Ana Sayfa > Gündəm > Əflatun Amaşov APA-nın bağlanmasından danışdı
Əflatun Amaşov APA-nın bağlanmasından danışdı30-08-2018, 17:27. Yazar: sevinc1 |
"APA peşəsinə sadiq jurnalistlərin toplaşdığı yaradıcılıq məkanı idi. Onun fəaliyyətini dayandırması üzücüdur, təəssüf doğurur. Bu media qurumunda çalışmış həmkarlarımızı, dostlarımızı ruhdan düşməməyə çağırıram”. Adalet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov "Azəri-Press Agentliyi”nin (APA) fəalyyətini rəsmən dayandırdırmasına münasibət bildirərkən qeyd edib. "Əminəm ki, jurnalistikamızın inkişafı naminə onlar özlərinin peşəkar fəaliyyətlərini davam etdirəcəklər. Hər birinə uğurlar arzulayıram. Bir daha təəssüf edirəm”, - deyə Ə.Amaşov bildirib. "APA Holding" MMC-nin rəhbəri Vüsalə Mahirqızı bu gün bəyan edib ki, şirkətə daxil olan saytlar, o cümlədən APA İnformasiya Agentliyi fəalyyətini rəsmən dayandırıb. aia.az Geri dön |