Mobil versiya
“Lotu Quli” üçün İstanbulda təmtəraqlı mərasim təşkil olunacaq - Özəl gün
Tarix: 27-08-2018 | Saat: 16:11
Bölmə:Karusel / Media | çapa göndər

“Lotu Quli” üçün İstanbulda təmtəraqlı mərasim təşkil olunacaq - Özəl gün


Hazırda İstanbulda yaşayan azərbaycanlı "qanuni oğru” "Lotu Quli” ləqəbilə tanınan Nadir Səlifov üçün sabah böyük mərasim təşkil olunacaq.

BakuPost xəbər verir ki, sabah 45 yaşı tamam olacaq kriminal avtoritetin özəl gününə dünyanın dörd bir yanından adamlar toplaşacaq. Yüksək səviyyədə hazırlıq görülən mərasimdə iştirak üçün Azərbaycandan da bir neçə şou-biznes nümayəndəsinin dəvət edildiyi bildirilir.

Qeyd edək ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. "Quli” gürcü dilində "ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. "Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla ("Otar”) yaxın dost olub.

Səlifov sovet vətəndaşı pasportu ilə 1995-ci ildə həbsxanaya düşüb, 22 il sonra – ötən il Apellyasiya Məhkəməsində Səlifovun işinə baxılıb və vaxtından əvvəl azadlığa buraxılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024