Mobil versiya
Milli Onkologiya Mərkəzi dünyanın ən qabaqcıl səhiyyə müəssisələrindən birinə çevrilib
Tarix: 19-07-2018 | Saat: 13:30
Bölmə:Manşet / Qərbi Azərbaycan / Seçilənlər-2 | çapa göndər

Milli Onkologiya Mərkəzi dünyanın ən qabaqcıl səhiyyə müəssisələrindən birinə çevrilib




Bu gün ölkə mətbuatında dərc olunan bəzi yazıları oxuyanda dahi Mirzə Ələkbər Sabirin sözləri yadıma düşür. Ölməz sənətkar ilk növbədə özünə vəzifə borcu olaraq vurğulayırdı ki, mən gərək “...pisi pis, əyrini əyri, düzü həmvar yazım...” Amma təəssüflər olsun ki, müasir yazarların böyük bir qismi heç də hər zaman bu prinsiplərə əməl etməyə səy göstərmirlər. Bəziləri isə, ümumiyyətlə mətbu orqanlarının səhifələrini artıq çoxdan şəxsi ambisiyaların cəng məkanına çeviriblər. Sifarişli yazılar, ağı qara, qaranı isə ağ təqdim etmək cəhdləri, yalan dolu iddialar və əsassız ittihamlar hələ də istər çap nəşrlərinin, istərsə də internet resurslarının səhifələrində kifayət qədər yer almaqdadırlar. Son zamanlar belə anti-təbliğat kampaniyasının hədəfinə çevrilmiş subyektlərdən biri də ölkənin aparıcı səhiyyə müəssisələrindən olan Milli Onkologiya Mərkəzidir.

Şahidi olduğum əhvalat:

Etiraf edim ki, bu yazını hazırlamağa məni eyni zamanda iki amilin təsiri təhrik etmiş oldu. İlk növbədə bəzi internet portallarının səhifələrində Milli Onkologiya Mərkəzinin fəaliyyəti barədə tamamilə həqiqətə uyğun olmayan iddialarla dolu yazılar diqqətimi cəlb etdi. Digər tərəfdən də, həmin bu yazılar yadıma bir müddət bundan əvvəl əməkdaşlıq etdiyim bir redaksiyada çalışan gənc bir xanımla bağlı əhvalatı saldı. Məsələ bundadır ki, həmin xanımda da xərçəng xəstəliyi aşkar olunmuşdu. Həm də bunun nə zaman, necə baş verdiyini nə o vaxt, nə də indinin özündə çoxları dəqiqliklə bilmədi. Kimsə təcili əməliyyat olunmağı, bir başqası isə dərhal Almaniyaya getməyi məsləhət gördü. Lakin həmin xanım (şərti olaraq onu Könül adlandıracağam) birbaşa Milli Onkologiya Mərkəzinə getdi. Həm də nə konkret həkim axtarmadı, nə özünü kiməsə tapşırtdırmadı. Sanki sıradan bir müayinə üçün diş həkiminə müraciət edirmiş kimi, amma Allaha sığınaraq getdi bu Mərkəzə...

Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası üçün hər cür şərait yaradılıb



Bu gün respublikamızın sürətli iqtisadi inkişafı bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafı üçün misilsiz imkanlar yaradıb. Ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində uğurla aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər yeni-yeni uğurlara yol açıb. O cümlədən, hazırda ölkəmizdə səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya da xüsusi diqqət yetirilir. Bilavasitə Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib. 2009-cu ildə mərkəzin cərrahiyə korpusunun, 2012-ci ildə isə Uşaq Onkologiya Korpusunun, 2014-cü ildə yeni müalicə korpusunun və bəd xassəli şişlərin molekulyar onkologiya laboratoriyasının açılışı olub. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın himayəsi altında yaradılmış Uşaq Onkoloji Klinikasının yaradılmasında isə, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin şəxsən özünün böyük əməyi olmuşdur. 2016-cı ildən mərkəzin nəzdində Nüvə Təbabəti Mərkəzi də açılıb. Bu mərkəz nəinki Azərbaycanda, hətta regionda bu tipli ilk və yeganə tibb müəssisəsidir. Azərbaycan Milli Onkologiya Mərkəzinin əməkdaşları bu fikirdədirlər ki, onların çalışdıqları bu səhiyyə ocağı indi öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmır və bu inkişaf həm də akademik Cəmil Əliyevin əməyi sayəsində mümkün olub.


