Mobil versiya
Şəmkirdə qohumlar arasında silahlı insident - Xəsarət alan var
Tarix: 15-08-2018 | Saat: 13:36
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Şəmkirdə qohumlar arasında silahlı insident - Xəsarət alan var


Şəmkir rayonunda qohumlar arasında silahlı insident baş verib.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı olan Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Niftalıyev saxlanılıb və hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-12” markalı ov tüfəngi götürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024