyətini rəsmən dayandırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024