Şahidi olduğum əhvalatın davamı:

Çox qısa bir müddət donra Könül xanım artıq kəskin xarici dəyişikliklərə məruz qalmışdı. Az vaxtda xeyli arıqlamış, sınıxmışdı. Artıq çox tez yorulur, taqətdən düşürdü. Amma bununla belə, əməkdaşımız heç də bədbinliyə qapılmırdı. Hətta bir dəfə kimsə ehtiyatsızlıq edib, onun belə nikbin olmasının səbəbini də soruşdu. Cavabında Könül dedi ki, həkimlərim mənə qəti tapşırıblar ki, təslim olmayım. Təslim olmayım və biz mütləq qalib gələcəyik. İnanmışdı həkimlərinə Könül xanım. Hiss olunurdu ki, içində bir rahatlıq, bir güvən hissi var. Sonra kimya-terapiya kursları başladı. Az müddət sonra Könül artıq işə də gələ bilmədi...


Uşaq onkologiyası elminin inkişafı xüsusi diqqət mərkəzindədir





Uşaq onkologiyası cənc elm sahəsidir. Lakin, gənc olmasına baxmayaraq pediatrik-onkologiya yüksək elmi nəaliyyətlər nümayiş etdirir. Uşaq onkologiyası bizim olkəmizdə öz çətin yolunun başlanğıcındadır. Azərbaycanda Uşaq onkoloji xidməti böyüklərin onkologiyasından sonra yaranmışdır. Uşaqlarda bədxassəli xəstəliklərin müalicəsi bu gun nəinki onların həyatının xilas edilməsinə, həmçinin uşaqlara mükəmməl həyat bəxş etmək məqsədinə xidmət edir. Nəticədə, inkişaf etmiş qərb ölkələrində aparılmış xüsusi müalicədən sonra 10 uşaqdan 7-si şəfa tapırsa, bütün dünyada xərçənglə xəstələnmiş uşaqlardan hər 10 nəfərdən 2-si sağala bilir.

2012-ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində regionda birinci olan Uşaq onkoloji klinikası açılmışdır. Hazırda Uşaq onkoloji klinikası regionda flaqman tibb müəssisəsidir. İnstitutda kompleks mülicənin bütün növləri mükəmməliklə icra edilir – kimyəvi terapiya, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və digər üsullar uğurla tətbiq edilir. Uşaq onkoloji klinikasında 4 profildə şöbə yaradılmışdır: ambulator və poliklinik şöbə, kimyəvi terapiya, cərrahi, anestezioloji-reanimatoloji, şüa terapiyası şöbəsi.

Xoşbəxt sonluq:

Həqiqətən də Könül xanımın hekayətinin sonu xoşbəxt sonluqla nəticələndi. Həm də hamımızın artıq belə bir nəticədən əlimizi, ümüdümüzü üzdüyümüz bir vaxtda. Hamımız ümüdümüzü üzmüşdük, təkcə Könülün özündən və onu müalicə edən həkimlərdən başqa. Sonadək nə Könül xanım həkimlərindən imtina etmədi, nə də həkimləri onu yarı yolda buraxmadılar. Bir neçə aydan sonra isə, Könül uzun sürən fasilədən sonra ilk dəfə işə gəldi. Dəyişikliklər inanılmaz idi. Əlbəttə ki, yaxşılığa doğru. Amma qarşıda hələ çox müalicə prosedurları var idi və onlar da bir başa çatdı. Könül öz əvvəlki həyatına qayıtdı. Əlbəttə, şəfanı verən Allahdır. Amma Uca Rəbbimiz də bu iş üçün yalnız dürüst və bacarıqlı həkimləri vasitəçi seçir. Allah Könül xanımı da, onun kimi yüzlərlə insanı da yenidən həyata döndərən həkimlərimizdən razı olsun!

Beynəlxalq əlaqələr gücləndirilir

Bu gün Milli Onkologiya Mərkəzi dünyanın qabaqcıl onkoloji mərkəzləri ilə əməkdaşlıq əlaqələrini də inkişaf etdirir. Bir müddət əvvəl Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bununla da Milli Onkologiya



Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilib. Həmçinin Azərbaycan Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb və azərbaycanlı mütəxəssislər bu nüfuzlu mərkəzdə təcrübə keçirlər. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl səhiyyə müəssisələri ilə müqayisə olunur. Mərkəz bu gün ümumdünya Səhiyyə Təşkilatı, “MD Anderson” və “Sloan Kettering” Onkoloji mərkəzləri, Avropa Nüvə Təbabəti Assosiasiyası və digər nüfuzlu mərkəzlərlə, təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu gün mərkəzin təcrübəli əməkdaşları tərəfindən respublikanın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar həyata keçirilir


aia.az

Musa Əsədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024