Mobil versiya
Türkiyədə evlənmək istəyən azərbaycanlı öldürülüb - Təfərrüat
Tarix: 24-07-2018 | Saat: 15:42
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Türkiyədə evlənmək istəyən azərbaycanlı öldürülüb - Təfərrüat




Türkiyənin Konya vilayətində Azərbaycan əsilli qadın sevgilisi tərəfindən öldürülüb.

AzVision.az-ın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Karatay qəsəbəsində baş verib. Belə ki, həyat yoldaşından boşanmış və 3 övladı olan 50 yaşlı Sahibə Yükselir ötən gün 46 yaşlı, evli sevgilisi Rahim A.-nın iş yerinə gələrək onula evlənəcəyi barədə verdiyi sözü tutmasını istəyib. Nəticədə onlar arasında münaqişə yaranıb və hadisə yerinə polis gəlib. Lakin onlar polisə barışdıqlarını deyiblər.

Bu gün səhər isə Rahim A. avtomobilində olan Sahibəyə tapançadan 8 dəfə atəş açıb və onu yerə ataraq ərazidən uzaqlaşıb. Xəstəxanaya aparılan qadın həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Hazırda polis Rahim A. -nın saxlanılaraq istintaqa cəlb edilməsi üçün axtarışlara başlayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024