Mobil versiya
Piyadanı vurub qaçan sürücü TUTULDU
Tarix: 26-07-2018 | Saat: 13:25
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Piyadanı vurub qaçan sürücü TUTULDU


İyulun 22-nə keçən gecə 45-50 yaşlı kişinin ağır bədən xəsarətləri ilə xəstəxanaya gətirilməsi, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etməyin mümkün olmaması və orada ölməsi barədə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini Tofiq Abbasov olduğu və Babək prospektində yolu keçərkən avtomobillə vurulduğu müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Hyundai” markalı avtomobillə törədildiyi müəyyənləşdirilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsinin sürücüsü Bakı sakini Eldar Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024