Mobil versiya
Polis əməkdaşları 12,5 kq narkotik vasitə, 41 ədəd narkotik tərkibli bitki aşkar edib
Tarix: 25-07-2018 | Saat: 11:18
Bölmə:Cəmiyyət | çapa göndər

Polis əməkdaşları 12,5 kq narkotik vasitə, 41 ədəd narkotik tərkibli bitki aşkar edib



İyulun 24-də polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 12,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 1 kiloqramdan artıq heroin, 6,5 kiloqramdan artıq tiryək və 5 kiloqrama yaxın marixuana, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş 41 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Vüqar Əsgərov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 50 qramdan artıq heroin, 10 qrama yaxın metamfetamin və 10 ədəd metadon həbləri götürülüb. Davam etdirilən tədbirlərlə onun Sabunçu qəsəbəsindəki yaşadığı evdən əlavə olaraq 1 kiloqramdan artıq heroin, 118 qrama yaxın tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər narkotikə görə məhkum olunmuş Fariz Məmmədov 5 qram tiryəki satarkən cinayət başında yaxalanıb. Şəxsi axtarış zamanı ondan 25 qram tiryək, yaşadığı evdən isə 6 kiloqram 400 qram tiryək və 1 ədəd içərisində narkotik vasitənin qalıqları olan şüşə flakon aşkar edilərək götürülüb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Sarıcalı kənd sakini Elsevər Rzayevdən marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 18 ədəd çətənə kolu, evindən isə əlavə olaraq 3 kiloqram 700 qram marixuana aşkar edilərək götürülüb.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları Öncəqala kənd sakini Elmir Məlikovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, yaşadığı evdən 460 qram marixuana, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Əlipaşa Nuruyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, evindən isə 465 qram marixuana aşkar edərək götürüblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024